Ana oğlunun qətlinə görə müğənni Aygünün həbsini istəyir – "Qətldə əli var…"

Cavan oğlu öldürülən ana müğənni Aygün Bəylərin həbs olunması tələb olunur. Zərərçəkmiş tərəf iddia edir ki, A.Bəylər qardaşının cinayət törətməsini bilib, ancaq bunu bilərəkdən ört-bastır edib.

Qətlə yetirilən Elnur Hümmətovun anası, zərərçəkimiş Səadət Hümmətovanın vəkili Bəylər Məmimov bildirdi ki, Elnurun 2013-cü ilin may ayında itkin düşməsi ilə bağlı başlanılmış cinayət işi üzrə Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsində aparılan ibtidai istintaq zamanı maraqlı faktlar ortaya çıxıb. Müəyyən edilib ki, Elnur Hümmətov qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən öldürülüb və meyiti basdırılaraq gizlədilib.

Elnur Hümmətov

Mərhum Elnur Hümmətovun anası və hazırda cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış Səadət Hümmətovanın bildirdiyi məlumatlardan aydın olur ki, o, oğlunun itkin düşməsindən sonra onun tapılması ilə bağlı həm hüquq-mühafizə orqanlarına, həm də televiziya proqramlarına müraciətlər edib. Onun televiziya proqramlarına müraciətindən sonra Elnur Hümmətovun öldürülməsində əsas iştirakçı olmuş Abbas Hümmətovun bacısı müğənni Aygün Bəylər dəfələrlə ona bildirib ki, narahat olmasın, oğlu sağdır, onun oğlunu bir qadınla birlikdə görüblər, oğlunu Xırdalanda görüblər və oğlu tezliklə evə qayıdacaqdır. Bu kimi sözlərlə Aygün Bəylər mütəmadi olaraq S.Hümmətovanı sakitləşdirməyə çalışıb.

Hətta "ATV" kanalında 2016-cı ilin may ayının 2-də efirə gedən "Bizimləsən" verilişində Səadət Hümmətova oğlunun itkin düşməsi ilə bağlı məlumat verdikdən sonra aparıcı Zaur Baxşəliyev bildirir ki "biz hətta bir dəfə sizin oğlunuzun izinə düşdük Xırdalanda, bu kafedən çıxdı ora qaçdı, polislərlə bərabər biz onun ardınca qaçdıq, amma sizin oğlunuz insana yaxın gəlmək istəmirdi", daha sonra səsləndirir ki, "biz onun ardınca qaçanda söyləyirdi ki, mən özüm bilirəm nə vaxt gəlmək lazımdır, mən hələ hazır deyiləm evə gəlməyə, hətta Aygün Bəylərin özünə əlaqə saxlamışdı (guya mərhum Elnur Aygün Bəylərlə əlaqə saxlayıb) və söyləmişdi ki, zamanı olanda gələcəm, qayıdacam".

Bundan başqa, "ATV" kanalında 2016-cı ilin may ayının 9-da efirə gedən "Bizimləsən" verilişində müğənni Aygün Bəylər özü iştirak edir və aparıcı Zaur Baxşəliyev Aygün Bəylərə müraciət edərək bildirir ki, "biz Elnuru birlikdə axtardıq, tapdıq Xırdalan-Masazır tərəfdə, lakin qayıtmadı, qaçdı bizdən, qayıtmamasının səbəbi barədə nəsə bir məlumatınız varmı?", cavabında Aygün Bəylər bildirir ki, "o adam (yəni Elnur) kinli adam deyil, ömrünün axırına kimi kin saxlaya bilməz, yəqin ki, axtarmaq lazımdır, dayanmadan".

Vəkilin sözlərinə görə, cavabdan da görünür ki, Aygün Bəylər Zaur Baxşəliyevin mərhum Elnuru Xırdalanda birlikdə görmələri barədə dediklərini inkar etmir, əksinə təsdiq edir. Halbuki hazırda istintaqı davam etdirilən cinayət işi üzrə müəyyən edilib ki, Elnur Hümmətov 2013-cü ilin may ayında itkin düşdükdən bir müddət sonra Aygün Bəylərin qardaşı Abbas Hümmətov və onunla əlbir olan Fuad Məmmədzadə, Elmir Alxasov, Ramil Əsirov, Elnur Əsirov tərəfindən törətdikləri ağır cinayətlərin gizlədilməsi məqsədilə qəsdən öldürülüb.

Belə olan halda, artıq 2013-cü ilin may ayında öldürülmüş şəxsin adı çəkilən verilişin efirə getdiyi 2016-cı ilin may ayı ərəfəsində Xırdalanda və yaxud Masazırda görünməsi, Aygün Bəylər ilə əlaqə saxlaması qeyri-mümkündür. Qeyd edilənlər həqiqətən də qardaşı tərəfindən törədilmiş xüsusilə ağır cinayət əməlindən xəbərdar olmuş Aygün Bəylər tərəfindən sonradan Elnurun anası Səadət Hümmətovanı sakitləşdirmək və şikayətlərindən yayındırmaq məqsədilə düşünülmüş şəkildə edilməsinə dəlalət edir.

Elnur Hümmətovun öldürülməsi cinayətinin əsas iştirakçısı məhz Aygün Bəylərin qardaşı Abbas Hümmətov olduğundan zərərçəkmiş şəxsin hüquqi varisi Səadət Hümmətova da kifayət qədər əsaslı şübhələr yaranıb ki, müğənni Aygün Bəylər qardaşı Abbas Hümmətov tərəfindən törədilmiş xüsusilə ağır cinayətindən məlumatlı olmuş və qardaşının törədiyi cinayətin açılmaması məqsədilə həmin cinayəti gizlədib, bu məqsədlə Səadət Hümmətovaya oğlunun qayıdacağına ümid verən xəbərlər səsləndirməklə onu sakitləşdirməyə və bununla da müəyyən qədər şikayətlərindən əl çəkməyə nail olmağa çalışıb.

Bununla bağlı hazırda istintaqı davam etdirilən cinayət işi üzrə zərər çəkmiş şəxsin hüquqi varisi Səadət Hümmətova istintaq orqanına müraciət edib və güman edir ki, oğlunun qətlində iştirak edən və həmin cinayətdən xəbərdar olub üç il ərzində xüsusilə ağır cinayətin gizlədilməsində iştirak edən hər bir şəxs məsuliyyətə cəlb olunmaqla qanun qarşısında cavab verəcək.

Məlumat üçün onu da bildirək ki, qətlə yetirilmiş Elnur Hümmətov Aygün Bəylərin və onun qardaşı Abbas Hümmətovun əmisi nəvəsidir. İstintaqın hazırki mərhələsində cinayətin törədilməsində təqsirləndirilən Abbas Hümmətov və digərlərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1 və digər maddələri daha ağır ittihamlar irəli sürülüb.

Mənbə: Criminal.az
Ana oğlunun qətlinə görə müğənni Aygünün həbsini istəyir – "Qətldə əli var…"Ana oğlunun qətlinə görə müğənni Aygünün həbsini istəyir – "Qətldə əli var…"Ana oğlunun qətlinə görə müğənni Aygünün həbsini istəyir – "Qətldə əli var…"Ana oğlunun qətlinə görə müğənni Aygünün həbsini istəyir – "Qətldə əli var…"Ana oğlunun qətlinə görə müğənni Aygünün həbsini istəyir – "Qətldə əli var…"Ana oğlunun qətlinə görə müğənni Aygünün həbsini istəyir – "Qətldə əli var…"Ana oğlunun qətlinə görə müğənni Aygünün həbsini istəyir – "Qətldə əli var…"Ana oğlunun qətlinə görə müğənni Aygünün həbsini istəyir – "Qətldə əli var…"

Xəbərlər     Baxılıb: 2971   Tarix: 30 dekabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Yumurta alarkən mütləq koduna baxın - FOTO

Mağazadan yumurta alarkən diqqət yetirilməli vacib məqam var. xəbər verir ki, mütəxəssislər alış zamanı yumurtanın üzərindəki kodların mütləq yoxlanılmasını tövsiyə edirlər. Bildirilir ki, bu kodlar təsadüfi deyil və məhsulu

.

Ürəyi qoruyub, stressi azaldan ÇAY

Yasəmən çayı (jasmine tea) həm xoş ətri, həm də sağlamlıq üçün faydalı xüsusiyyətləri ilə əsrlərdir istifadə olunan təbii içkilərdən biridir. Xüsusilə sakitləşdirici təsiri və antioksidantlarla zəngin olması onu gündəli

.

Qadınlarda infarktın gizli əlamətləri - Həkim xəbərdarlıq etdi

Qadınlarda ürək tutması əksər hallarda klassik simptomlarla özünü göstərmir və bu da xəstəliyin vaxtında aşkarlanmasını çətinləşdirir. xəbər verir ki, kişilərdə tez-tez rast gəlinən şiddətli sinə ağrısından fərqli olaraq

.

Hər gün yumurta yemək olar?

Yumurta gündəlik qidalanmada ən çox istifadə olunan məhsullardan biridir. xəbər verir ki, mütəxəssislər bildirir ki, onu hər gün yemək mümkündür, lakin müəyyən məqamlara diqqət yetirmək vacibdir. Məlumata görə, sağlam insanla

.

Böyrək çatışmazlığına səbəb olan 6 QİDA

Böyrək sağlamlığını saniyələr içində təhdid edən "öldürücü qidaların" siyahısı açıqlanıb. xəbər verir ki, siyahını Yaponiyanın dünyaca məşhur nefroloqu, professor Dr. Masahiro Kohzuki hazırlayıb. Bir çox insanı

.

Hansı faktorlar xərçəng riskini daha çox artırır?

Bir çox insan düşünür ki, onkoloji xəstəliklər əsasən texniki inkişafın mənfi nəticəsidir. Cəmiyyətdə belə bir təsəvvür formalaşıb ki, guya keçmiş dövrlər daha təmiz olub, plastik və zərərli qazlar mövcud olmayıb və insanla

.

Duş lifi ilə yuyunanlara xəbərdarlıq: Gigiyena sandığınız şey xəstəlik mənbəyi ola bilər

Hamamda nəm qalan hər bir təmizlik vasitəsi mikroorqanizmlərin sürətlə çoxalmasına şərait yaradır. Tam qurumayan liflər təmizləmək əvəzinə, bakteriyaları birbaşa dərinin məsamələrinə daşıyır.  xəbər verir ki, duş liflərini

.

Gözlərinizi ovuşdurarkən bir daha düşünün

Göz ovuşdurma vərdişi korneanın quruluşuna birbaşa təsir edərək görmə qüsurlarına zəmin yaradır.  xəbər verir ki, gözə edilən sərt və davamlı təzyiq, gözün ən ön təbəqəsi olan kornea toxumasının zamanla incəlməsinə və dikləşərə

.

Gündəlik istifadə etdiyimiz kassa çekləri görün necə TƏHLÜKƏLİ İMİŞ

Kassa çekləri sağlamlıq üçün təhlükəlidir. xəbər verir ki, bu kağızların tərkibində olan Bisfenol A maddəsi qısa müddətdə dəriyə nüfuz edərək hormonal disbalans, sonsuzluq, piylənmə və hətta xərçəng kimi xəstəliklərə səbə

turlar.az

geyim seçimi yaz geyimleri 2026 geyim necə seçməli saç maskaları zeytunun hazirlanmasi interyer dizayni fitrə kimlərə verilir kosmetika baliq burcu hakista baldıza aid hakışta sirniyatlar burclerin uyumu