"Anam xəyanətə görə bizi atıb getdi" - əməkdar artist

"Anam xəyanətə görə bizi atıb getdi" - əməkdar artistƏməkdar artist Naibə Allahverdiyeva rejissor Nail Naiboğlunun "Stop" verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, aktrisa ailə həyatından bəhs edib:

"Dünyaya gələndən sonra atam və anam ayrılıb. Bibimin yanında böyüməli olmuşam. Özümü tanıyandan sonra bizə bir xanım gəlir, mənə çoxlu paltarlar alıb gətirirdi. Çox gözəl idi, ondan xoşum gəlirdi. Mənə deyirdi ki, sənə nə bişirim, nə alım gətirim? Elə bilirdim bibimin rəfiqələrindəndir, ya uzaq qohumdur. Sonradan qulağıma oxudular ki, bu sənin anandır. Hardasa 9 yaşında bildim ki, anamdır. Onun yolunu gözləyirdim. Anam rəhmətə gedib artıq, 2 ildir. Biləndən sonra o anamdır, çəkinməyə başladım. Yaxın getmirdim, amma yolunu gözləyirdim. Bir dəfə məktəbdə dedilər ki, Bilqeyis xalan gəlib. Onda da qış vaxtı idi. Bibimlə Yevlaxda yaşayırdıq onda. Müəllimdən icazə aldım ki, icazə ver evə gedim, xalam gəlib. İcazə vermədi. Səs küy salırdım ki, müəllim məni dərsdən çıxartsın. Çıxdım qaça-qaça evə sarı gedəndə sürüşdüm yıxıldım ayaqlarım qan içində idi. Gəldim baxdım üzünə dedim anam hanı? Dedi, işdə. Məni qucaqlayanda onu itələdim. Gəldim başqa otaqda oturdum başladım ağlamağa. Dediyinə görə atam ona xəyanət etmişdi. Böyüyəndə anamla mübahisə edirdim ki, niyə ayrıldın. Kişilərin hamısı xəyanət edir, niyə dözmədin, axı uşaqların var idi. Biz niyə başqa yerlərdə böyüməli idik ki?".

Keçmiş həyat yoldaşı ilə bağlı suala isə N.Allahverdiyeva cavab vermək istəməyib:

"İndi sevib ailə qurmuşam. Amma birinci həyat yoldaşımı sevməmişdim, o məni sevmişdi. O kitabı bağlamışam, stop demişəm. Fikirləşmək istəmirəm. O dövr mənim üçün rəngini itirib. O kitabı vərəqləmək istəmirəm".

Ruhi xəstəxanada müalicə alması xəbərini isə aktrisa inkar edib:

"Artistlərin hamısı dəlidir. Ümumiyyətlə, bütün dahi insanlar dəlidirlər. Dahi yazıçılara, aktyorlara baxın. Mən də onlara belə cavab verirəm. Amma onların dəliliyi insanlara gözəlliklər bəxş edir. Mən sənətin xəstəsiyəm. Heç bir ruhi xəstəxanada yatmamışam. Yatsaydım, onun sənədini göstərə bilərdilər. Onu yazan adam əsəb xəstəliyi ilə psixoloji xəstəliyi səhv salır. Ağıllı olub başqasının dərdini çəkməkdənsə, dəli ol sənin dərdini çəksinlər".

Xəbərlər     Baxılıb: 4166   Tarix: 21 may 2018
f Paylaş

Oxşar xəbərlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

turlar.az

geyim və ayaqqabılar toy makiyajlari toy gecesi ev dizaynlari yataq otagi otaq dizayni yumurta ile uz maskalari kosmetologiya kosmetika uşaq şeirləri yuxuda qara ilan gormek qaynanaya aid novruza aid hakista veten haqqinda atalar sozu