Anar Nağılbaz: "Atamın pensiyası ilə dolanırıq"

Anar Nağılbaz: "Atamın pensiyası ilə dolanırıq"Son günlər reper Anar Nağılbaz yazdığı statuslar, verdiyi açıqlamalarla gündəmə gəlib.

Xanim.az axşam.az-a istinadən bildirir ki, ifaçı maddi imkanının pis olduğunu, işsiz qaldığını deyib. Onun bu yaxınlarda yazdığı "Yox olmaq istəyirəm" statusu isə intihar etmək istəməsi kimi yozuldu.

A.Nağılbaz əməkdaşımızla söhbətində yanlış anlaşıldığını söyləyərək maddi vəziyyətindən danışıb:

"Statusumda intihar etmək istədiyimi yox, "yox olmaq istədiyimi" yazdım. Dostlarla görüşüb, haradasa oturub əylənmək də bir müddətlik yox olmaqdır. Həyatımda çətinliklər var, amma intihar haqda düşünmürəm. Hazırda iqtisadi böhran təkcə Azərbaycanda yox, bütün dünyada hökm sürür. Böhran mənə də təsir edib. Hazırda işsizəm və çalışmağa yer tapa bilmirəm. Ailəmizdə heç kim işləmir, vəziyyətim ağırdır. Mənim tək istəyim öz sahəm üzrə televiziyada iş tapmaqdır".

A.Nağılbaz bir çox telekanala iş üçün müraciət etsə də, onu geri çevirdiklərini deyib:

"Televiziya rəhbərlərinin bəziləri ilə yaxşı münasibətim var. Amma buna baxmayaraq, müraciət etsəm də, işlə təmin olunmuram. Biz reperləri narkoman, spirtli içki aludəçisi kimi görürlər. Amma biz işinə sadiq olan insanlarıq. Bir vaxtlar televiziyada çalışmışam. Ətrafımda olan insanlar yaxşı bilirlər ki, mən işimi vaxtında və səviyyəli formada çatdırmağa qadir adamam. Bir vaxtlar meyxanaçıların da ünvanına bu cür ifadələr işlədirdilər. İndi meyxana milli musiqi kimi qəbul olunub. Azərbaycanda muğam, aşıq sənətini milli musiqi kimi dəyərləndirirlər. İmkan versələr, repi inkişaf etdirsək, onu da milliləşdirərik. Mənim tək səhvim repi toyxanaya aparmamaq olub. Hər zaman çalışmışam uzaq tutum. Düzdür, bu gün toylara dəvət alıram. Amma on dəvətdən səkkizi dost-tanış olur. Hazırda Azərbaycanda şou-biznes ancaq toydan ibarətdir. 25 yaşlı xanıma fəxri ad verilir. Bu, bütün ifaçıların yaralı yeridir. Mənə 2002-ci ildə fəxri ad verəndə imtina etdim ki, hələ nə iş görmüşəm?"

Reper "Bilirik ki, atanız bir vaxtlar millət vəkili (Rizvan Cəbiyev - red.) kimi çalışıb və imkanı yaxşı olub. Uzun müddət sizə maddi dəstək göstərib" sualına belə cavab verib:

"Atamın mənə maddi dəstək olmasını heç vaxt danmamışam. İndi də atam mənə kömək edir. Biz hazırda onun pensiyası ilə dolanırıq. Allah atamın canını sağ etsin. Övlad nə qədər pis olsa da, valideyn kəsib atmır. Demirəm ki, mən pis övladam, atama maneə yaradıram. Sadəcə atam mənim musiqi sahəsində olmağımla heç vaxt razılaşmayıb".

Xəbərlər     Baxılıb: 1855   Tarix: 07 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Paket çaylar suya milyardlarla mikroplastik buraxır? - Araşdırma

Son dövrlərdə sosial mediada geniş yayılan iddialardan biri də paket çayların suya milyardlarla mikroplastik buraxması ilə bağlıdır. xəbər verir ki, bu fikir ilk baxışda narahatedici görünsə də, mütəxəssislər onun tam olara

.

Ürək tutması, yoxsa panik atak? - Oxşar əlamətlər, təhlükəli nəticələr

Sinədə qəfil təzyiq, sürətlənən ürək döyüntüsü və nəfəs almaqda çətinlik. Bu əlamətlər bir çox insanda ciddi narahatlıq yaradır və "ürək tutmasıdır, yoxsa panik atak?" sualını gündəmə gətirir. Türkiyə mətbuatın

.

Bazarda 4 manata satılan bu möcüzə təzyiqi stabilləşdirir

Görünüşünə görə kartofla qarışdırılan, lakin tibbi xüsusiyyətlərinə görə "təbii təzyiq tənzimləyicisi" adlandırılan yerarmudu, müasir tibbin diqqət mərkəzindədir.  xəbər verir ki, yerarmudu çox yüksək miqdarda kaliu

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

5 ədəd badam yeyib idman et, gör NƏ OLUR

Gündə 5 qoz-fındıq yemək məşqin yağ yandırma təsirini artırır. Qoz-fındıq həmçinin intensiv məşqdən sonra gərginliyi və ağrını azalda bilər.  xəbər verir ki, bunu diyetoloq Vasilisa Ponomaryova yeni elmi araşdırmadan danışarkə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Süni intellekt sınaqdan keçmədi - Sağlamlıq üçün TƏHLÜKƏ

Populyar süni intellekt modellərinin tibbi mövzularda verdiyi cavabların 70 faizdən çoxu ya problemlidir, ya da elmi əsaslardan uzaq mənbələrə istinad edir. xəbər verir ki, "BMJ Open" jurnalında yayımlanan yen

.

Dişlərimizi gündə fırçalamaq xeyirdirmi? - Vacib tövsiyələr

Dişlərin gündəlik fırçalanması sağlam həyat tərzinin ayrılmaz hissəsidir. Mütəxəssislər bildirirlər ki, dişləri hər gün düzgün qaydada təmizləmək diş çürüməsi və diş əti xəstəlikləri riskini ciddi şəkildə azaldır. xəbər veri

.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq

Vitaminlərin və qida əlavələrinin nizamsız və həddindən artıq istifadəsi zəhərlənməyə və qaraciyər çatışmazlığına səbəb ola bilər. xəbər verir ki, türkiyəli professor Dr. Ərtuğrul Kıykım,  ABŞ-da dərmanların yaratdığı qaraciyə

turlar.az

qadın geyimi gelinlikler geyim şəkilləri sevgi ve seks manikür və pedikür yanıltmacalar mirzə ələkbər sabir satiraları kosmetika zencefil naz mila qiz adlari novruz hakistasi yemek reseptleri