Alimlər Parkinson xəstəliyinin müalicəsinin uğurla davam etdiyini bildiriblər
Yaponiyanın Kioto Universitetinin bir qrup alimi parkinson xəstəliyinin iPS hüceyrələri vasitəsilə müalicəsinin uğurla davam etdiyini bildirib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həmin kliniki sınaqlar zamanı istənilən toxumanın hüceyrələrində inkişaf etmək qabiliyyətinə malik olan modifikasiyalı iPS hüceyrələrindən istifadə edilib.
Qeyd edək ki, statistik məlumatlara görə Yaponiyada 150 min adam ətrafların əsməsinə səbəb olan və hərəkətin sürətinə təsir edən Parkinson xəstəliyindən əziyyət çəkir.
Xatırladaq ki, 2018-ci ilin oktyabrında bir qrup alim iPS hüceyrələrini orqanizmin funksiyalarını bərpa etmək məqsədilə bir pasiyentin beyin hüceyrələrinin üzərinə yerləşdirib.
Belə bir prosedur ötən il daha iki pasiyentə tətbiq olunub.
Alimlərin bildirdiyinə görə, iPS hüceyrələrin neyronlara çevrilməsindən sonra həmin xəstələrin heç birində problem müşahidə edilməyib.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir