Analar üçün enerji qida

Analar üçün enerji qida"Ana" və "yorğunluq" əl-ələ gedən anlayışlardır. Ailənin qayğısını çəkən və məişət işləri ilə məşğul olan analar çox zaman özlərinə diqqət yetirməyi və qulluq etməyi unudurlar.
Lakin unutmaq lazım deyil ki, "yıxılan evlərin dayağı" olan anaların əhval və səhhətindən bütün ev-əhlinin durumu asılıdır. Vəziyyəti düzəltmək üçün dəyərli analarımızı faydalı və enerji dolu qida məhsulları ilə tanış edirik.
Dəmirlə zəngin ərzaqlara əksər anaların böyük ehtiyacı olur. Qanda dəmir çatışmamazlığı yorğunluq hissi yaradır. Bütün analara xüsusən doğuşdan yenicə çıxanlara heyvan və bitki mənşəli dəmir qəbul etməyi tövsiyyə olunur: dana əti və ciyəri, göyərtilər, paxlalılar. Bu ərzaqları turş meyvə və tərəvəzlərlə-bolqar bibəri, limon, laym, portağal, mandarin, qreypfrut, kivi, və s. ilə birlikdə yeməyi unutmayın, çünki vitamin C dəmirin bədən tərəfindən qəbul edilməsinə yardım edir.
Bundan əlavə vitamin C ilə zəngin şirə və smuzilər qəbulunu artırın. Mürəkkəb karbohidratlar digər zəngin enerji mənbəyidirlər. Çalışın az miqdarda qəbul etməklə sağlam alternativlər-ağ çörək əvəzinə kəpəkli, düyü əvəzinə isə qəhvəyi düyü seçəsiniz. Əlavə olaraq, buğda, yulaf, qəhvəyi düyü, kinoa, lobyalar, noxudlar, mərci və kartof, kök, çuğundur kimi nişastalı tərəvəzlər gün ərzində yorulmamağa əsas verəcəkdir.
Cərəzlər enerjivericilik qabiliyyəti ilə yanaşı analara hazırlanmasına vaxt və əziyyət tələb etməyən digər bir vasitədirlər. Lif, vitamin E və turş yağlarla zəngin olan qoz, fındıq, badam, fıstıq, günəbaxan tumu, kətan toxumu, küncüt, qara zirə toxumu anaların rasionundan əksik olmamalıdır.
Ağartılar kalsiumla zəngin olduqlarından anaların rasionu üçün əvəzedilməzdir. Analara qatıq, kücüt toxumları və parmezan pendirinin qəbulu məxsusi şəkildə tövsiyyə olunur.
Susuzlaşma insana yorğunluq gətirir. Kİfayət miqdarda su qəbul etmək həyati vacibdir xüsusən analar üçün. Suyun qəbulu bədənə bərpa olunmağa və oksigenlə zənginləşməyə yardım edir. Bu isə öz növbəsində yorğunluğun qarşısını alır.
"The Journal of Psychopharmacology" dərgisinin apardığı son araşdırmaya görə gündəlik az miqdarda tünd şokoladın qəbulu anaların sağlamlıq və əhvalı üçün önəmlidir.
Səltənət Zülfüqarova,
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1360   Tarix: 23 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

turlar.az

adlarin menasi toy gecesi hamiləlik xinayaxdi ucun sozler sifahi xalq edebiyyati stresin elametleri qadinlarda soyuqdeyme kosmetika buga burcu hamilelik novruz hakistalari 8 mart novruz bayramına aid