"Ailəm dağılmasa, canım əldən gedəcəkdi" - Sevdadan etiraflar

"Ailəm dağılmasa, canım əldən gedəcəkdi" - Sevdadan etiraflar"Çox çalışdım anam sağalsın. Əvvəl soyuqdəymə, sonra böyrəyinin biri çürüdü. Sonra bədxassəli şiş əmələ gəldi. Digər böyrək imtina etdi. Əlimdən gələni etdim. Şiş o qədər böyüdü ki, böyrəyi cırdı çıxdı. Su yığıldı, bədənə zəhərlənmə verdi. Bir böyrək çıxarıldı və dializə bağlandı. Çətin günlər başladı, bədən qəbul etmədi".
Open.az xəbər verir ki, bu sözləri müğənni Sevda Sanəliyeva "Space" telekanalında "Təmiz söhbət" verilişində deyib. Sənətçi dünyasını dəyişən anasından bəhs edib:
"Donor axtardım və tapdım. Anama böyrək köçürüldü və dünyasını dəyişdi. Ölənə kimi deyəcəm, kaş etməzdim, anam yaşayardı. Anam çətin günlər yaşayıb. Mənə görə ikinci dəfə ailə qurmadı. Çünki anama elçi gələn şəxslər məni istəmirdilər. Anam cavan vaxtı kasıbçılıqdan, maddi vəziyyətimiz düzələndə isə xəstlikdən əziyyət çəkdi".
Səhhətindən danışan Sevda övladlarından söz açıb:
"Oğlumdan sonra həkimlər demişdi ki, ikinci uşağın olmayacaq. Qızıma hamilə olmağım bir möcüzə idi".
Müğənni boşanma səbəbini açıqlayıb. O bildirib ki, ikinci ailəsinin dağılmasına qısqanclıq səbəb olub:
"Birinci ailə qurmağım səhv idi. Ailə qurmaq üçün razılaşdım. Nə pis, nə əla insandır. Mənə pisliyi dəyməyib. Ondan övladım var. Tez ailə qurub, 1 ay sonra ayrıldıq. İkinci ailə qurmağım isə sağlam qərar deyildi. Anam xəstəxanada olan ərəfədə onla tanış oldum. Anam dünyasını dəyişdi, bu adam hər gün yanımda idi. O qədər yazırdı, məni tək qoymadı ki... Pis günlər keçirirdim, o da mənə diqqət, sevgi verirdi, rahatlıq tapırdım. Ən səhv qərarım idi, amma peşman deyiləm. Çünki qızım var. Qarşı tərəf çox qısqanc, idi. Xasiyyətin çətinliyi, dəhşətli qısqanclıqlar ayrılığa səbəb oldu. Dörd il ailəmi qorumaq üçün əlimdən gələni etdim. Amma gördüm ki, ailəm dağılmasa, canım əldən gedəcək".
Üçüncü dəfə ailə qurması ilə bağlı suala sənətçi "O qədər çətin qərar olar ki... Hər qadın istəyər ailəsi olsun. Qızım balacadır, oğlum böyüyür. Ona görə narahatam. Oğlumun sevgisini itirməkdən qorxaram" cavabını verib. (Axşam.az)

Şou Biznes     Baxılıb: 1966   Tarix: 16 iyun 2020
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırıb. xəbər verir ki, aparıcı "Günaydın, Azərbaycan" verilişindən ayrılma səbəbini açıqlayıb. X.Hidayətqızı bildiri

.

Mehmet Ali Erbil hönkür-hönkür ağladı - 'Bunu uşaqlığıma bağışlayın

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil səhnədə hönkür-hönkür ağlayıb. Məşhur şoumen "Hayatım Yalan" adlı təkadamlıq tamaşasında tamaşaçılar qarşısında uşaqlıq illərindən danışarkən duyğulu anlar yaşayıb. Erbi

.

Qadınlara gül almayın' - Niyamdan kişilərə

Müğənni Niyam Salami qadınlara hədiyyə seçimi ilə bağlı maraqlı fikirlər səsləndirib. Sənətçi həmkarı İzzət Bağırovun konsertində kişilərə qadınlara gül almaq əvəzinə qızıl hədiyyə etməyi tövsiyə edib. "Kişilərə tövsiyə

.

"Qızım babası kimi siyasətçi olacaq

Mərhum energetika naziri Natiq Əliyevin nəvəsi Aliyə sosial şəbəkədə arxiv görüntüsünü paylaşıb. xəbər verir ki, Aliyə atası Fərhad Əliyev, babası, nənəsi və anası Sara ilə birlikdə yer aldığı görüntünü izləyiciləri ilə bölüşərə

.

Azərbaycan məşhur yapon serialında - Foto

Yaponiyanın məşhur "Vivant" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. Serialın Azərbaycanda çəkilişləri başa çatıb. Azərbaycan Turizm Bürosu (ATB) "Toky

.

"Eşref Tek" nə vaxt yayımlanacaq?

"Eşref Tek" serialının yayım tarixi bəlli olub. Ekran işi dekabr ayında "Prime Video" platformasında yayımlanmağa başlayacaq. Serialda uşaqlıq sevgisi "Rüya"nı tapmağa çalışan "Eşref"i

.

Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır

Pop ulduz Maykl Ceksonun "Thriller" klipindəki pencəyi Əbu-Dabidə hərraca çıxarılacaq. Ceksonun həmçinin əlcəkləri, mokasinləri və digər şəxsi əşyaları satılacaq. Hərrac dekabrda keçiriləcək. /

.

Bred Pittin yeni sevgilisi - Foto

Hollivud ulduzu Bred Pitt sevgilisi, zərgərlik dizayneri İnes de Ramonla birgə ictimaiyyət qarşısına çıxıb. Cütlük aktyorun yaxın dostu Corc Kluninin fondunun təşkilatçılığı ilə keçirilən "The Albies" mərasimind

.

Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?

ABŞ-li pop-ulduz Selena Qomes özünün "Instagram" hesabında veypdən istifadəni dayandırdığını açıqlayıb. Məşhur müğənni səsində yaranan dəyişikliklərdən sonra elektron siqaret (veyp) çəkməmək barədə qərar qəbul edib

turlar.az

toy makiyajlari həkim məsləhəti gözəllik məhsulları qizil sozler qaşların formalari hakişta geyim dəbləri kosmetika efsaneler nagillar qızlıq pərdəsi xocali bayraq