Alimlər iqlim dəyişikliyinə məhəl qoymayan siyasətçiləri tənqid etdi
Dünyada 11 mindən çox alim xəbərdarlıq edərək bildirmişdir ki, bəşəriyyət ekologiya probleminə münasibətini dəyişdirməzsə, iqlim dəyişikliyi səbəbindən insanlar əzab-əziyyətə düçar olacaq.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, alimlər siyasətçilərin tədbir görmək iqtidarında olmadığını söyləyir. Tədqiqatçı Fibi Barnard bildirmişdir: "Gələn nəsillər, iqlim dəyişikliyi səbəbindən təhlükəni ciddi dəyərləndirmədikləri üçün onlara mənfi münasibət bəsləyəcək". Alimlər, bəşəriyyətin, ağıla gəlməz fəlakətlərdən qorunması üçün altı əsas problemin öhdəsindən gəlməli olduğunu qeyd edir. Bura neft, kömür, neft şisti kimi yanacağın əvəz edilməsi, metan və his kimi atmosfer tullantılarının azaldılması, daha az ət istehlakı, ekosistemin bərpası və qorunması, karbonsuz iqtisadiyyatın yaradılması və investisiya yolu ilə əhali artımının sabitləşməsi daxildir. İnsanların ətraf mühitə münasibətini dəyişməsi üçün bu sayda alimin bir araya gəlməsi ilk dəfə deyil. 2017-ci ildə 184 ölkədən 16 mindən çox mütəxəssis "insanlar və təbiət dünyası toqquşmaq üzrədir" məzmunlu məktub tərtib edərək xəbərdarlıq etmişdir.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Məşhur rusiyalı müğənni Bakıda - FOTOLAR
Xalq artistinin qızı ikinci ali təhsilini başa vurdu - FOTOLAR
Məşhur fransız müğənni vəfat etdi
Ev heyvanı saxlamaq uşaqlara zərər verə bilərmi?
Cavanşir Məmmədovun qızı və nəvəsi eyni ildə məzun oldu - Foto
Oyuncaqlarda gizlənən təhlükə: Xəbərdarlıq
Akromeqaliya: Böyümə hormonu artıqlığının əlamətləri, diaqnozu və müalicəsi
Köp niyə yaranır və ondan necə xilas olmaq olar?
"Daha 17" Dünya Kuboku matçlarını geridə qoydu
Məhkəmə Alla Puqaçova ilə bağlı qərar verdi