Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİAyaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır.
Lakin insan dincələndən sonra bu ağrılar keçir. Bəzi hallarda isə ayaqlar heç bir fiziki yükləmə olmadan ağrıya bilər. Bu hər hansı xəstəliyin və ya pozulmanın əlaməti ola bilər. Hər bir insan bu pozulmaların simptomlarını bilməli və zərurət yarandıqda vaxt itirmədən həkimə müraciət etməlidir.
Saglamolun.az ayaqlarda ağrıların və narahatçılığın səbəblərini sadalayır:
- Varikoz xəstəliyi. Varikoz xəstəliyi zamanı venoz qanın axması pozulur, venoz damarlarda təzyiq artır, durğunluq yaranır. Bu səbəblərə görə bu xəstəliyi olan insanlar ayaqlarında ağırlıq, dartıcı ağrılar hiss edir.
Nə etmək lazımdır? Fleboloqa və ya damar cərrahına müraciət edin, damarların USM-dən keçin. Damarların vəziyyətindən asılı olaraq həkim müalicə təyin edəcək.
- Tromboflebit. Venoz qanın durğunluğu damarda trombun yaranmasına səbəb ola bilər. Tromboflebit xəstə ayaqda kəskin ağrı və yandırma hissi ilə müşayiət olunur. Ayaq qızarır və ödemləşir. Damarlar bərkiyir və çox ağrılı olur. Bədən hərarəti yüksələ bilər. Bu çox təhlükəli xəstəlikdir.
Nə etmək lazımdır? Vaxt itirmədən damar cərrahın qəbuluna getmək, anqioqrafiya müayinəsindən keçmək və qan analizi vermək lazımdır.
- Oturaq sinirin iltihabı (işias). Ayaqlarda ağrıların ən yayılmış səbəbi fəqərələr arası disklərin yırtığı və osteoxondrozdur. Bu pozulmaların nəticəsində sinirlər sıxılır və ağrı əmələ gəlir. Ağrı belin aşağı hissəsindən başlayır, sağrıya və ayağın arxa hissəsi boyu dabana kimi yayılır. Ağrı gah yandırma, gah soyuma, gah da keyləşmə hissi ilə müşayiət olunur.
- Nə etmək lazımdır? Nevroloqa müraciət etmək, lazım olduqda MRT (maqnit-rezonans tomoqrafiyası) etmək lazımdır.
- Osteoporoz. Bu kalsium elementinin defisiti nəticəsində yaranan sümük toxumasının nazikləşməsidir. Ayaqlarda qıcolmalar, baldırlarda güclü ağrılar əmələ gəlir. Bu xəstəlik yaşı 40-dan artıq olan qadınlarda, çoxlu siqaret çəkən və qəhvə içən insanlarda daha tez-tez inkişaf edir.
Nə etmək lazımdır? Xüsusi densitometriya müayinəsindən keçmək lazımdır. Müayinənin nəticəsinə əsasən həkim kalsium preparatları təyin edir.
- Osteomielit. Bu xəstəlik zamanı infeksion proses sümüyə yayılır. Osteomielit vərəmin, sifilisin, və bəzi digər xəstəliklərin ağırlaşması kimi, travma (sınıq, güllə yarası və s.), steril olmayan cərrahiyyə əməliyyatı nəticəsində inkişaf edə bilər. Ağrılar çox güclü olur, vaxt keçdikcə daha da artır, xəstənin bədən hərarəti qalxır. Bu çox təhlükəli xəstəlikdir. Müalicə vaxtında başlamadıqda xəstəlik ölümlə nəticələnə bilər
Nə etmək lazımdır? Vaxt itirmədən cərraha müraciət edin. Bir çox hallarda bu xəstəliyin müalicəsi xəstəxana şəraitində aparılır.
- Şəkərli diabet. Bu xəstəlikdən əziyyət çəkən insanlarda ayaqlarda ağrı və ağırlıq olur, gecə ayaqlarda tez-tez qıcolmalar baş verir. Ayaqlar ödemləşir, onlarda keyimə və arabir sancma hiss olunur. Baldır hssələrin dərisi quru olur, qabıq verir.
Nə etmək lazımdır? Qanda şəkərin səviyyəsini təyin etmək üçün analiz vermək və endokrinoloqun müayinsəsindən keçmək lazımdır.
- Yastıpəncəlik. Bu pozulma zamanı pəncə əzələləri və bağları zəifləyir, pəncə öz amortizasiya funksiyasını itirir ki, nəticədə ayaqlarda ağrılar yaranır. Ayaqlar tez yorulur, tez-tez ağrıyır, ayaqlarda ağırlıq hiss olunur.
Nə etmək lazımdır? Ortopedə müaraciət edin. Lazım olduqda həkim xüsusi ortopedik ayaqqabı, masaj və xüsusi müalicəvi bədən tərbiyyəsi təyin edəcək.
- Artrit. Pəncədə 10-dan artıq oynaqlar var. Bəzi hallada bu oyanaqlara infeksiya düşür, iltihab yaranır.
Artrit zamanı ayaqlar bütün gün ərzində ağrıyır, ağrı gah güclənir, gah da azalır.  Oynaq şişir, ətrafında olan dəri qızarır və sanki yanır.
Qadınlar kişilərlə müqayisədə artritdən 3 dəfə çox hallarda əziyyət çəkir.
Nə etmək lazımdır? Revmatoloqa müraciət edin. Oynağın rentgen müayinəsi olunmaldır və qan analizi verilməlidir. Əgər müalicə vaxtında başlamazsa, pəncə deformasiya oluna bilər ki, bu zaman yalnız cərrahiyyə müalicəsi tələb oluna bilər.
- Miozit. Əzələlərin iltihabı. Bu xəstəlik ilfeksion xəstəlyin fonunda (qrip və s.), travmadan, güclü soyuqlamadan və ya güclü fiziki gərginlikdən sonra inkişaf edir. Ağrılar çox güclü, dözülməz olur.
Nə etmək lazımdır? Cərraha müraciət edin.
- Piylənmə. Piylənmə zamanı aşağı ətraflar çox güclü yükləmələrə məruz qalır ki, nəticədə ayaqlarda ağrılar əmələ gəlir.
- Ateroskleroz. Bu xəstəlik də ayaqlarda sıxıcı ağrılara səbəb olur. Ağrı baldır əzələsində yaranır, onun intensivliyi insan ayaq üstə olanda, gəzəndə artır. Xəstəlik inkişaf etdikcə ağrılar xəstə uzanaq vəziyyətdə olduqda da yaranır. Pəncələr havadan asılı olmayaraq daim soyuq olur.
Ateroskleroz zamanı ağrıların səbəbi qan damarların divarlarının bərkiməsi (normada onlar elastik olurlar), arteriyanın daralması, damarın daxilində aterosklerotik yığınların olmasıdır.
Nə etmək lazımdır? Kardioloqa müraciət edin
Saglamolun.Az

Sağlamlıq     Baxılıb: 4540   Tarix: 06 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

turlar.az

reseptler sade makiyaj sekilleri hamiləlik hamiləliyə hazırlıq yeni geyimler 2026 marqarita pizza qadin donlari kosmetika seksler tapmaca salam novruz namiq qaraçuxurlu