ANS-in tanınmış jurnalistindən böyük bacısı İMTİNA ETDİ: "Ailəmizin tərbiyəsinə yaraşmır ki..." - FOTO

ANS-in tanınmış jurnalistindən böyük bacısı İMTİNA ETDİ: "Ailəmizin tərbiyəsinə yaraşmır ki..." - FOTO"Mən, Lalə Osman qızı Hacıyeva Sevinc Osman qızı Mirzəyeva ilə bir atanın, bir ananın övladlarıyıq. Həyatımızda nə siyasi baxışlarımıza görə, nə də şəxsi zəmində son vaxtlaradək ciddi problemlərimiz olub".

Xanim.az bildirir ki, bunu APA-ya təqdim etdiyi müraciətində hazırda ABŞ-da yaşayan jurnalist Sevinc Mirzəyevanın ( Osmanqızı) bacısı Lalə Hacıyeva qeyd edib.

L. Hacıyeva bildirib ki, son iki ildə Sevincin siyasi mövqeyini kəskin dəyişməsi onda təəssüf yaradıb: "Mənim dəfələrlə və təkidlə ona sağlam siyasi mövqe nümayiş etdirmək üçün təsir etməyimə baxmayaraq, o öz fikrindən əl çəkmədi. Məhz buna görə də bizim siyasi baxışlarımız qarşı-qarşıya gəldi. Uzun düşüncələrdən sonra siyasi mövqeyimi mətbuat vasitəsilə açıqlamaq qərarına gəldim. Mən dəfələrlə elektron media vasitəsilə Sevincin doğma vətənim Azərbaycan, onun siyasi rəhbərliyi barədə yazdığı fikirlərə tənqidi münasibətimi bildirmişəm, ailəmizin tərbiyəsinə yaraşmayan mövqedən əl çəkməsini böyük bacı kimi də tələb etmişəm. Onun möhtərəm cənab Prezidentimiz İlham Əliyev və çox hörmətli birinci vitse-prezident, xanım Mehriban Əliyeva haqqında yazdığı fikirləri qətiyyətlə rədd edirəm. Onun bu məsuliyyətsiz mövqeyini siyasi savadsızlıq hesab edirəm. Və onun kimlərinsə əlində siyasi oyuncaq olmasına üzülürəm".

L. Hacıyeva, həmçinin, bacısının mövqeyinə görə, atası, mərhum Osman Mirzəyevin adının hallandırıldığını, onun ruhunun inciməsindən narahat olduğunu da qeyd edib: "Onunla bağlı müzakirələrdə atamın adının hallandırılması, Osman Mirzəyevin adının belə müzakirələrdə çəkilməsi mənə rahatlıq vermir".

L. Hacıyeva müraciətinin sonunda qeyd edib: "Bütün bunları nəzərə alaraq mətbuat vasitəsilə bəyan etmək istəyirəm ki, məni Sevinc Osman qızı Mirzəyeva ilə artıq heç nə bağlamır".

Qeyd edək ki, S. Osmanqızı bir neçə ildir ki, ABŞ-da yaşayır. O, hazırda meydan.tv ilə əməkdaşlıq edir. Son aylarda o, Xocalı soyqırımı ilə bağlı mübahisələri fikirlərinə görə gündəmə gəlmiş və sosial şəbəkə istifadəçiləri tərəfindən kəskin tənqid olunmuşdu.

Sevinc Osmanqızının bacısı Lalə Hacıyeva
ANS-in tanınmış jurnalistindən böyük bacısı İMTİNA ETDİ: "Ailəmizin tərbiyəsinə yaraşmır ki..." - FOTO

Xəbərlər     Baxılıb: 2022   Tarix: 31 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Dolğu etdirmək istəyənlərə qorxunc xəbərdarlıq - Bədəniniz çürüyə bilər

Son illərdə estetik prosedurların populyarlaşması ilə dolğu (filler) tətbiqlərinə maraq xeyli artıb. Bəzi hallarda dolğuların ciddi fəsadlara - o cümlədən toxuma zədələnməsi və hətta dəri altı nahiyələrin çürüməsinə (nekroza

.

Uşaqlar arasında "beşinci xəstəlik" yayılıb - Nə etməli?

Uşaqlar arasında parvovirus yayılıb. xəbər verir ki, valideynlərin sözlərinə görə, virus qızartı və qızdırma ilə müşahidə olunur. İki yaş yarımlıq övladı olan valideyn üç gündür, övladının bu virusa yoluxduğunu söyləyib

.

Erkən hamiləliyin fəsadı

Hamiləlik və doğum qadın üçün həmişə ölümlə nəticələnə bilər. Əlbəttə ki, burada yaşın da rolu var. Təəssüf ki, ana olanlar arasında yeniyetmələr var. xəbər verir ki, bu barədə Həkim Pərvanə Mustafayeva -a açıqlamasında 15-1

.

Bir ay hər gün limonlu su içsəniz nə olar?

Son illərdə sağlam həyat trendləri arasında populyarlığını artıran limonlu su sadə, lakin təsirli bir vərdiş olaraq diqqət çəkir.Xüsusilə səhərlər ac qarına istehlak edildikdə, bir ay nizamlı olaraq istehlak edildikdə limonl

.

İnsan beyni mühitdə hərəkəti süni intellektdən daha yaxşı qavrayır - TƏDQİQAT

Yeni tədqiqat insan beyninin vizual mühitlərdə avtomatik olaraq mümkün fiziki fəaliyyətləri necə müəyyənləşdirdiyini üzə çıxarıb və bu sahədə süni intellektin hələ də insan qabiliyyətinə çatmadığını göstərib. Amsterdam Universitetini

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Tez-tez kabus görmək insanı vaxtından tez qocaldır

Yeni elmi araşdırma tez-tez kabus görən insanların daha tez yaşlandığını və 70 yaşına çatmadan ölüm riskinin üç dəfə artdığını üzə çıxarıb. xəbər verir ki, bu nəticəyə Birləşmiş Krallıq Demans Araşdırma İnstitutu və "Imperia

.

Azərbaycanda 1 yaşadək uşaqlar ən çox bu səbəblərdən ölür

Azərbaycanda bir yaşadək uşaqlar arasında ölüm halları azalıb. -ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2024-cü ildə 1420 körpə həyatını itirib. Belə ki, 2023-cü ildə bu rəqəm 2039 olub. Ötən il körpələ

.

Kişilər arasında "səssiz xəstəlik" sürətlə yayılır

ABŞ-da kişilər arasında sümük əriməsi xəstəliyi olan osteoporozun yayılması ilə bağlı narahatedici statistika açıqlanıb. Məlumata görə hazırda ölkədə təxminən 2 milyon kişi bu "səssiz xəstəlik"dən əziyyət çəkir

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az geyim dəbləri geyim şəkilləri gelinlikler stresin elametleri elme aid atalar sözləri mürəbbə reseptləri qadın dünyası.az naz mila baliq hakışda haxista xerceng