Antibiotiklər haqqında ən vacib məlumatlar

Antibiotiklər haqqında ən vacib məlumatlarAntibiotiklər - mikrobların inkişafını dayandıran və ya onları məhv edən kimyəvi maddələrdir. "Antibiotik" - yunan sozu olub mənası: anti- "qarşı", bios isə "həyat" deməkdir.
Antibiotiklər aşkar edilənə qədər infeksion xəstəliklər milyonlarla insanın ölümünün əsas səbəbi idi. İlk antibiotik olan penisillin 1929-cu ildə Şotlandiyalı bakterioloq Aleksander Fleminq tərəfindən kəşf edilmışdır. O, təsadüfən laborator kasacıqların birində stafilokokların inkişafını dayandıran penisillin adlı kif göbələyini aşkar etmişdir. Bu, XX əsrin ən böyük kəşfi, tibbdə isə həqiqi bir inqilaba səbəb oldu. Daha sonra 1940-cı ildə İngiltərədə penisillin antibiotiki təmiz şəkildə alınmışdır.
Hazırda dünyada təxminən 200 növ antibiotik hazırlanmışdır. Kimsə soruşa bilər ki, bəs nə üçün bu qədər çox? Məsələ ondadır ki, mikroblar da özlərini antibiotiklərin hücumundan qorumaq üçün - bəziləri onlara qarşı davamlılıq yaradır, digərləri isə antibiotikin özünü parçalayan ferment hazırlayır və s. Ən pisi də ondan ibarətdir ki, daima bir-biri ilə cütləşən bu mikroblar antibiotiklərə qarşı davamlılığı bir növdən digərinə də ötürürlər! Məhz buna görə alimlər daim yeni növ antibiotiklər hazırlamağa məcbur olurlar. Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, ilk antibiotik olan penisillin hal hazırda öz əhəmiyyətini demək olar ki, tamamilə itirmişdir. Buna səbəb isə əksər mikrobların, penisillini parçalayan "penisillinaza" adlı ferment hazırlamaqla, özlərini ondan qoruya bilməsi ilə izah olunur.
Əfsuslar olsun ki, antibiotiklərin bu qədər yayılması fonunda, insanlar onlar haqqında çox az məlumata malikdirlər. Ona görə də antibiotiklərə olan münasibətə görə cəmiyyətdə iki əks mövqe mövcuddur. İnsanların bir qismi onları xeyli təhlükəli hesab edərək, hər vasitə ilə onlardan istifadə edilməsindən uzaq olmağa çalışırlar. Digərləri isə, əksinə olaraq antibiotikləri "bütün xəstəliklərdən" müalicə olunmaq vasitəsi kimi qəbul edərək, xəstəliyin ilkin əlamətləri meydana çıxan kimi, özlərinə antibiotik "təyin" etməklə müalicəyə başlayırlar.
Biz, diqqətinizə çatdırmaq istədiyimiz bu məlumatlarla antibiotiklər barədə daha düzgün təsəvvür yaratmağa çalışacağıq.
Qeyd etmək lazımdır ki, antibiotiklər yalnız infeksion xəstəliklərin törədicisi olan bakteriyalara qarşı effektiv hesab olunur! Məhz buna görə antibiotikləri aşağıdakı xəstəliklər zamanı tətbiq etmək mənasız, xeyirsiz və hətta zərərlidir:
- KRVİ, qrip, qızılca, məxmərək, epidemik parotit, A, B, C hepatitləri və s. Bütün bu xəstəliklər viruslar tərəfindən törədilir. Antibiotiklər isə viruslara heç bir təsir göstərmirlər;
- temperaturun yüksəlməsi zamanı. Antibiotiklər temperaturu aşağı salan və ağrısızlaşdırıcı preparatlara aid deyillər;
- iltihabi proseslər zamanı. Antibiotiklər iltihab əleyhinə təsirə malik deyillər;
- öskürək zamanı. Öskürəyin bir çox səbəbləri vardır: virus infeksiyaları, allergiya, bronxial astma, ətraf mühitin bir sıra qıcıqlandırıcı faktorlarına qarşı yüksək həssaslığın olması və s. Bunların yalnız çox az bir hissəsi mikroqrqanizmlərlə əlaqəli olur.
- bağırsaq pozğunluqları (ishal) zamanı. Məsələ bundadır ki, birincisi - bağırsaq infeksiyalarının bir çoxu viruslar tərəfindən törədilir. İkincisi - nəcis ifrazının pozulması yalnız bağırsaq infeksiyası nəticəsində deyil, məsələn, hər hansı bir qidaya allergiyanın olması nəticəsində də baş verə bilər.
Bəs, antibiotiklərdən nə vaxt istifadə etmək lazımdır? Antibiotiklər olmadan pnevmoniyanı, anginanı, haymoriti, otiti, sidik-cinsiyyət üzvülərinin infeksiyalarını, dəridəki irinli iltihabları, cinsi yolla keçən bir çox xəstəlikləri, sepsis və müxtəlif bakteriyalar tərəfindən törədilən digər xəstəlikləri müalicə etmək mümkün deyil. Bu xəstəliklər zamanı antibiotiklərin qəbul edilməsindən imtina edilməsi ağır fəsadların baş verməsi, bəzi hallarda isə (məsələn, sepsis zamanı) ölümlə də nəticələnə bilər. Məsələn, vaxtında antibiotiklərin tətbiq edilməsi ilə müalicə olunmayan anginalar, sonradan ürəyin (revmatizm, miokardit) və ya böyrəklərin(qlomerulonefrit) zədələnməsi ilə nəticələnə bilər. Kəskin xəstəlikləri (pnevmoniya, haymorit və s.) antibiotiklərlə vaxtında müalicə etmədikdə, bu xəstəliklər xroniki formaya (xroniki pnevmoniya, xroniki haymorit, sidik yollarının xroniki infeksiyaları) keçir. Əksər hallarda, müxtəlif orqanlarda aparılan cərrahi əməliyyatlardan sonra da antibiotiklə müalicə təyin olunur.
Əksər insanlar hesab edirlər ki, KRVİ və qrip xəstəliyi də antibiotiklərlə müalicə olunmalıdır. Ancaq bu heç də düzgün deyil. Yuxarıda qeyd etdiyimiz kimi, KRVİ və qripin törədiciləri viruslardır ki, onlara antibiotiklər heç bir təsir göstərmir. Ancaq, heç müalicə olunmadıqları və ya düzgün müalicə edilmədikləri təqdirdə, KRVİ və qrip də müxtəlif fəsadlara (angina, haymorit və s.) səbəb ola bilərlər. Məhz bu fəsadlara qarşı isə antibiotiklərdən istifadə etmək olar və lazımdır.
Bakterial infeksiyaların əsas əlamətləri:
- temperaturun uzun müddət ərzində və davamlı olaraq yüksəlməsi;
- qısa müddətli yaxşılaşmadan sonra xəstənin ümumi vəziyyətinin təkrarən pisləşməsi;
- irinli ifrazatın olması;
- leykositoz - qanda leykositlərin sayının artması.
Hamı bilməlidir ki, antibiotikləri həkim məsləhəti olmadan qəbul etmək olmaz.
Antibiotik, həkim tərəfindən yalnız son halda - xəstəliyi digər üsullarla effektiv və tam şəkildə müalicə etmək mümkün olmadıqda təyin edilir. Antibiotiklər universal deyillər. Onların hər biri yalnız, ona həssas olan mikroorqanizmlərə təsir edə bilir. Ona görə də bu və ya digər xəstəlik zamanı hansı antibiotikdən istifadə edilməsini yalnız həkim təyin edə bilər. Müvafiq tibbi təhsili olmayan adam düzgün "diaqnoz qoya bilməz", çünki oxşar əlamətlər bir çox digər xəstəliklərdə də ola bilər.
Əksər hallarda vəziyyətinin yaxşılaşdığını, temperaturun normaya endiyini və digər yaxşılaşma əlamətlərini görən bir çox xəstələr, öz orqanizmlərinə əlavə "ziyan" vurmamaq üçün, həkimlə məsləhətləşmədən müstəqil şəkildə antibiotiklərin qəbulunu "dayandırırlar". Bu böyuk səhvdir! Sona qədər müalicə olunmayan xəstəlik xroniki formaya keçə bilər, ürək, böyrəklər və digər orqanlara müxtəlif fəsadlar verə bilər. Digər tərəfdən, xəstəliyi tam müalicə etmədikdə, təyin olunan antibiotikin təsirindən xəstəliyi törədən mikrobların heç də hamısı məhv olmayacaq. Onların şağ qalan hissəsi, bu antibiotikə qarşı uyğunlaşaraq, ona qarşı davamlılıq əldə etmiş olacaqlar. Növbəti dəfə xəstəyə bu antibiotikin təkrar olaraq təyin edilməsi zamanı isə müalicənin də heç bir effekti olmayacaq.
O biri tərəfdən isə, həkimin təyin etdiyi antibiotikin dozasının xeyli artırılması da eyni dərəcədə təhlükəlidir. Bu, qara ciyərin, böyrəklərin və s. orqanların zədələnməsi ilə nəticələnə bilər.
Beləliklə, həkim tərəfindən antibiotik təyin edildiyi halda, dərmanın qəbul vaxtları, dozası və qəbul müddəti barədə həkim məsləhətinə dəqiqliklə əməl etmək lazımdır. Bu çox vacibdir!
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2018   Tarix: 02 mart 2021
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

turlar.az

adlarin menasi maskalar kosmetika mehsullari oxsamalar qaraqoyunlu dərəsi qadın və kişi dolma reseptleri kosmetika vətən həsrətinə aid bayatılar qizlar maraqli hakistalar aybawi statuslar