"Anam 7 il yataq xəstəsi olub" - Aynişan

"20 il əvvəlki insanlar daha az aqressiv idilər. Baxmayaraq ki, çətin şəraitdə yaşayırdılar, hamımızda maddi problemlər var idi. Amma insanlar bir-birini daha çox dəstəkləyən, sevən idi, indi bir-birilərinin həyatını görürlər, insanlaırn içində paxıllıq, aqressiya artır. Paxıllıq çox pis duyğudur, o insana hər şeyi etməyə vadar edir".
azxeber.com xəbər verir ki, bu sözləri influenser Aynişan Quliyeva ARB TV-də yayımlanan "Pərvizə görə" verilişində deyib.
O, blogerlərin həyatının başqalarına qıcıq verməsi barədə danışıb:
"Təəssüf hissi ilə deyirəm ki, kişilərə də, qadınlara da çox pis təsir edir. Pis tərəfi odur ki, insanlar öz həyatlarını digərləri ilə müqayisə edir, aqressivləşir, həyat yoldaşı varsa, bütün əsəbini ondan çıxır. Halbuki çox ailə tanıyıram, bütün günü dalaşırlar, lakin instaqramda bunu göstərmirlər. İnstaqram sadəcə sürprizlərdən ibarətdir. Demək istəyirəm ki, onlara baxıb, məyus olmayın. Hər kəsin həyatında sizin yaşadıqlaırnız baş verir. Kimdəsə daha az, kimdəsə daha çox. İnsan hər şeyi paylaşmamalıdır. Özümdən götürüm bunu paylaşmıram. Paylaşmayanda deyirlər, bu insanın vecinə deyil. Lakin necə vecinə olmaya bilər? Seçimim budur ki, paylaşmırsan. Xoşbəxt dönəmimi də, pis hiss etdiyim dönəmi də paylaşmıram. Sadəcə pis bir dövr bitirsə, deyirəm, mən də özümü yaxşı hiss etmirdim. Yenə də səbəbini açıqlamıram. Hər çətinliyimizi bölüşməmələyik. İnsanlar onsuz da çətinlik yaşayır, pozitivlik görmək istəyir. Süni şəkildə, qıcıq yaradan pozitivlik yox. Normal, sakit, sıradan həyatını niyə də paylaşmayasan? Daimi problem yükləyən, drama sevən insanlar məni yorur. Hamımızda çətin dövr olub, istər maddi, istər sağlamlıqla bağlı..."
Aynişan, ağır günlərdən keçərək bu pilləyə gəlib çatdığını etiraf edib: 
"Bəzən, baxıb deyirlər ki, bəxtəvər nə vecinədir? Elə deyil axı, çox ağır günlər yaşamışam. Gözümü açmışdım, anam tək, mən tək. Anam xəstə yatırdı, 7 il yataq xəstəsi olub. Onların hamısından keçmişik. Balaca uşaq idim, xatırlayıram ki, dərd çəkirdim. Məhəlləyə düşürdüm, bütün uşaqlar əylənirdi, yarpaqların, küləyin əsməsinə baxıb fikirləşirdim ki, anam sağalacaq? Halbuki, dəcəllik edəcəyim yaş idi, lakin onu düşünəcək insan da yox idi. İstər maddi sıxıntılar, istər anamın sağlamlığı, istərsə də, mənim şəxsi həyatım. Fərqli-fərqli sıxıntılar yaşamışıq. Bunu hər dəfə insanlara deməklə heç nə dəyişməyəcək. Kim nəyə inanmaq istəyirsə, inanır, inanmaq istəmirsə, inanmır. Açığı mənə varlığından xəbərdar olmadığım insanın haqqımdakı pis düşüncəsi mənə maraqlı deyil. Bizi yaradan Allah belə misiyamız bitəndən sonra sorğu-sual edir, sən kimsən ki, yaşayaraq edirsən? Bir etapdan keçdim və anladım ki, hər kəsin sevimlisi ola bilmərəm. Mən onlara nə qədər tanımağa icazə verirəmsə, o qədər tanıyacaq, görəcək. Məni izləməyən insanlara mənə qarşı çox önyarğılıdır, tanıyanlar artıq bilirlər".

Şou Biznes     Baxılıb: 1020   Tarix: 17 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

.

17 il sonra ekranlara qayıdır - Rekord qonorar alacaq

Türkiyəli aktrisa Yasemin Ergene 17 illik fasilədən sonra sənətə qayıtmağa hazırlaşır. xəbər verir ki, aktrisa yeni mövsümdə yayımlanması planlaşdırılan "Tuzlu kahve" serialında rol alacaq və layihədən yüksək qonora

.

Polat Alemdar' oğulları ilə

"Kurtlar Vadisi" serialında canlandırdığı "Polat Alemdar" obrazı ilə məşhurlaşan Necati Şaşmaz uzun aradan sonra sosial media hesabında paylaşım edib. Aktyor oğulları Ali Nadir və Yusuf Emir ilə gəzintisində

.

Maksim Qalkinin Bakıda - FOTOLAR

Rusiyalı şoumen Maksim Qalkin Bakıdan paylaşım edib. axşam.az-a istinadən xəbər verir ki, Qalkin paytaxtda çəkilmiş fotoları instaqram səhifəsində izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, Maksim Qalkin 2022-ci ildən etibarə

.

Məşhur aktyorun son halı görənləri təəccübləndirdi – FOTO

"Kolpaçino", "G.O.R.A." və "Vizontele" kimi ekran işlərindəki rolları ilə tanınan Türkiyəli aktyor Şafak Sezer son görüntüləri ilə diqqət çəkib. Bizim.Media-ya istinadla xəbər verir ki, salond

.

Daha bir əfsanə Azərbaycana gəlir

Azərbaycanlı iş adamı Emin Ağalarov Xəzər sahilində yerləşən "Sea Breeze" layihəsində "Nobu Hotel"in açılışda məşhur Hollivud aktyoru Robert De Nironun iştirak edəcəyini açıqlayıb. -a istinadən xəbər veri

.

Ronaldo evləndi - Nikahdan ilk fotonu özü paylaşdı

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo nişanlısı Corcina Rodrigezlə evlənib. Bu barədə məlumatı futbolçu özü təsdiqləyib. Ronaldo sosial media hesabında Corcina ilə nika

.

Nadir Qafarzadədən nəvəsi ilə bağlı paylaşım - FOTO

Müğənni Nadir Qafarzadə öz adını daşıyan nəvəsi ilə paylaşım edib. . İfaçı nəvəsi ilə çəkdirdiyi fotoları sosial media hesabında izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, N.Qafarzadənin iki oğlu və iki nəvəsi var. /

.

Elgizin yeni verilişinin adı bəlli oldu

Aparıcı Elgiz Əkbərin yeni mövsümdə təqdim edəcəyi verilişin adı bəlli olub. xəbər verir ki, Elgiz Əkbər "Şadlıq olsun" adlı yeni layihəsinin tizerini sosial media hesabında paylaşaraq onun tezliklə yayımlanacağın

.

Dünyanın ən gözəl qızının indiki halı — FOTOLAR

Bir vaxtlar "dünyanın ən gözəl qızı" kimi tanınan fransız model Thylane Blondeau illər sonra yenidən diqqət mərkəzinə düşüb. Uşaqlıq yaşlarından dünya şöhrəti qazanan modelin 25 yaşındakı görünüşü sosial mediad

turlar.az

toy gecesi həkim məsləhəti gozel gorunmek cinsi elaqe cinsiyyet qadın geyim və aksessuar kompot kosmetika zehmet ve zinet cantalar faydalı maskalar sirniyatlar faydalı bilgilər