Allergik təsiri olmayan sabun və şampunlar körpələrin dərisinə daha uyğundur

Allergik təsiri olmayan sabun və şampunlar körpələrin dərisinə daha uyğundurUşaqların sağlamlığı həm də gigiyenik qaydalara əməl edilməsindən asılıdır. Analar bu sahədə daha həssas olurlar, lakin təmizlik vasitələrindən istifadə zamanı hansı məsələlərə diqqət yetirilməsini bilmək çox vacibdir. Balacaların dərisi zərif və həssas olduğuna görə yalnız onlar üçün istehsal edilən məhsullara üstünlük verilməlidir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həkim-dermatoloq Solmaz Orucova deyib: "Uşaq dərisi üçün ən çox nəmləndirici xüsusiyyətə malik olan kremlərdən istifadə etmək məsləhətdir, lakin gərək onların da tərkibində heç bir qatqı və hormonal maddələr olmasın. Tərkibi A və E vitaminləri ilə zəngin olan başqa kosmetik vasitələrdən də istifadə etmək olar".
Mütəxəssislər bildirirlər ki, şampun, sabun və digər təmizlik vasitələri uşağın dərisinə uyğun seçilməlidir. Həkim-dermatoloq qeyd edib ki, ilk növbədə, sabunu və ya maye sabunu köpük halına gətirəndən sonra körpənin dərisinə sürtmək lazımdır, çünki birbaşa təmas uşağın dəri səthinin qoruyucu funksiyasını aşağı sala bilər. Bundan başqa, ən çox quru dərisi olan uşaqlar üçün tərkibində qliserin, vazelin, kokos yağı və yaxud zeytun yağı olan sabunlardan istifadə edilməlidir.
Yaş kateqoriyasını da nəzərə almaq çox əhəmiyyətlidir, çünki hər yaşa uyğun təmizlik vasitələrinin tərkibi fərqli olur. Körpələr üçün əlavə rəng qatqısı, allergik təsiri olmayan sabun və şampunlar daha məqsədəuyğundur. Tərkibində efir yağı olan təmizlik vasitələrindən isə uşağın 3 yaşından etibarən istifadə etmək olar. Sərt sabunlarla isə yalnız körpələrin əllərini yumaq məsləhətdir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1275   Tarix: 15 iyul 2020
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

turlar.az

hamilelikde qidalanma yay kolleksiyasi kosmetoloq sirin gilas 2026 qonaq otagi salatların bəzədilməsi uz derisine qulluq maskalari kosmetika sekis kahfe fali novruz hakistasi veten haqqinda atalar sozu novruz hakışdaları