Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Qadınların intim gigiyenası. 4 VACİB QAYDAHəkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.
Saglamolun.az bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlara riayət etməmək qadın cinsi üzvlərinin bir çox təhlükəli xəstəliklərinin inkişaf etməsinə səbəb ola bilər.
Bəs, qadınların əsas intim gigiyena qaydaları hansılardır?
1-ci qayda. Əfsuslar olsun ki, bir çox qadınlar bilmir ki, uşaqlıq yolu öz-özünü təmizləyən orqandır. Uşaqlıq yolunun daxilini güclü su axarı və ya şırınqa ("sprinsovka") vasitəsi ilə yuyulması, bu məqsədlə sabundan istifadə edilməsi və s. nəinki lazımsızdır, hətta çox zərərlidir! Bunlar ilkin olaraq uşaqlıq yolunun disbakteriozuna, daha sonra isə digər ginekoloji xəstəliklərə səbəb olur. Yalnız xarici cinsi üzvlər yuyulmalıdır. Bunun üçün axar sudan istifadə etmək lazımdır. Hər dəfə sabundan istifadə etmək ehtiyac yoxdur - bu dərini və selikli qişaları qurudur, üzərində mikroçatlar yaranır. Uşaqlıq yolunun daxilinin yuyulması (və ya ora maye şəklində olan vasitələrin püskürdülməsi) yalnız həkim təyinatı olmaqla aparıla bilər!
2-ci qayda. Qadınların intim gigiyenası üçün çimərkən istifadə edilən adi sabun və gellər uyğun gəlmir. Onlar həm dərini qurudur, həm də bədənin zərif yerlərinin qıcıqlandırılmasına səbəb olur. Bu məqsədlə intim gigiyena üçün nəzərdə tutulmuş xüsusi gellərdən istifadə etmək daha yaxşıdır. Belə gellər dərini yumşaq təmizləyir, zərərli bakterial floranı məhv edir, selikli qişalarda olan qıcıqlanmanı aradan götürür. Belə gellərdən də hər dəfə deyil, ehtiyac yarandıqda istifadə etmək lazımdır.
3-cü qayda. Qadın bezlərini hər 4 saatdan gec olmamaqla dəyişdirmək lazımdır! Bu həm menstruasiya bezlərinə, həm də gündəlik bezlərə aiddir. Çünki onlar bu müddət ərzində cinsi yollardan axan ifrazatı özlərinə hopdurduğu üçün patoloji bakteriyaların inkişaf etməsi üçün yaxşı "qida mühitinə" çevrilir. Qadın bezləri nə qədər çox saxlayırsınızsa, onların xeyri getdikcə o qədər də azalmış, cinsi orqanların iltihabının artması ehtimalı isə yüksəlmiş olur. Allergiyaya meylli qadınlar aromatlaşdırılmış deyil, adi bezlərdən istifadə etməlidir.
Gigiyenik tamponlardan istifadə edərkən, nəzərə almaq lazımdır ki, onlar uzun müddət ərzində (4 saatdan artıq) saxlandıqları halda, qadın orqanizmi üçün çox təhlükəli hesab edilən toksik şok sindromunun inkişafına səbəb ola bilər! Toksik şok sindromunun simptomları: temperaturun birdən-birə kəskin şəkildə qalxması, baş ağrıları, qusma, ishal, ümumi zəiflik, dəri örtüklərinin, ağızın, uşaqlıq yolunun qızarması və s. əlamətlər. Xəstəliyin ilkin əlamətləri qeyd edilən kimi, təcili olaraq həkimə müraciət etmək lazımdır. Ümumiyyətlə isə yadda saxlamaq lazımdır ki, qadın cinsiyyət üzvlərinin hər hansı bir xəstəliyi olarsa, menstruasiya üçün tamponlardan istifadə etmək məsləhət görülmür.
Aybaşı zamanı qadınlar intim sahələrin gigiyena qaydalarına xüsusi olaraq riayət etməlidirlər: bezləri vaxtında dəyişmək, hər dəfə bezləri dəyişdirdikdən sonra axar su ilə aralıq nahiyəsini yumaq lazımdır. Məsələ burasındadır ki, aybaşı zamanı uşaqlıq boynunun xarici dəliyi açılmış olur. Bu zaman uşaqlıq boynu kanalında yerləşən və adi günlərdə cinsi yolları müxtəlif infeksiya və mikrobların daxil olmasından qorumuş olan selikli tıxac hissəvi və ya tam şəkildə olmaqla xaric olunur. Bunun nəticəsində infeksiyaların yuxarı cinsi orqanlara tərəf hərəkət etməsi üçün çox yaxşı bir şərait yaranmış olur.
Məhz buna görə də menstruasiya zamanı qadınlara cinsi əlaqədə olmaq, dənizdə və hovuzda çimmək, vanna qəbul etmək (onu duşla əvəz etmək lazımdır) qadağan olunur.
4-cü qayda. Düzgün seçilmiş alt qadın paltarı da qadın cinsi orqanlarının müxtəlif xəstəliklərdən qorunması üçün çox vacib hesab edilir. Qadın alt paltarı təbii materiallardan (pambıq, kətan) hazırlanmış olmalıdır. Belə paltarlar nəmliyi özünə hopdurur, dəriyə nəfəs almağa imkan verir, bakteriyalar üçün qida mühiti yaratmır.
Sintetik qadın alt paltarlarından istifadə edilməsi ziyanlıdır. Belə alt paltar nəmliyi nə özünə hopdurur, nə də kənara buraxır. Nəticədə dəridə səpgilər və qıcıqlanma sahələri əmələ gəlir. Ginekoloqlar tərəfindən kəskin etirazla qarşılanan, bəzi "müasir" - nazik zolaq şəklində olan qadın alt paltarları ("strinq" və "tanqa") isə müxtəlif patoloji mikrobların arxa dəlik ətrafından cinsi orqanlara tərəf daşınmasına səbəb olur. Bundan başqa, alt paltarları bədənə sıx səkildə yapışmış olduqları halda, həm dəriyə oksigen daxil olmasının qarşısını alır, həm də yerli qan dövranı pozulur.
Saglamolun.Az

Sağlamlıq     Baxılıb: 6484   Tarix: 06 iyul 2024
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

turlar.az

makiyaj etmek qaydalari yemek reseptleri gelinlikler efirde soyunan aparici evim interyer otaq dizayni salatlar kosmetika uzeyir əqrəb hesaplama novruz bayramına aid bakışta klitor