Alimlər baş-beyinin uyğunlaşmağa məsul olan hüceyrələrini müəyyənləşdiriblər

Alimlər baş-beyinin uyğunlaşmağa məsul olan hüceyrələrini müəyyənləşdiriblərİnsan beynində olan 89 milyard sinir hüceyrəsinin yalnız cüzi bir hissəsi şəxsin dəyişən vəziyyətlərə uyğunlaşmaq imkanını təmin etməyə qadirdir. İnsanın koqnitiv bacarıqlarına məsul olan neyronların baş-beyinin mürəkkəb strukturunda yerləşdiyi yer aşkarlandığı halda onlar təkcə sağlam insanlara öz intellektual imkanlarını artırmağa deyil, həm də psixi xəstəliklərin adekvat müalicə metodlarınının axtarışını xeyli asanlaşdırmağa kömək edir. ABŞ-ın Tennessi ştatında yerləşən Vanderbilt Universitetinin tədqiqatçıları baş-beyin neyronlarının rəqəmsal tədqiqatlarının son nailiyyətlərinə istinad edərək bu qənaətə gəliblər. Tədqiqatçılar öz kəşflərinin nəticələrini ABŞ Milli Elmlər Akademiyasının PNAS jurnalında dərc etdiriblər.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məqalədə insan beyninin, xüsusən onun qabığının uzun müddət təkamül dəyişikliyinə məruz qaldığı qeyd edilir. Bildirilir ki, bu orqanın strukturunda inkişaf dəyişiklikləri ilə yanaşı, insanın dəyişən həyat şəraitinə tez uyğunlaşması bacarığı da artıb. Bununla belə istənilən mənfi təsir koqnitiv bacarıqları zəiflədib və "homo sapiens" tərəfindən əldə olunmuş vərdişlərin itirilməsinə gətirib çıxarıb.
Mütəxəssislər qeyd edirlər ki, baş-beyinin məlum abıq nahiyəsində fəallıq azaldığı halda həm psixi, həm də nevroloji xəstəliklər ağır keçir və onlarda aparılan müalicənin təsiri daha az olur.
Aşkar olunan hüceyrələr özlüyündə beyin qabığının işini aktivləşdirən "dəyişdirici açar" rolunu oynayır.
Vanderbilt Universitetinin Psixologiya və informatika kafedrasının dosenti, layihənin rəhbəri Tilo Vomelsdorf yazır: "Bu hüceyrələr qıcıqlandırıcını dəf etməkdə, ona cavab vermək üçün ən yaxşı yollarda beyinin bütün qüvvəsini işə salan tumbler rolunu oynayır. Onlar olmadığı halda enerjinin çoxu beyinə mənfi təsirlərin qarşısının alınmasına yönəlir".
T.Vomelsdorf əmindir ki, beyinin ən aktiv neyronlarını ayırmaq və onlara təsir imkanı yeni hipotezə yol açır. Məsələn, tədqiqatçıların məlumatına görə, beyində musiqi alətində çalmağa məsul olan sinir hüceyrələri adoptogen neyronları ilə yanaşı yerləşir. Sonuncuların yerini bilmək hər hansı psixi xəstəliyin müalicəsini tezliklə seçməyə kömək edər. Kortikal təbəqədən aşağıda baza qanqlisi səviyyəsndə yerləşmiş sinir hüceyrələrini tədqiqatçılar insanın koqnitiv bacarıqlarına məsul hesab edirlər. Bu hüceyrə qrupu real məişət vəziyyətinin kompüterlə imitasiya olunması zamanı bioaktivliyin ölçülməsi vasitəsilə müəyyən edilib. Alimlərə Kanadanın Ontario əyalətində York Universiteti Görmə Tədqiqatı mərkəzindən həmkarlar da kömək ediblər. Belə ki, onlar beyinin qeyd edilən nahiyələrində fəallığı izləməyə imkan verən simulyativ vasitə hazırlayıblar.
Alimlər öz metodlarından istifadə edərək görmə obrazlar fonunda hüceyrələrin fəallığını ölçən zaman məlum olub ki, əgər sınaqdan keçən şəxs tapşırığı yerinə yetirə bilirdisə, fəallıq azalırdı, yox əgər, çətinliklə qarşılaşırdısa, hüceyrə fəallığı artırdı.
Vomelsdorfun laboratoriyasının əməkdaşı Kianuş Banai Borouşeni deyib: "Aşkar etdiyimiz neyronlar, görünür ki, çətinliyi aradan qaldırmaqda, habelə yeni daxil olan informasiya siqnallarını gücləndirməkdə digər neyron zəncirlərinə kömək edir".
Vanderbilt Universitetinin farmakologiya üzrə professoru Liza Monteca vurğulayıb: "Neyrobiologiyada inqilab olacaq. Alimlər bu neyronların yerini bilən zaman molekulyar və genetik alətlərin köməyilə sinir hüceyrələrini idarə etmək üçün texnologiyalardan istifadə etmək imkanları işə salına bilər. Düşünürəm ki, Vomelsdorfun laboratoriyası bizə bu imkanı verir".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1264   Tarix: 20 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

turlar.az

makiyaj etmek qaydalari sac duzumleri reseptler yuxuyozmalar qadınlarda erroziya geyim kombinasiyalari yasil pomidor tutmasi kosmetika sağlamlığın sirleri baldiza aid hakisda pizza hakiwda veten