ANS-dən sonra daha bir telekanal da BAĞLANACAQ - MTRŞ sədri

ANS-dən sonra daha bir telekanal da BAĞLANACAQ - MTRŞ sədri"Hesab edirəm ki, Azərbaycanda televiziya kanallarının sayı kifayət qədərdir.Hətta deyərdim ki, artıqdır. Onları azaltmaq lazımdır ki, reklam bazarında olan vəziyyət müəyyən qədər düzəlsin".
Xanim.az xəbər verir ki, bu fikirləri Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli unikal.org-a müsahibəsində səsləndirib.

MTRŞ sədrinin bu ideyasını təklif və anons kimi qiymətləndirmək də olar. N.Məhərrəmli ANS-dən sonra daha bir telekanalın bağlanacağına eyham vurub.

Ehtimal etmək olar ki, yaxın gələcəkdə efirdən daha bir tezlik çıxarılacaq. Azərbaycan efir məkanının tənzimlənməsi prosesi getməkdədir.

Amma MTRŞ sədrinin dediyi kimi, sayını azaltmaq lazım olan telekanallardan hansının yayımı dayandırılacaq? Təbii ki, AzTV, Mədəniyyə kanalı, İdman Azərbaycan, İctimai TV, Xəzər TV və ATV nəzərdə tutulmayıb.

Yerdə qalan Space və Lider TV-dir. Lider TV hakimiyyətin mühüm projesidir və iqtidarın sözü əsasən bu telekanaldan söylənir.Bəzi siyasi piar kampaniyaları da Lider TV tərəfindən yayımlanır.

Bu məntiqlə illərdir ki, başı üzərində qara buludlar dolaşan, səhmlərin bir hissəsinin Sevil Əliyevaya aid olduğu iddia edilən, son zamanlar tamaşaçı kütləsi azalan, bayağı verilişlərlə ekranda qalan Space TV-nin fəaliyyətinə xitam veriləcəyi gözləniləndir.

Telekanaların xəbər siyasəti, intellectual verilişlər bloku, reklam bazarı, məkədaşlarının maaşı aşağı səviyyədədir. Uzun müddətdir ki, Space böhran yaşayır. Əgər N.Məhərrəmlinin dediyi kimi, telakanalların sayını azaltmaq lazım olacaqsa, növbə ANS-dən sonra Space-ə çata bilər.

İdman Azərbaycan kanalının da bağlanması real ehtimaldır. Efirin idman blokunu rəngarəng dolduran SBC sport kanalı var.

Həmçinin İTV və AzTV vacib oyunları yayımlayır. Xəzər TV-nin də idman verilişləri baxımlıdır. Bu mənada sözügedən telekanal heç nə ilə fərqlənməyib, izafi xərclərə səbəb olur.

Bundan başqa, region kanalları da bazarda özünə yer tutub. İqtisadi böhran teleradioların da fəaliyyətinə təsir edib. Bəzi telekanal və radiolarda ixtisarlar aparılıb, bəzi verilişlərin yayımı dayandırıb.

Telekanal rəhbərlikləri maksimum dərəcədə qənaət rejiminə əməl etməyə çalışır. Habelə "Lider TV", "ARB TV", "İctimai TV" də böhrandan sovuşa bilməyib. Telekanalların sponsor dairələri, hansı oliqarxlara yaxınlığı da ciddi nəzarətə alınır, öyrənilir.

Telekanallarda hansı oliqarxa bağlı şirkətlərin malların, onlara məxsus restoran və klinikaların reklam edilməsi də xüsusi araşdırılır.

İqtidar telekanalların maliyyə mənbələrini tam nəzarətə almaqla "kimin hansı musiqini sifariş etdiyini" bilmək niyyətindədir. İddialara görə, iqtidar artıq ən yüksək səviyyədə etiraf edilən böhran dövrünə hazırlaşması səbəbindən telekanallara nəzarəti gücləndirir.

Xəbərlər     Baxılıb: 2427   Tarix: 23 fevral 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Qadınlarda infarktın gizli əlamətləri - Həkim xəbərdarlıq etdi

Qadınlarda ürək tutması əksər hallarda klassik simptomlarla özünü göstərmir və bu da xəstəliyin vaxtında aşkarlanmasını çətinləşdirir. xəbər verir ki, kişilərdə tez-tez rast gəlinən şiddətli sinə ağrısından fərqli olaraq

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Yuxusuzluq Parkinson və Altsheymer xəstəliklərinin erkən əlaməti kimi ortaya çıxa bilər.  xəbər verir ki, bu barədə rusiyalı nevroloq Yekaterina Demyanovskaya məlumat verib. Onun sözlərinə görə, qəfil başlayan yuxusuzlu

.

Sabunlarda təhlükəli bakteriya aşkar edildi: "Evində olan dərhal atsın"

Mikrobları məhv etmək üçün istifadə etdiyimiz antibakterial məhsullar əslində bakteriyaların mutasiyaya uğramasına və dərmanlara qarşı müqavimət qazanmasına səbəb olur.  xəbər verir ki, antibakterial məhsulların tərkibindək

.

Siqaretdən 10 qat daha zərərli: Hər evdə var

Kork və Qalvey universitetlərinin tədqiqatçıları müəyyən ediblər ki, gündəlik həyatda tez-tez istifadə edilən ətirli şamlar havadakı incə toz səviyyəsini Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi həddən 15 dəfə daha ço

.

Sağlam bildiyimiz həmin qida ürək üçün riskli ola bilər - Diqqətli olun

Son illərdə "təbii qidalanma" anlayışının populyarlaşması bir çox insanı bu məhsulları məhdudiyyətsiz şəkildə istehlak etməyə sövq edir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, "təbii" hər zaman "ta

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Qarğıdalının bilmədiyimiz faydaları

PP, E, D, K, C, B qrupu vitaminlərlə zəngin olan qarğıdalının bir çox faydası var.  həmin faydaları təqdim edir:. 1. Tərkibində kalium, kalsium, fosfor, maqnezium, dəmir, mis kimi vacib mikroelementlər, çox faydalı əvəzsi

.

Gecə yata bilməməyinizin səbəbi ayaqlarınız ola bilər

Dincəlmək üçün uzandığınızda ayaqlarınızda hiss etdiyiniz o müəmmalı narahatlıq, əslində bədəninizin verdiyi bir imdad çağırışıdır.  xəbər verir ki, xroniki venoz çatışmazlığı ayaqlardakı damar qapaqcıqlarının funksiyasın

.

5 ədəd badam yeyib idman et, gör NƏ OLUR

Gündə 5 qoz-fındıq yemək məşqin yağ yandırma təsirini artırır. Qoz-fındıq həmçinin intensiv məşqdən sonra gərginliyi və ağrını azalda bilər.  xəbər verir ki, bunu diyetoloq Vasilisa Ponomaryova yeni elmi araşdırmadan danışarkə

turlar.az

qadın geyimi kosmetika mehsullari geyim şəkilləri eroziya xesteliyi testosteron nədir yataqda balqabaq yagi kosmetika qiz evi cantalar novruz klitor zehmet ve zinet