Ağır xəstəlikdən əziyyət çəkən Könül Xasıyeva onu bağışladı
Xalq artisti Könül Xasıyeva həbs etdirdiyi müğənnini bağışlayıb.
Xanim.az AzNews.az-a istinadən xəbər verir ki, bunu muğam ifaçısının vəkili Şəfiqə Nağıyeva deyib.
Onun sözlərinə görə, K.Xasıyeva ona 70 min manat atan müğənninin barəsində olan şikayət ərizəsini geri götürüb:
"Könülün ona yazığı gəldi. Dedi ki, "yazıqdır, bu qərar götürülsün, amma mənim pulum ödənilsin". Xatirə də ona söz verdi ki, 70 min manatı ödəniləcək. Pulun 20 minini ödəyib. Qalan 50 mini isə oktyabr ayına kimi ödəməlidir".
Ş.Nağıyeva qeyd edib ki, K.Xasıyeva xəstədir və müalicələr üçün pul xərcləyir:
"Biz yenidən müraciət edəcəyik ki, müalicə xərcləri qarşılansın".
Qeyd edək ki, Xalq artisti Könül Xasıyevaya qarşı dələduzluq edilib. Müğənni Xatirə Hacıyeva xalq artistinin 70 min manatını ələ keçirib. Buna görə onun barəsində iki aylıq həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edilmişdi.
f Paylaş








Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin