Aparıcı Turanın verilişi bu SƏBƏBƏ görə bağlandı
ATV kanalında yayımlanan "ATV SƏHƏR" İnformasiya proqramı bu mövsümlük fəaliyyətini dayandırır.
Xanim.az xəbər verir ki, bu barədə "ATV SƏHƏR" verilişinin müəllifi və aparıcısı Turan İbrahimov məlumat verib.
Turan İbrahimov qeyd edib ki, mövsümün bitməsinə onsuz da bir ay qalmışdı, rəhbərlik qərar verdi ki, elə may ayından etibarən yayımı dayandıraq.
Ümumiyyətlə, ATV kanalındakı fəaliyyətinizi davam etdirəcəksinizmi, sualına isə aparıcı bu cür cavab verib:
"Bəli, ATV-də fəaliyyətimi davam etdirirəm. Yalnız "ATV SƏHƏR" yayımını dayandırır. "ATV SƏHƏR"in yaradıcı heyəti də iş başındadır və kanalda öz fəaliyyətlərini davam etdirəcəklər."
Turan İbrahimov sonda onu da əlavə etdi ki: "Bilirəm ki, bu qərar müxtəlif söz-söhbətlərə, şayiələrə səbəb olacaq. Təbii ki, insanların fantaziyalarına sədd qoya bilmərəm. Hər kəs istədiyini düşünməkdə azaddır. Amma təklif edirəm ki, yalnız bu açıqlamamı nəzərə alsınlar və özlərini yormasınlar..."(enter.news)









Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Yuxusuz gecədən sonra bunu edin
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir