"Anju" müayinəsindən kimlər keçməlidir?
Anjio (Koronar Anqioqrafiya) damarlarda daralma və tıxanma kimi fəsadları müəyyən etmək üçün icra olunan müayinə metodudur.
Milli.Az xəbər verir ki, ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyevin sözlərinə görə, anqioqrafiya zamanı yuxarı və ya aşağı ətrafdakı böyük arteriyalardan daxil edilən kateter (1,5-2mm nazik boru) ilə ürəyi qidalandıran damarlara çatılır. Kateter vasitəsilə koronar damarlara qeyri-şəffaf maddə (boya) yeridilir və damarların təsviri əldə olunur.
Prosedurdan sonra kateter çıxarılır və qanaxmanı dayandırmaq üçün 10-20 dəqiqə təzyiq tətbiq edilir. Anqioqrafiya, yerli narkoz sayəsində ağrısızdır.
Koronar Anqioqrafiya müayinəsindən kimlər keçməlidir?
- tez-tez təngnəfəslik və ürək nahiyəsində şiddətli ağrısı olanlar;
- hər hansı ürək xəstəliyi aşkar olunub, müalicəsi effekt verməyənlər;
- miokard infarktı keçirənlər;
- anadangəlmə ürək qüsuru şübhəsi olanlar;
- ürək çatışmazlığı simptomları (öskürək, tezləşmiş ürək döyünməsi və s.) olanlar;
- ürək damarlarında aparılan əməliyyatlardan əvvəl və sonra. /medicina.az
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi