Anasını və cavan bacısını itirən əməkdar artist: "Sanki silkələndim, özümü qınadım..."
Əməkdar artist Nüşabə Ələsgərli nəhayət ki, uzun fasilədən sonra yeni mahnılar yazdırmağa qərar verib. Anası və bacısını itirən sənətçi depressiyadan yavaş-yavaş çıxdığını bildirib.
Yenicag.az-a açıqlama verən sənətçi onu depressiyadan çıxartdığına görə sosial şəbəkə dostlarına minnətdarlığını bildirib:
"Anamdan və bacımdan sonra ilyarım efirlərə çıxmadım. Həmin müddətdə insanlar mənə sosial şəbəkədə təsəlli verdilər, dərdimə şərik çıxdılar. Fikirləşdim ki, onları nə məcbur edir ki, mənə sevgilərini belə izhar edirlər?! Demək ki, onlar məni unutmayıblar, həqiqətən sevirlərmiş. Bu sevgi məni yaşatdı, ayağa qaldırdı.
Eyni zamanda ətrafımda baş verən hadisələr məni dəyişdi. Yanvar ayında qonşumuzda gənc bir qız rəhmətə getdi. Sanki silkələndim, fikirləşdim ki, bu gənc qız həyatın ən şirin vaxtında ailəsinə dərd verib, dünyadan köçdü. Halıma şükür etdim. Ard-arda neftçilərin ölümünü, qəzalarda dünyasını dəyişənləri görüb, özümü qınadım. Başa düşdüm ki, əzizinin meyidini belə tapa bilməyənlər var. Anladım ki, şükran olmaq lazımdır. Son aylarda bir neçə verilişə çıxdım, indi yeni mahnılar yazdırmaq istəyirəm. Nə etmək olar ki, həyat davam edir".









Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Yuxusuz gecədən sonra bunu edin
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir