Ağıza qulluq

Ağıza qulluqDişlərin sağlam olmasının ilk şərti - onları hər gün səhər və axşam yumaq, yeməkdən sonra yaxalamaqdır. Dişləri diş tozu yaxşı təmizləyir. Bir qutu diş tozuna 1çay qaşığı çay sodası əlavə etdikdə dişlərə daha yaxşı təsir edir.
Ağızdan iy gəlirsə, onu tez-tez kalium permanqanatla (açıq çəhrayı rəngdə) yaxalamaq lazımdır. Əgər ağızdan gələn iy soğan, sarımsaq və s. yeməklə əlaqədardırsa, onda dişləri nanəli pasta ilə yumaq, 2-3 udum süd içmək, alca yemək ya da bir çimdik qara çay çeynəməklə yox etmək olar.
Dişlərin, badamcıqların, mədə-bağırsaq yollarının xəstəliklərində də ağızdan iy gələ bilər.
Bəzən ağzın künclərində xırda, lakin ağrılı çatlar əmələ gəlir. Bunlar orqanizmdə B qrupu vitaminlərinin çatışmazlığı səbəbi ilə əmələ gəlir. Bu vitamin göyərtidə, mayada, arpa ununda, yulaf və qarabaşaq yarmasında, ətdə, süddə, pendirdə olur. Bu qidaları normasında qəbul etmək orqanizmdəki B vitamini ehtiyacını qarşılayır.
Dodaqların təravətinin və təbii rəngini saxlamaq üçün onların qurumamasına, çatlamamasına, qabıq verməməsinə çalışmaq lazımdır. Dodaqlar qurumasın deyə, onlara rəngsiz gigiyenik pomada çəkmək, lazımdır.
Ağzın ətraflarında əmələ gələn qırışların qarşısını almaq üçün xüsusi gimnastika etmək lazımdır: ağzınızı açın, dodaqlarınızı "O", "U" demək istəyirmiş kimi yumrulayın və bunu bir neçə dəfə təkrar edin.
Milli.Az

Xəbərlər     Baxılıb: 981   Tarix: 15 sentyabr 2022
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

turlar.az

kosmetoloq geyim dəbləri qadın geyimi neyrosirkulyator distoniya geyimlər testosteron nədir goz altı qırışlar kosmetika şirin qoğal heyati haxisdalar vətənə aid bayatı toyuq salati