Akademikdən koronavirus pandemiyasının dağıdıcı təsiri barədə XƏBƏRDARLIQ
Son doqquz ayda dünyada koronavirus pandemiyası nəticəsində təxminən 1 milyon insan ölüb, eyni dövrdə ürək-damar xəstəliklərindən 17 milyona yaxın ölüm faktı qeydə alınıb.
Milli.Az xəbər verir ki, bu cür statistik məlumatları Rusiya Elmlər Akademiyasının akademiki, Kardioloq Cəmiyyətinin prezidenti, Səhiyyə Nazirliyinin baş mütəxəssisi Yevgeni Şlyakşto təqdim edib.
Mütəxəssis "Ürəyinizin yaşını ölçün" onlayn layihəsinin nəticələrinə dair keçirilən mətbuat konfransında çıxışı zamanı koronavirusun ikinci və ya üçüncü dalğasının deyil, dördüncü dalğasının daha qorxulu olacağını qeyd edib. Akademik pandemiyanın səbəb olduğu uzaq sağlamlıq problemlərini nəzərdə tutub. Məsələn, psixi travmanın və ya xroniki xəstəliklərin kəskinləşməsinin nəticələri. Onun fikrincə, dördüncü dalğa üçün əsas risk qrupu ürək-damar xəstəliyindən və ürək çatışmazlığından əziyyət çəkən insanlar olacaq. Akademik pandemiyanın əsas dövrünü yalnız ən müasir və yenilikçi təbabətə sahib olan ölkələrin keçdiyini vurğulayıb.
Xatırladaq ki, BMT Baş katibi Antonio Quterreş koronavirus pandemiyasını "beşinci qiyamət" adlandırmışdı. Onun sözlərinə görə, mikroskopik virus "bütün dünyanı diz çökdürdü". (publika.az)
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir