Alimlər D vitamininin gündəlik dozasını əldə etməyin yollarını tapıblar
Alimlər yaşayış bölgəsindən, ilin vaxtından və insan dərisinin rəngindən asılı olaraq günəşin təsiri altında D vitamininin gündəlik dozasının alınması üçün optimal şərtləri müəyyən ediblər.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, araşdırmanın nəticələri "Nutrients" jurnalında dərc olunub.
Dəri qatında D vitamininin gündəlik dozasının sintez olunması üçün buludsuz havada, ağ dərili insanlar günəş altında 3 ilə 15 dəqiqə arasında qalmalıdırlar, şimal (daha yüksək enlik) bölgələrdə isə günəşin təsir müddəti daha uzun olmalıdır. Tünd dərili insanlar günəşdə daha uzun müddət qalmalıdırlar (yüksək enliklərdə təxminən bir saat). Buludlu havada günəş işığına məruz qalma müddəti ekvatorial bölgələrdə təxminən 15, yüksək enliklərdə isə 60%-ə qədər artırılmalıdır.
Modelləşdirmə zamanı elm adamları insanın adi, çox açıq olmayan paltar geyinəcəyini və dik duracağını təxmin ediblər.
Tədqiqatın müəllifləri fərdi xüsusiyyətləri və yerli iqlim şəraitini nəzərə almaq üçün fərdi tövsiyələrə ehtiyac olduğunu vurğulayırlar.
Milli.Az









İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi