Anemiyanın növləri
Anemiya-hemoqlobinin qanın vahid həcmində miqdarının azalması ilə xarakterizə olunan xəstəlikdir.Anemiya bir neçə səbəbdən baş verir.Onun baş vermə səbəblərindən biri də orqanizmdə dəmirin çatmazlığıdır.Dəmir defisit anemiyada hemoqlabilinin sintezi pozulur və nəticədə hər bir eritrositdə normaya nisbətən az miqdarda hemoqlobin toplaşır.Dəmir defisit anemiya başqa anemiyalara nisbətən daha geniş yayılmışdır.
ETİOLOGİYASI:
Dəmir defisitinin aşağıdakı əsas səbəbləri ayırd edilir:
Qanaxmalar
Dəmir sərfinin artması
Dəmirin sorulmasının pozulmsı
B-12 DEFİSİTLİ ANEMİYA
B-12 defisitli anemiya orqanizmdə B-12 vitamininin çatmazlığı nəticəsində əmələ gələn anemiyadır .B-12 vitamininin çatmaması orqanizmdə qanyaranmanın pozulmasına ,sümük iliyində meqaloblastların peyda olmasına, eritrokariositlərin parçalanmasına , eritrositlərin və hemoqlobilinin miqdarının azalmasına səbəb olur.Eritrositlərin və hemoqlobilinin azalması da öz növbəsində bir sıra orqanlarda və sistemdə dəyişikliklərə gətirib çıxarır.
HEMOLİTİK ANEMİYALAR
Hemolitik anemiyalar etiologiya, patogenez,klinika və müalicəsi müxtəlif olan xəstəliklərin bir qrupunu əhatə edir.Normada eritrositlərin yaşama müddəti 100-120 gündür.Hemolitik anemiyalarda ısə 12-14 gündür.Bu xəstəlik zamanı bəzi orqanların hüceyrələrində hemoliz gedir.Hemolizin baş verməsi dalaqda özünü aşağıdakı simptomlarla təzahür edir:
-Qanda sərbəst bilrubinin miqdarı artır ki,bu da dəri və selikli qişada sarılıqla özünü biruzə verir.
-Bağırsaqlarda yüksəlmiş sterkobilinogen və urobilinogen yaranır ki,bu da nəcisin rənginin dəyişməsinə səbəb olur.
-Sidikdə urobilinin miqdarı artır.
-Periferik qanda eritrositlərin ümumi miqdarı artır.
TƏSNİFATI:
Bütün hemolitik anemiyalar 2 böyük qrupa ayrılırlar:
-Anadangəlmə
-Qazanılma
Anadangəlmə hemolitik anemiyalar eritrositlərin genetik deffekti ilə əlaqədardır. Eritrositlər genetik deffekt olduqları üçün,onlar funksional olaraq tam kefiyyətli olmur.Kefiyətsiz olduğuna görə asan hemoliz olunurlar.
Qazanılma hemolitik anemiyalar müxtəlif faktorların (antitellərin yaranması, hemolitik zəhərlər,mexaniki təsirlər) normal eritrositlərə təsirindən yaranır.
MÜALİCƏSİ:
Anemiyalarda kompleks müalicə tədbirləri anemiyanın etiologiyasından, anemiyanın ifadə dərəcəsindən və verdiyi nevroloji dəyişikliklər nəzərə alınmaqla aparılır.Müalicədə aşağıdakılar nəzərə alınmalıdır.
-Qurd invaziyası
-Bağırsağın üzvi xəstəliklri
- Bağırsaq fermentlərinin çatmazığı.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Qaravəllilər
Arzuolunmaz hamiləlik
Yatmazdan əvvəl edilən bu vərdiş böyrəkləri sıradan çıxarır
Roza "JARA"da səhnə alacaq
Mənə dedi ki, sənə nifrət edirəm
Həmişə susmuşam, amma
Mandalin qabığı çayı nədir? - Faydaları və hazırlanma qaydası
Stress sizi necə dəyişir? - Əlamətləri və çıxış yolları
100 yaşlı Hollivud aktyoru uzunömürlülüyünün sirrini AÇIQLADI - FOTO
Sinan Akçıl Türkiyə millisi üçün marş hazırlayır
Şahzadə Harrinin jurnalistlə sevgi mesajları ortaya çıxdı
Sən həmişə mənim balaca bacım olaraq qalacaqsan' - Fatimənin xınası oldu