"Anasına bağlı kişilər həmişə asılı olur"
"Həmişə fikirləşmişəm, əgər bir gün oğlum olarsa, ona öyrədəcəyim ilk şey bu olacaq. Fizioloji quruluşuna görə heç bir canlıdan üstün deyil. Əgər bunu öyrənərsə, kişi olduğunu sübut etmək üçün zorakılıq və şiddət göstərməz".
Open.az xəbər verir ki, bu sözləri aktrisa Ülviyyə Xəlilbəyova İnstaqram hesabında yazıb. Dörd aylıq körpəsi ilə fotosunu paylaşan aktrisa oğlunu özünə bağlamayacağını bildirib:
"Qadına əl qaldırmağın utancverici hiss olduğunu dərk etməlidir. Özümə bağlamayacam. Çünki anasına bağlı kişilər həmişə asılı olur. Bir gün mən olmayanda heç bir qadından asılı olmasın. Dəyər verməyi, qorumağı, sevməyi bilsin. Onu sevən qadının göz yaşının axmasına səbəb olmasın. Ən əsası isə həyatındakı iki dəyərli qadının fərqini bilsin".
Qeyd edək ki, Ülviyyə aktyor Murad İsmayılla ailəlidir. Cütlük oğluna Fuad adını qoyub.










Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Dişləri saraldan qidalar
Mədəsi ağrıyanların nəzərinə
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?