Aparıcı Turan canlı yayımda özünü belə biabır etdi - VİDEO

Aparıcı Turan canlı yayımda özünü belə biabır etdi - VİDEO"Azad Azərbaycan" Müstəqil Teleradio Şirkətinin (ATV) "ATV səhər" proqramının aparıcısı Turan İbrahimov verilişin 2016-cı il 15 noyabr tarixli yayımında ciddi savadsızlığa yol verməklə yanaşı, görkəmli bəstəkar, məşhur şair və nəhəng ifaçının tandemindən yaranan möhtəşəm "Gedək üzü küləyə" mahnısına qarşı açıq şəkildə kinayə nümayiş etdirib.
Klassik bəstəkarlarımızın mahnılarını ifa etməklə qısa müddətdə "Facebook" sosial şəbəkəsində populyarlaşan gənc ifaçı Çinarə Məlikzadənin təqdimatı zamanı onun oxuduğu "Gedək üzü küləyə" mahnısını xatırladan aparıcı tamaşaçıda ikrah yarada biləcək qırıq-qırıq ifadələr işlədib: "... özü də oxuduğu mahnı deyəsən diqqət çəkib... ( burada kinayə təbəssümlü "hi..." şəkili gest etməyi də unutmayıb - red.)... gedək üzü küləyə... gedək üzü küləyə hansı mahnıdır bilmirəm, amma indi hamısını özünüz görəcəksiz".

Ardından Çinarə xanımla süjet göstərilib. İfaçı süjetdə "Gedək üzü küləyə" mahnısına müraciət etməsinin səbəbini açıqlayır: "Gedək üzü küləyə"ni universitet vaxtlarından ifa edirdim, çox xoşuma gəlirdi. Ümumiyyətlə, Şövkət Ələkbərovanın ifasını dinləyirəm, çox xoşuma gəlir...".

Göründüyü kimi, Çinarə Məlikzadə həmin mahnının ən azı kimin repertuarından olduğunu deyir. Aparıcı Turan bəy giriş verməmişdən öncə o süjetə baxsaydı, Şövkət Ələkbərovanın adını eşidib, heç olmasa jestlərini cilovlayardı... bəlkə də cilovlayardı. Əslində haqqında danışdığın insanın gərək əvvəl açıqlamasını dinləyəsən ki, onu necə təqdim etməyi dəqiqləşdirəsən - jurnalistikanın sadə prinsiplərindən biridir.

İkinci tərəfdən, "Gedək üzü küləyə" mahnısına kinayə ilə yanaşmaq, gərək jurnalistdən, həm də ATV kimi telekanalın 2 saatlıq səhər verilişini aparan jurnalistdən uzaq olsun.

Xatırlatma: "Gedək üzü küləyə" mahnısının sözlərini Əliağa Kürçaylı yazıb, bəstəkarı Elza İbrahimova, ilk və möhürlü ifaçısı Şövkət Ələkbərovadır.
Qeyd: Yazıda diqqət çəkdiyimiz məqamları, videonun 8:50 dəqiqəsindən izləyə bilərsiniz.

Mənbə: bakipost.az

Xəbərlər     Baxılıb: 6615   Tarix: 13 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Yumurta alarkən mütləq koduna baxın - FOTO

Mağazadan yumurta alarkən diqqət yetirilməli vacib məqam var. xəbər verir ki, mütəxəssislər alış zamanı yumurtanın üzərindəki kodların mütləq yoxlanılmasını tövsiyə edirlər. Bildirilir ki, bu kodlar təsadüfi deyil və məhsulu

.

Protein batonlarını sevənlərə XƏBƏRDARLIQ

Protein (zülal) batonlarının tez-tez istifadəsi ilə bağlı xəbərdarlıq edilib. xəbər verir ki, mütəxəssislər bildirir ki, bu məhsulların müntəzəm qəbulu toxluq hissinin düzgün formalaşmasına mane ola bilər. Onun sözlərin

.

Ürək üçün ən faydalı çörək növü AÇIQLANDI

Çörək seçimi yalnız dad məsələsi deyil. Gündəlik qida rasionumuzun ayrılmaz hissəsi olan çörək düzgün seçildikdə sağlamlıq üçün də faydalı ola bilər. Bəs, hansı daha sağlamdır, tam buğda, yoxsa çovdar? . xəbər verir ki, dietoloqla

.

Duş lifi ilə yuyunanlara xəbərdarlıq: Gigiyena sandığınız şey xəstəlik mənbəyi ola bilər

Hamamda nəm qalan hər bir təmizlik vasitəsi mikroorqanizmlərin sürətlə çoxalmasına şərait yaradır. Tam qurumayan liflər təmizləmək əvəzinə, bakteriyaları birbaşa dərinin məsamələrinə daşıyır.  xəbər verir ki, duş liflərini

.

Restoranda sifariş etdiyiniz bu qidalar sağlamlığınızı məhv edir

Çöl qidalanması keyifli olmalıdır, lakin aşağıdakı məqamlar bu keyfi xəstəxanada bitirə bilər:. "Günün şorbası" əslində "Dünün şorbası" ola bilər. Bir çox məkanda günün şorbası mətbəxdəki israfın qarşısın

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Yuxusuzluq Parkinson və Altsheymer xəstəliklərinin erkən əlaməti kimi ortaya çıxa bilər.  xəbər verir ki, bu barədə rusiyalı nevroloq Yekaterina Demyanovskaya məlumat verib. Onun sözlərinə görə, qəfil başlayan yuxusuzlu

.

Hər gün satın alırıq, amma günbəgün bizi zəhərləyir

Müasir qida sənayesində "ləzzət sehrbazı" kimi tanınan Monosodium Qlutamat (MSG) xalq arasında isə "Çin duzu" (E621) paketlənmiş məhsulların tərkibində ən çox rast gəlinən maddələrdən biridir. Bu madd

.

Saçlarınız üçün ən yaxşı qulluq üsulları AÇIQLANDI

Saçların sağlam və sürətli uzanması bir çox insanın maraqlandığı mövzulardan biridir. Mütəxəssislər bildirirlər ki, saçın uzanma sürəti yalnız kosmetik vasitələrdən deyil, həm də qidalanma və ümumi həyat tərzindən birbaş

.

Kartof qızartmağın ən sağlam üsulu hansıdır? - Araşdırma

Araşdırmalar göstərir ki, milyonların sevimlisi olan kartof qızartmasını daha sağlam və az yağlı hazırlamağın yolu məlum olub. "Current Research in Food Science" jurnalında dərc olunan yeni elmi iş mikrodalğal

turlar.az

donlar 2026 geyim seçimi makiyaj instagram seksual pozalar çolkalı saç modelleri praktik kosmetoloq kosmetika aydin sani insan novruz bayramı seksual uşaq nece olur