Amaliya Pənahova: O filmdəki sevişmə səhnələrinə məmnuniyyətlə çəkilərdim

Amaliya Pənahova: O filmdəki sevişmə səhnələrinə məmnuniyyətlə çəkilərdim"Bizim tamaşaçılarımız hələ açıq-saçıq səhnələrə alışmayıb və bunu birdən-birə həzm etdirmək olmaz. Digər tərəfdən, bizdə bu səhnələri professional səviyyədə çatdıra bilmirlər".

Bunu kulis.az-a müsahibəsində Xalq artisti Amaliya Pənahova deyib.

"Təhminə" filmindən söz açan aktrisa bunları bildirib: "Mən "Təhminə"də açıq heç nə görmürəm. Tamaşasını Fuad Poladovla mən ifa edirdim. Biz o yüksək sevgi səhnələrini çox estetik şəkildə canlandırmışdıq, bununla heç kəsin duyğularını qıcıqlandırmamışdıq. Hər dövrün, hər tamaşaçının öz zövqü, öz dünyagörüşü var. Mənim müəllimlərim olmuş Ədil İsgəndərov, Tofiq Kazımov deyirdilər ki, heç vaxt tamaşaçının zövqüylə addımlamayın, çalışın, siz tamaşaçını öz ardınızca apara biləsiniz. Tamaşaçılar da gərək filmin bədii tərəfinə baxsın da, uyğunsuz olan bir nöqtədən yapışmasınlar".

A.Pənahova deyib ki, "Təhminə" rolunu o oynamaq istəyib: "Filmdə mən çəkilmək istəyirdim, bu istək neçə ildir ki, mənim ürəyimdə qalıb. O zamanlar mənə sirr idi ki, niyə Rasim Ocaqov mənə heç təklif də etmədi? İstanbulda Beynəlxalq Kino Festivalında olanda, rəhmətlik Ocaqovla söhbət açıldı, o, mənə gözəl sənətkar olduğumu dedi, mən də izin vermədim ürəyimdə qubar qalsın, dedim, mən gözəl sənətkar olsaydım, siz "Təhminə"yə çəkərdiniz. O da heyrətlə bir mənə, bir yoldaşıma baxdı və dedi: "Filmdəki açıq səhnələrə görə rolu sənə təklif etməyə ürək etmədim, qorxdum birdən razılaşmazsan". Sizə dediyimi o zaman ona da demişdim ki, filmdə açıq heç bir şey görmədim və mən o sevişmə səhnələrinə məmnuniyyətlə çəkilərdim. Ona görə də bir neçə il öncə düşünmüşdüm ki, eyniadlı filmi özüm fərqli şəkildə çəkim və baş rolu da özüm ifa edim".

Xəbərlər     Baxılıb: 2371   Tarix: 18 sentyabr 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

turlar.az

reseptler gozel gorunmek aksessuarlar hind filmleri fitness bilik haqqinda atalar sozleri şalvar modelləri kosmetika əqrəb novruz hakistalari babasil layla kondom