Ana bətninin köçürülməsi üzrə əməliyyatlara icazə verildi
Britaniya həkimlərinə ana bətninin köçürülməsi üzrə ilk 10 cərrahiyyə əməliyyatına icazə verilib.
Donor ana bətninə resipient olmaq istəyən 100-dən artıq qadın seçilib.
Bu, ana bətni transplantasiyası ilə bağlı İsveçrə həkimlərinin uğurlu təcrübəsindən sonra mümkün olub.
Tibb etikası üzrə Britaniya qurumu əməliyyatlara yazda başlayacaq klinik sınaqlar çərçivəsində icazə verib.
Əgər onlar uğurla başa çatarsa, donor ana bətninə sahib anadan ilk körpə dünyaya 2017-2018-ci illərdə gələ bilər.
Əməliyyatlar Londondakı "Charlotte's & Chelsea" xəstəxanasının Ginekologiya və Mamaçılıq Mərkəzinin məsləhətçi-ginekoloqu Richard Smith-in rəhbərliyi altında keçiriləcək.
Onun sözlərinə görə, sonsuzluq bir çox ailə üçün faciəyə çevrilə bilər. Bu arada əməliyyat surroqat ana və övladlığa uşaq götürmə arasında seçim etməli olanlara yeni ümid verir.
BBC-ə müsahibəsində doktor Smith deyib ki, ana bətni "beyni ölmüş" lakin "ürəyi sağ qalan" donorlardan götürüləcək.
Dünya boyu 5 min qadından təqribən biri ana bətni olmadan doğulur. Bəzilərisə ana bətnini xərçəng xəstəliyi nəticəsində itirir./bbc.com/
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qadın kimi yaşamadığım bütün xoşbəxtlikləri qızım yaşayacaq' - Xalq artisti
Məni Vaqif Gərayzadənin ad gününə çağırmadılar
Demans riskini azaltmaq üçün ideal yuxu müddəti
Aspirin xərçəng riskini azaldır?
İnsan övladı üçün hər şeydən keçər' - İlk dəfə ailəsindən danışdı
Bu saatlarda çölə ÇIXMAYIN
Evdə etdiyiniz bu səhvlər allergiyanı kəskin artırır - NƏLƏRDİR?
Azərbaycan elminə ağır itki - FOTO
Bəzi muğam ifaçıları çox tənbəldirlər' - Ceyhundan sərt tənqid
Koreyalı aktyorun cəsədi tapıldı