Az siqaret çəkmək də öldürür- Erkən ölüm riski 60% artır

Az siqaret çəkmək də öldürür- Erkən ölüm riski 60% artırGündə yalnız iki siqaret çəkmək belə ürək-damar xəstəlikləri riskini 50%-dən çox, erkən ölüm riskini isə 60% artırır.
Milli.Az xəbər verir ki, ABŞ-nin Johns Hopkins Universitetindən alimlərin araşdırması göstərir ki, özünü "sosial içici" adlandıran şəxslər də ciddi sağlamlıq riskləri ilə üz-üzədir. 20 il ərzində 300 min nəfər üzərində aparılan tədqiqat, sosial siqaret çəkənlərin də siqaret aludəçisi qədər risk altında olduğunu, onların ürək xəstəliyi və erkən ölüm ehtimalının yüksək olduğunu üzə çıxarıb.
"Az çəkmək kifayət etmir, siqareti tamamilə tərgitmək lazımdır", - deyə mütəxəssislər vurğulayır.
Ürək və Damar Cərrahiyyəsi üzrə mütəxəssis, dosent Dr. Macit Bitargil qeyd edir ki, gündə yalnız iki-üç siqaret çəkmək belə sağlamlığa ciddi zərər verir:
Bir ədəd siqaret ömrünüzdən 20 dəqiqə aparır.
Bir paket siqaret isə ömrünüzdən təxminən 7 saat qısaldır.
Dr. Bitargil bildirir ki, siqaret ağciyər hüceyrələrinə zərər verir, oksigenin bədən hüceyrələrinə çatmasını əngəlləyir.
Damarların daxili təbəqəsini zədələyir, qan axını pozulur, tromb və plak yaranması baş verir.
Nikotin damarları daraldır, qan təzyiqini artırır və ürəyin iş yükünü böyüdür.
DNA mexanizmini pozur, pis xolesterolu artırır, yaxşı xolesterolu azaldır.
Normal siqaret çəkənlərdə ürək tutması riski 23 dəfə artır.
Az çəkənlərdə ürək tutması riski 50%, erkən ölüm riski isə 60% yüksəlir.
Siqaret dumanına məruz qalmaq, siqaret çəkməyən şəxslərdə də ürək tutması və ölüm riskini artırır.
Dr. Bitargil: "Siqaret çəkməyənlərdə risk aktiv çəkənlərə nisbətən az olsa da təxminən 20% artır."
O, dumansız mühitlərin sağlamlıq üçün həyati əhəmiyyətli olduğunu və sağlam həyat üçün siqaretsiz həyatın vacib olduğunu qeyd edib.
Siqaret beyində dopamin və endorfin sistemini stimullaşdıraraq zövq hissi yaradır. Dr. Bitargil tövsiyə edir ki, siqareti tərk edərkən idman kimi sağlam hobbilər əvəzləyici ola bilər, çünki onlar eyni mexanizmi işə salır.
Peşəkar yardım almaq, siqareti tərgitmə mərkəzlərinə müraciət etmək və nikotin məhsullarından istifadə faydalıdır.
Sağlam həyat təkcə siqareti tərgitmək deyil - düzgün qidalanma, idman, yuxu və xroniki xəstəliklərin nəzarəti ürək sağlamlığı üçün kritikdir.
Lalə Qüdrətova
Milli.Az

Xəbərlər     Baxılıb: 1955   Tarix: 30 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar

Çində ofis işçiləri arasında "ofis qocalması" adı ilə yeni bir trend yayılıb. İşçilər ofis işıqlarının və kompüter ekranlarının yaydığı ultrabənövşəyi şüalardan qorunmaq üçün iş masalarının üzərində günəş çətirlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

turlar.az

yay kolleksiyasi geyim şəkilləri yaz geyimleri 2026 münasibətlər makaron reseptləri pilinqin hazirlanmasi hekayələr sevgi kosmetika kley lekesi meseller rus dilini öyrənək qu quşu efsane