Ana südünü artırmağın yolları - Bunları yesəniz...

Ana südünü artırmağın yolları - Bunları yesəniz...Övladına süd verən anaların ən böyük narahatlığı körpəyə yetəri qədər qida verib-vermədikləri ilə bağlıdır. Mütəxəssislər isə ana südünün keyfiyyətini artırmağın ən doğru yolun sağlam qidalanmadan başladığını hesab edirlər.
Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, sağlamlığımız üçün faydalı olan su eyni zamanda ana südünün artırılmasına kömək edir. Ana südünün təxminən 88 faizi sudan ibarətdir. Həm özünüzün, həm də ana südü ilə qidalanan körpənizin sağlamlığı üçün gündə ən azı 3 litr su içməyiniz tövsiyə olunur.
Ana südünü daha qidalı hala gətirən və immuniteti gücləndirən, omeqa-3 yağ turşuları ilə zəngin olan qızılbalığı həftədə iki dəfə olmaqla qida rasionunuza əlavə edə bilərsiniz. Balığı qızartmaq əvəzinə, buxarda və ya manqalda hazırlamaq faydalıdır.
Həzm prosesini tənzimləyən və uzun müddət tox qalmağınıza kömək edən yulaf tərkibindəki betaqlükan, bitki mənşəli estrogen və tərkibindəki digər maddələr sayəsində həm ana südünü artırır, həm də ana südünün ifraz olunmasına imkan verən hormonların istehsalını dəstəkləyir.
Səhər yeməyində çörəyi yulafla əvəzləyə bilərsiniz. Yaxud da qəlyanaltı zamanı qatığınıza 2 şorba qaşığı yulaf əlavə edərək istehlak edə bilərsiniz.
Eyni zamanda razyana və şüyüd istehlak etmək ana südünü artırmağa kömək edən ən yaxşı qidalardandır. 1 çay qaşığı qurudulmuş şüyüd toxumunu 5 dəqiqə isti suda islatmaq və gündə 2 stəkan istehlak etmək olar. Şüyüd südlə qarışaraq körpəyə keçir, bu isə həm ana, həm də körpədəki həzm problemləri üçün xeyirlidir.
Bununla yanaşı, soğan və ya sarımsaq da ana südünü artırmağa və ananın immunitet sistemini gücləndirməyə kömək edir.
Mövsüm meyvə tərəbvəzlərin də istehlakı ama südünü artırır. Hər gün yaşıl yarpaqlı tərəvəzlərdən ən azı bir porsiya istehlak edə bilərsiniz.
Qoz, fındıq və ya badam kimi tərkibində bədəndə sintez edə bilməyəcəyimiz sağlam yağ turşuları olan çərəzlər laktasiya dövründə anaların qidalanma siyahısına daxil edilməlidir. Gündə 2 porsiyon (20 fındıq və ya 4 bütöv qoz və ya 12-15 badam) çərəz qida rasionuna əlavə edilməlidir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1186   Tarix: 10 oktyabr 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

turlar.az

gozel gorunmek maskalar reseptler dil haqqinda atalar sozu qadın sonsuzluğu geyim kombinasiyalari saç düzümləri kosmetika qızlıq pərdəsi xlor lekesi azerb clpaq qadinlari üzeyir hacıbəyli xanim az