Alimlərin ən real pandemiya ssenarisi - 2022-ci ilin əvvəllərində...

Alimlərin ən real pandemiya ssenarisi - 2022-ci ilin əvvəllərində...Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional direktoru Hans Kluqe Danimarka televiziya kanalına bir sıra açıqlamalar verib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ekspert optimist proqnozla çıxış edib və bildirib ki, koronavirus pandemiyası 2022-ci ilin əvvəllərində sona çatacaq. Bununla belə, əlavə edib ki, rahatlamaq üçün hələ tezdir:
"Əlbəttə ki, COVID-19 2021-ci ildə yayılmağa davam edəcək, lakin ötən ilə nisbətən daha idarəolunan olacaq, ən pis ssenarilər geridə qalıb. Virus mövcud olmağa davam edəcək, amma məhdudiyyətlərin lazım olacağını düşünmürəm".
H.Kluqe qeyd edib ki, virus mutasiyaları və yeni ştamlar hazırlanmış peyvəndlər üçün ciddi problem yaratmayacaq. Sıfırdan yeni peyvənd variantları hazırlamaq tələb olunmayacaq, yeni mutasiyalar nəzərə alınaraq dəyişdirilə bilər. Ancaq ən böyük problem peyvəndlənmə işləri geniş yayıldığı zaman - vaksinasiya olunmuş insanlar peyvənd olunmayanlarla eyni mühitdə olanda ortaya çıxacaq.
Alimlərin ən real pandemiya ssenarisi - 2022-ci ilin əvvəllərində...Rusiyalı professor, tibb elmləri doktoru, Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin əməkdaşı Anatoli Altşteyn ÜST rəsmisinin açıqlamasını şərh edərkən bildirib ki, pandemiyanın 2022-ci ilin əvvəllərində başa çatma ehtimalı həqiqətə uyğundur:
Alimlərin ən real pandemiya ssenarisi - 2022-ci ilin əvvəllərində..."Mən də buna inanmaq istərdim və belə bir ehtimalın doğru olması üçün müəyyən əsaslar var. Düşünürəm ki, pandemiyanın 2022-ci ildə bitəcəyini demək olar. Buna baxmayaraq, koronavirus xəstəliyi yox olmayacaq. Peyvəndlər bizim əsas qayğımız olacaq, amma maskalar və sosial məsafə müəyyən dərəcədə bizimlə qalacaq. Cənub-Şərqi Asiya ölkələrini və Yaponiyanı nümunə göstərmək olar, orada insanlar sıx yerlərdə maskada gəzməyə adət edib və bu, doğrudur".
Ekspert peyvəndlərin mutasiyalara reaksiyasına belə rəy bildirib:
" "Pfizer" və ya "Moderna" peyvəndlərinin istehsal prosesini uyğunlaşdırmaq olduqca asandır. Yeni ştamların parametrləri daxil edilir və bir az fərqli işləməyə başlayır. Bu, təhlükəsizliyə minimal təsir göstərəcək və belə bir dəyişiklik bir gün çəkəcək. Vektorlu peyvəndlərə gəldikdə, (məsələn, Qamaleya Mərkəzinin "Sputnik V" peyvəndi ) vəziyyət daha mürəkkəbdir, lakin uyğunlaşdırmaq mümkündür, sadəcə daha çox vaxt tələb olunur: həftələr və ya aylar.
Bundan əlavə, Çumakov Mərkəzində istehsal olunan "CoviVac" peyvəndinin gələcəkdə öz təsirini göstərəcəyinə şübhə etmirəm. Məsələ budur ki, onu çox miqdarda istehsal etmək çətindir. Hər il 10 milyon doza göstəricisi olduqca realdır, lakin Rusiya kimi bir ölkə üçün kifayət deyil.
Vektor Mərkəzində hazırlanan "EpiVacCorona" ilə bağlı bəzi narahatlıqlarım var. Onun effektivliyinə dair geniş məlumatlar əldə olunmayıb. Nəzəri baxımdan bu peyvənd böyük suallar doğurur. Bu, təhlükəsizlik baxımından çox yaxşı bir dərmandır, lakin hazırlanmasında çox vacib prinsip pozulur. Artıq S-proteininin immunitet əmələ gətirən əsas element olduğunu dəqiq bilirik. "EpiVacCorona"da bu zülal yoxdur, üyüdülmüş S-proteininin üç peptidindən istifadə edir və nəzəri cəhətdən bu üç peptidin S-proteinini əvəz etməsi mümkün deyil.
Bəlkə də səhv edirəm, amma klinik sınaqların üçüncü mərhələsinin məlumatlarını görmək istərdim və bildiyim qədər, bu mərhələ yalnız 3 min nəfər üçün planlaşdırılır. Bu o deməkdir ki, heç vaxt inandırıcı məlumatlar görməyəcəyəm. Müqayisə üçün deyim ki, "Sputnik V" peyvəndinin sınaqlarının 3-cü mərhələsində 40 min nəfər iştirak edib".
A.Altşteyn peyvənd olunan insanların peyvənd olunmayanlarla eyni mühitdə olmasının yol açdığı fəsadlara da aydınlıq gətirib:
"Məsələ burasındadır ki, vaksinasiya olunmuş insanlar psixoloji səbəblərə görə epidemiya əleyhinə qaydaları pozmağa başlaya bilərlər. Onların özbaşına davranışları vəziyyəti pisləşdirəcək. Peyvənd xəstəliyin qarşısını alan 100 faiz etibarlı vasitə deyil. Peyvənd olunmuş şəxs virusun aktiv daşıyıcısı ola bilməz, çünki virusun bədənində kök salması ehtimalı azdır, lakin virusa yoluxma istisna edilmir və virusu ötürə biləcəyi ehtimalı da var".
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 2017   Tarix: 25 fevral 2021
f Paylaş

Oxşar xəbərlər

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

turlar.az

maskalar geyim seçimi geyim dəbləri doğum hekayələri xina ucun hakistalar gavalinin xeyri cinsi münasibətlər kosmetika novruz tapmacalar seksi orqazm intim