Ağız boşluğu, dil və xəstəliklər

Ağız boşluğu, dil və xəstəliklərAğış boşluğu və dildə insanın müxtəlif orqan və sistemlərinin morfoloji funksional pozğunluqlarına aid dəyişikliklər aşkar edilir. Ağız boşluğu və dil əksər hallarda həzm, ifrazat, qan dövranı, qanyaratma orqanları xəstəliklərinin, hipovitaminozların və infeksion xəstəliklərin təzahürü ola bilir. Dildə olan dəyişikliklər müxtəlif xəstəliklərin differensial diaqnostikasında böyük əhəmiyyət daşıyır.
Xəstəliklərə diaqnozun qoyulması zamanı xəstələrin dilinin müayinəsi vacibdir. Dilin rəngi, nəmliyi, eroziya və yaraların olması, səpgilər qansızmalar, şiş törəmələri diaqnoz qoyulmasına həkimin çox yardımına gəlir.
Dilin müayinəsi zamanı onun xoşxasəli dəyişiklikləri nəzərə alınmalıdır. Bu dəyişikliklərə dilin aşağıdakı formaları daxildir:
1. Coğrafi dil - boz rəngli haşiyə ilə əhatə olunmuş qırmızı rəngli atrofiya sahələrinin dilin üzərinə səpələnməsi və gün ərzində onların dəyişilməsidir.
2. Tüklü dil - xroniki qıcıqlandırıcıların təsirindən sapabənzər məməciklərlə örtülür və dilin mərkəzi hissəsi tüklü görünür. Bu cür dilə ən çox ağız boşluğunun gigiyenasına əməl etməyənlərdə, papiros çəkənlərdə və uzun müddət antibiotik qəbul edənlərdə rast gəlinir.
3. Sarımtıl dil - bu ən çox yeni döğulmuşlarda rast gəlinir. Bu zaman şırımlar sarı, ortada qalan hissə isə qırmızı rəngdə olur.
4. Rombabənzər qlossit - dilin orta hissəsini əmələ gətirən tək təpə orta xətdə qırmızı, hamar, düzbucaq düyün çuxur şəklində qalır. Bu şişə bənzəsə də, xoşxassəli olur.
Tənəffüs aparatının vərəm xəstəliyi zamanı xəstələrin dilinin ucunda və yan tərəflərində çox ağrılı, yastı və kələkötür ətrafı olan yara əmələ gəlir. Bu yaralar bəzən dilin üstündə də əmələ gələ bilir.
Səpgili yatalaq xəstəliyində damaqda qansızmalar şəklində enantemalar meydana gəlir. Bu zaman dil quru və qırmızı olur.
Qarın yatalağı zamanı dilin üstü  ağımtıl-sarı və ya qəhvəyi ərplə örtülür.
Skarlatina zamanı damaq kəskin hiperemiyalaşır, ödemləşir, alovlu damaq sindromu əmələ gəlir. Dilin üstündə fiberoz, hekrotik ərp əmələ gəlir.
Qızılca xəstəliyinin ilk günlərində yumşaq və sərt damaqda kiçik qırmızı ləkələr əmələ gəlir.
Behçet xəstəliyi zamanı orqanizmdə əmələ gələn bir sıra patologiyalarla yanaşı xəstələrdə stomatit əlamətləri əmələ gəlir.
Kəmərləyici dəmrov zamanı xəstələrin ağız və dodaq ətrafında əvvəlcə pulpitə oxşar ağrılı səpgi əmələ gəlir və sonra suluqlaşır.
Papilomavirus xəstəliyində ağızın selikli qişasında ziyilə bənzər düyünlü törəmələr meydana gəlir.
Milli.Az

Xəbərlər     Baxılıb: 1500   Tarix: 23 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

turlar.az

adlarin menasi qis geyimləri 2026 toy makiyaji sekilleri atalar sözləri elm haqqinda azerbaycan xalq mahnilari adlari seksin növləri intim məktəb kosmetika faydalı maskalar novruz hakışdaları bahar vətən həsrəti uzeyir