Ağızdakı yaraları sağaldacaq təbii vasitələr

Ağızdakı yaraları sağaldacaq təbii vasitələrAğız yaraları ağzın içərisində yaranan toxuma xəstəliyidir. Bir çox yaranma səbəbi olan narahatedici və ağrılı ağız yaralarının sağalma müddəti bəzən çox qısa, bəzən isə uzun ola bilər. Lakin bu toxuma pozğunluqlarının meydana gəlməsinin bir neçə səbəbi var. Bunlardan bəziləri belədir:
Ağız boşluğunun gigiyenasına lazımi diqqət yetirilmədikdə və qayğı göstərilmədikdə ağız yaraları yarana bilər. Dişləri müntəzəm fırçalamaqla yanaşı, gün ərzində ağzı tez-tez yumaq və qarqara ağız sağlamlığını qorumağa kömək edər.
Həddindən artıq isti və ya soyuq yemək və içkilərin istehlak edilməsi ağız yaralarına səbəb ola bilər.
Yoluxucu xəstəliklərə tutulanda orqanizmin müqaviməti azaldığı üçün ağızda yaralar yarana bilər
Antibiotiklərin uzun müddətli və müntəzəm istifadəsi ağız yaralarına səbəb ola bilər
Çox yağlı, şəkərli, turşulu qidalar qəbul etmək, bir sözlə, qeyri-sağlam qidalanma nəticəsində ağızda yaralar yarana bilər.
Stress, depressiya, həddindən artıq narahatlıq da ağız yaralarına səbəb ola bilər.
Ağız yaralarının təbii yollarla müalicə üsulları:
Karbonat
Karbonat ağız içi yaraların sağalmasına kömək etdiyi üçün yaralara çəkmək məsləhətdir.
Alma sirkəsi
Bir stəkan suya bir çay qaşığı alma sirkəsi əlavə edib məhlul ilə ağız gündə bir iki dəfə qarqara edilir. Sirkənin diş minasına zərər verməməsi üçün qarqaradan sonra ağız adi su ilə yaxalanır.
Şirinbiyan
Şirinbiyan ağızdakı iltihabları təmizlədiyi üçün dəmlənən çay ağızda qarqar edilə bilər.
Kivi
Kivi antioksidant meyvədir. Ağızdakı qıcıqlanmaları qısa müddətdə sağaltmaq üçün kivi istehlak etmək məsləhətdir.
Kəklikotu
Bir çay qaşığı kəklikotunu udmadan çeynəmək ağız yaralarının sağalmasına kömək edər.
Tut
Qara tut siropunu və ya suyunu içmək, yaraya çəkmək faydalıdır.
Mixək
Mixək toxumlarını çeynəmək ağız yaralarının sağalmasına kömək edər.
Sink əlavələri
Dəmir, fol turşusu, vitamin B12 və ya sink çatışmazlığı ağız yaralarına səbəb olduğu üçün bunların kifayət qədər istehlakı həm ağız yaralarını sağaldar, həm də immunitet sistemini gücləndirər
Kokos yağı
Kokos yağı ağızdaki bəzi zərərli bakteriyalara qarşı mübarizə aparır. Bu səbəblə bir xörək qaşığı Kokos yağı ilə qarqar etmək ağızdaki yaraların azalmasına kömək edər.
Limon
Limon da sirkə kimi ağız bakteriyalarını yox edər. Bu səbəbdən limon suyu ilə qarqara ağız yaralarının yaranmasının qarşısını alır.
Cəfəri
Cəfəri yarpaqlarını çeynəmək ağızdakı yaralara çarədir.
Heyva
Ağız yaralarından xilas olmaq üçün bir dilim heyvanı ağız yaralarına çəkmək məsləhətdir.
Duzlu su
Ağzı duzlu su ilə yaxalamaq yaraların qurumasına kömək edə bilər. Bir çay qaşığı adi məişət duzunu yarım stəkan ilıq suda həll etdikdən sonra onunla qarqara etmək yarayları sağaldır.
mixək yağı
Mixək yağı ağrılı ağız yaraları üçün tövsiyə edilir. Yağ ağzın qıcıqlanmış bölgəsinə tətbiq edildikdə ağrı dərhal azalır.
Sumaq
 Sumaq ilə hazırlanan tərkib ağız yaralarını sağaldır. Bir stəkan qaynar suya bir xörək qaşığı sumaq əlavə edildikdən sonra daha iki üç dəqiqə qaynadılır. Sonra üzərinə 1 çay qaşığı üzvi alma sirkəsi əlavə edilərək süzülür. Hazırlanan məhlul ilə ağız qarqara edilir.
Saglamolun.Az

Sağlamlıq     Baxılıb: 2529   Tarix: 10 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Cinsi həzz üçün 5 vasitə: vibrator, X mövqeyi və

Cinsi təcrübənizi zirvəsində yaşamaq üçün məsləhətləri sizinlə bölüşməzdən əvvəl bir şeyi xatırlatmaqda fayda var: Seks yalnız penisin və ya vajinanın aparıcı rol oynadığı bir hərəkət deyil. Bu klassik cinsi əlaqədən başq

turlar.az

hamilelikde qidalanma yay geyimləri 2026 aksessuarlar pnevmoniya xesteliyi şalvar modelləri çanta ayaqqabı gül buketləri kosmetika qurd xəstəliklərinə qarşı mualicə pomidor naz mila novruz bayramina aid hakisdalar uzeyir hacibeyli