Ana südünün inanılmaz faydaları tapıldı

Ana südünün inanılmaz faydaları tapıldıAmerikalı tədqiqatçılar müəyyən ediblər ki, ana südü körpələrin immunitetinin formalaşmasında məlum olanlardan daha aktiv rol oynayır. "Science" jurnalında dərc olunan araşdırmaya görə, südün tərkibindəki IgG sinfinə aid anticisimlər (immunoqlobulinlər) yeni doğulmuşların immun sisteminə bağırsaqdakı bakteriyalara və qida antigenlərinə düzgün reaksiya verməyi "öyrədə" bilir.
Milli.Az-ın məlumatına görə, siçanlar üzərində aparılan təcrübələr göstərib ki, balalar həyatlarının ilk həftəsində IgG qəbul etdikdə, onların immun sistemi gələcəkdə daha davamlı olur. Belə heyvanlarda anadan ayrıldıqdan sonra bağırsaqda həddindən artıq iltihabi reaksiyalar daha az müşahidə olunur və onlar yeni qida məhsullarını daha yaxşı qəbul edirlər.
Alimlər müəyyən ediblər ki, IgG anticisimləri sadəcə olaraq bağırsaqdakı bakteriyalara bağlanmaqla kifayətlənmir, həm də immun hüceyrələrinin reseptorları ilə, o cümlədən Fc-reseptorları və komplement sisteminin komponentləri ilə qarşılıqlı əlaqədə olur. Bu mexanizm sayəsində anticisimlər limfositlərin fəaliyyətini tənzimləyir və kolitin, eləcə də qida allergiyalarının inkişafının qarşısını alır.
Müəlliflərin fikrincə, ana südü təkcə qida mənbəyi deyil, həm də körpənin immuniteti üçün bir növ "təlimat" rolunu oynayır. Bu, yeni doğulmuşun kəskin şəkildə dəyişən mühitə və ilk aylarında qarşılaşdığı müxtəlif antigenlərə uyğunlaşmasına kömək edir. /lent.az
Milli.Az

Xəbərlər     Baxılıb: 1289   Tarix: 05 sentyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq

Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqab

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi

Payız aylarında havaların soyuması ilə respirator virus infeksiyalarının yayılma riski artır. Xüsusilə qapalı və insanların sıx olduğu məkanlar, o cümlədən ictimai nəqliyyat vasitələri virusların yayılması üçün əlverişl

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

turlar.az

aksessuarlar qaşların formalari geyim seçimi 1 hefteye 5 kq ariqlamaq cins 2026 daban agrilari ulduzların gözəllik sirləri kosmetika dolça laylalar aybawi zehmet ve zinet qızlıq pərdəsi