Alimlər ŞOKDA - Koronavirusun yeni simptomları ortaya çıxdı - FOTO
Dünya miqyasında 16 mindən çox insanın ölümünə səbəb olan koronavirus pandemiyasının ölümcül təsiri sürətlə yayılmağa davam edir.
Publika.az xəbər verir ki, bir müddət əvvəl İtaliyada COVID-19-a yoluxan 20 yaşlı amerikalı xəstənin paylaşımı tibb dünyasını heyrətə gətirib.
Tvitter sosial şəbəkəsindən başına gələnləri ifadə edən Culia Buskaqlia bu fikirlərə yer verib: "Fevralın 29-da İtaliyada qrip oldum. Başım və boğazım ağrıyırdı, qulaqlarım tıxanmışdı. 37,8 dərəcə hərarətim var idi. İltihab əleyhinə dərmanlar qəbul etdim və bütün günü yatdım".
Buskaqlia 1 martda Həkimə getdiyini qeyd edərək sözlərinə belə davam edib: "Həkim mənə qrip olduğumu söylədi. Ancaq eşitmə qabiliyyətim getdikcə zəifləyirdi. Pandemiyanın artması səbəbindən təhsilimi yarımçıq qoyub evə qayıtmaq qərarına gəldim. Lakin qəflətən vəziyyətim pisləşdi. Eşitmə, qoxu və dadbilmə qabiliyyətimi itirdim. Bundan əlavə, nə burnum axırdı, nə də öskürürdüm. Baş ağrılarıma görə mütəmadi dərmanlar qəbul edirdim.
Testdən keçməyi planlaşdırmırdım, amma ailəm və həmkarlarım İtaliyadan yeni gəldiyim üçün bunu məndən xahiş etdi. 13 martda yoxlandım və nəticələr müsbət oldu. Halbuki yeni tip virusun əsas əlamətlərini özümdə müşahidə etməmişdim. Bu da məni heyrətləndirdi".
Culia hər kəsi diqqətli və tədbirli olmağa çağırıb.
Məhərrəm Əliyev









Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir