Alimlər qocalma prosesinin başlıca mexanizmlərini müəyyənləşdiriblər
Eyni genetik materiala malik hüceyrələrin eyni mühitdə qocalması iki müxtəlif yolla baş verə bilər. Müvafiq tədqiqatın nəticələri "Phys.org" portalında qeyd olunub.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Kaliforniya Universitetinin (San-Diyeqo, ABŞ) molekulyar bioloqları və biomühəndislər çörək mayasında (Saccharomyces cerevisiae) hüceyrə proseslərini tədqiq ediblər. Alimlər mikrohidrodinamikanın və kompüter modelləşdirilməsinin köməyilə müəyyən ediblər ki, təqribən hüceyrələrin yarısı nüvədə (nüvə DNT-də, burada zülalların sintezi üçün əsas komponentlərin formalaşması baş verir) sabitliyin tədricən azalması nəticəsində qocalır. Hüceyrələrin digər yarısında isə mitoxondrilərdə disfunksiya baş verir.
Məlum olub ki, qocalmanın iki yolundan biri erkən yaşda müəyyən olunur və hüceyrələr ömür boyunca bu yolla gedirlər. Lakin tədqiqatçılar kompüter modelləşdirməsinin köməyilə əsas molekulyar sxemi dəyişdirə biliblər. Onlar hüceyrə DNT-ni modifikasiya edərək uzun ömürlü qocalma yolu yaradıblar.
Mütəxəssislər bu cür tədqiqatları digər hüceyrələrdə və orqanizmlərdə, o cümlədən insan toxumasında davam etdirmək fikrindədirlər.
Milli.Az /news.milli.az









Bu ölkədə daha bir nəfərdə hantavirus aşkarlandı
Yusuf Güney həbs olundu
Məşhur aktyor xərçəngdən vəfat etdi - FOTO
Məşhur aktrisa Fələstin üçün yeni şirkət quracaq
Survivor'un məşhur siması BOŞANDI
Ölümcül virus təhlükəsi: 190 nəfər həyatını itirdi
Maykl Ceksonun 'gizli ailəsi'ndən müğənni ilə bağlı dəhşətli iddialar
Oxumaqlarım yox, danışdıqlarım viral olur' - Əməkdar artist
Səhnə fəaliyyətim Mehinin yaşından çoxdur' - Xalq artisti
Avroviziya mahnı müsabiqəsi başlayır - İlk yarımfinalçların adları
"Survivor"da dəhşətli hadisə: İştirakçının ayağı amputasiya edildi
Məşhur müğənni SAXLANILDI
Maksim Qalkinin Bakı gəzintisi - FOTOLAR
Arıqlama iynələri möcüzədirmi?