Anadangəlmə ürək qüsurları
Anadangəlmə ürək qüsurları bətndaxili dövrdə qan dövranı sisteminin inkişaf pozğunluqları nəticəsində əmələ gəlir.
Ürək bir orqan kimi bətndaxili həyatın 3-8 həftələrində formalaşır. Anadangəlmə qüsurun səbəbi ana tərəfindən hamiləliyin ilk 3 ayı ərzində keçirilmiş kəskin respirator virus infeksiyaları, qrip, məxmərək, herpes və s. xəstəliklər, siqaret çəkmə, hamiləlik zamanı qadağa qoyulmuş dərmanların qəbulu, eləcə də irsi faktorlar ola bilər.
Anadangəlmə ürək qüsurları müxtəlifdir, ancaq daha geniş yayılmış formaları qulaqcıqlar və ya mədəciklər arasındakı çəpərdə dəlik olmasıdır (sağlam insanlarda bu çəpər tam bağlı olur). Bu dəlikdən arterial qanın bir hissəsi ürəyin sol payından sağ payına (venoz qan axarına) düşür (şəkilə bax). Nəticədə oksigenlə zənginləşmiş arterial qanın bir hissəsi böyük qan dövranına düşmür. Bu zaman orqan və sistemlərin bir çoxuna kifayət dərəcədə oksigen və qidalandırıcı maddələr çatmır. Digər tərəfdən, arterial qanın bir hissəsi kiçik qan dövranına düşərək onun təzyiqini artırır (yükləyir) və ürək daha artıq gərginliklə işləyir. Kiçik qan dövranına nə qədər çox arterial qan düşərsə, qüsur bir o qədər ağırlaşmış olur.
Ağır anadangəlmə ürək qüsuru olan uşaqlar inkişafda yaşıdlarından geri qalır, çox pis çəki artırır, tez-tez xəstələnir, tez yorulurlar. Onlarda təngnəfəslik, sianoz əmələ gəlir, dəri örtükləri avazımış olur.
Anadangəlmə ürək qüsurunun müalicəsi əsasən cərrahi yolla həyata keçirilir, bəzi hallarda ağırlaşmamış qüsurları medikamentoz yolla da müalicə edirlər.
Milli.Az









Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz