Alma, çuğundur, kök qarışığının möcüzəvi faydası

Alma, çuğundur, kök qarışığının möcüzəvi faydasıAlma, yerkökü və çuğundurdan hazırlanmış şirə həm cismə, həm də əqlə faydalı olan saysız-hesabsız keyfiyyətləri sayəsində əsl sehrli içki sayılır. Orqanizmə şəfaverici təsiri və çox asan hazırlanması bu şirəni bütün dünyada populyar edib. Bunun üçün sadəcə bazardan alma, yerkökü və çuğundur alıb, onları şirəçəkən maşından keçirmək lazımdır. Vəssalam.
Tərkibində cəmi iki tərəvəzin və bir meyvənin olmasına baxmayaraq, bu şirə çox bəsləyicidir. Belə ki, almanın tərkibində A, B1, B2, B6, C, E və K vitaminləri, habelə fol turşusu, sink, maqnezium, kalium, fosfor, kalsium, natrium və dəmir kimi maddələr var. Yerkökü A, B1, B2, B3, C, E və K vitaminləri, nikotin və pantoten turşuları, habelə kalsium, maqnezium və selenlə zəngindir. Yerkökü bütöv şəkildə deyil, məhz şirə halında maksimum faydalıdır. Çuğundur ürək-damar xəstəliklərinin qarşısını alır. Bu tərəvəz A, C, B qrupu vitaminləri, dəmir, mis, maqnezium, kalsium, habelə qocalmanı yavaşıdan digər bəsləyici maddələrlə zəngindir. Gün ərzində orqanizmi gümrah vəziyyətdə saxlamaq məqsədi ilə onu bütün zəruri bəsləyici maddələrlə təmin etmək, habelə ona uzunmüddətli faydalı təsir göstərmək üçün alma, yerkökü və çuğundurun kombinasiyası yetərlidir.
Alma-yerkökü-çuğundur şirəsi müxtəlif daxili orqanları, məsələn, böyrəkləri, qaraciyəri və mədəaltı vəzi sağlamlaşdırmaq üçün əla vasitədir, onları müxtəlif xəstəliklərdən qoruyur, ürəyi və ağciyəri möhkəmləndirir. Bir neçə il əvvəl bu şirə ağciyər xərçəngindən əziyyət çəkənlərə tövsiyə olunub. Şirə xərçəngin digər növlərini də müalicə edir, çünki bu xəstəliyi törədən hüceyrələrin böyüməsinin qarşısını alır.
Təzə çəkilmiş şirə paket və butulkada satılan şirələrdən çox-çox faydalıdır. Ancaq başa düşmək lazımdır ki, şirə nə desertdir, nə də içkidir, o, müalicəvi-profilaktik məhsuldur. Buna görə də ehtiyatla və düzgün şəkildə içilməlidir. Məsələn, 3-10 yaşlı uşaqlara bu şirəni müalicəvi məqsədlə gündə iki dəfə vermək olar. Özü də bir porsiya 30 milliqramdan çox olmamalıdır. Şirəyə 1+1 nisbətdə içməli su da əlavə oluna bilər.
Meyvə-tərəvəzin şirəsini çəkmək üçün əvvəlcə onları yaxşı-yaxşı yumaq, zədələnmiş yerlərini kəsib götürmək lazımdır. Şirə çəkilən kimi dərhal içilməlidir, onu soyuducuda saxlamaq olmaz, çünki 10-15 dəqiqə ərzində turşuma prosesi gedir və tərkibindəki vitaminlər məhv olur. Əgər körpəniz qastritdən, digər mədə-bağırsaq yolu pozuntularından əziyyət çəkirsə, yaxud allergiyaya meyllidirsə, ona təzə şirə içirtmək üçün mütləq həkimin icazəsi lazımdır. Bundan əlavə, bu şirəni soyuqdəyməsi olan uşaqlara vermək də məsləhət deyildir, çünki selik ifrazını stimullaşdırmaqla, öskürək və zökəmi gücləndirir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1683   Tarix: 28 may 2020
f Paylaş

Oxşar xəbərlər

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

turlar.az

geyim şəkilləri geymler 2026 sade makiyaj sekilleri qara tutun faydalari gözəl xanım bakirəliyin pozulması mexmerek kosmetika vətən haqqında bayatı statuslar sperma bayraq baliq burcu