Aparıcı Ülvira öpüşən gəncləri DƏSTƏKLƏDİ: ""Lap elə öpüşüblər, əcəb ediblər""

Aparıcı Ülvira öpüşən gəncləri DƏSTƏKLƏDİ: ""Lap elə öpüşüblər, əcəb ediblər"""Mən statusu oxudum orada öpüşmək məqamı yox idi. Sadəcə iki sevən insan xumarlaşıblar. Lap elə öpüşüblər, əcəb ediblər. Dünyanın hər yerində insanlar öpüşür. Hardaki insanlar öpüşür həmin yerlərdə müharibə olmur. Hardakı öpüşməyə, sevişməyə mane olurlar oralar müharibədir, qan gölüdür. Nə istəyirlər camaatdan? Sevgilidirlər də ..." - bu sözləri aparıcı Ülvira Qarayeva BiG.AZ-a açıqlamasında bildirib. Aparıcı xanım metroda öpüşən gəncləri müdafiə edib:

" Əgər həmin jurnalist uşaqla olduğu üçün narahat olubsa, o zaman yerini dəyişərdi. Qara tikan hər yerdə olmalıdır axı ... Guya uşaq televizorda öpüşənləri görmür ?! Uşaq Bakıdan kənara çıxmayacaq ?! Məgər bizim milli mentalitetimiz elə qadağalar üzərində qurulub ?! Bakını gerizəkalı ərəb ölkəsinəmi çevimək istəyirlər?! Nə qədər çox öpüşən olsa daha yaxşıdır, onlara yer ayırmaq lazımdır ki, gedin rahat öpüşün. Qoy hər yerdə insanlar öpüşüb, qoxlaşsınlar. Xoşbəxtdirlər, onlara mane olmayın. Ən azı onlar kiməsə təpik atmırlar, söymürlər, "eşşək" deyib, təhqir etmirlər ... bax bunlar tərbiyəsizlikdir. Adama deyərlər yerini dəyiş başqa yerdə əyləş. Demirəm hər şey açıq olsun, amma öpüşməyin kimə, nə ziyanı var axı ?! Şəxsən mən metroda olsaydım, mənim yanımda iki gənc öpüşsəydi, heç onlara baxmazdım ki, birdən narahat olarlar. Əksinə gülümsənərdim. Nə qədər istəyirlər qoy öpüşsünlər. Mən qız övladı böyüdürəm. Bu gün sabah 18 yaşı tamam olacaq. Biz normal televizor qarşısında əyləşib, o səhnələrə ana-bala birgə baxırıq. Şəxsi həyata onsuzda bizdə nə qədər istəsən müdaxilə və qadağalar var. Kənd psixologiyasıdır bu ... Şəhərə kənd psiologiyası gətirirlər".

"Bəs siz o yaşlarda olsaydınız metroda sevgilinizlə öpüşərdinizmi" sualına aparıcı xanım belə cavab verib:

" Mən özüm o yaşda olsaydım, etməzdim. Amma yanımda öpüşən olsa sevinərdim ki, nə yaxşı belə cəsarətlidirlər. Yadındadırsa, bu yaxında oğlan qızı Tarqovıda öpmüşdü. Ay, necə sevindim ...

Əslində Nyu Yorkda belə bir hadisə olmuşdu. Bizimkilərdə təkrarlamışdı. Çox gözəl mənzərədir. Mən öpüşən, qucaqlaşan, mehriban sevgililər görəndə çox sevinirəm. Əgər elədilərsə deməli insanlar bir-birini öldürməyəcək. Ata balasını, ər arvadını , qız oğlana yox dedisə onlar bir-birini öldürməyəcək. Çox qəribədir. Cəmiyyət öldürməyi rahat həzm edir amma öpüşməyi yox ? Bu insanlar bu düşüncə ilə necə yaşayırlar axı ? Bəlkə də paxıllıqdan, qısqanclıqdan, özləri öpüşə bilmirlər, qocadılar deyə belə yanaşırlar".

Ülvira Qarayeva: "Əfruzə, bir şeyi də əlavə edim, ürəyim partlayar yoxsa. O metroda bir qadını kimsə döysəydi heç kim heç nə deməyəcəkdi, amma ağzından süd iyi gələn iki müdafiəsiz gəncə təpik atmaq eybi yox olar, nə deyim daha ..."

Xatırldaq ki, jurnalist Xəqani Səfəroğlunun iki gün öncə paylaşdığı statusu cəmiyyətdə rezonans doğurub:

"Metro qatarında övladlarımla gedirdik. İki nəfər gənc qarşı oturacaqda oturmuşdu: Qız və oğlan. Ayağını ayağının üstünə aşırmış 16-17 yaşlı qız az qala oğlanın ağzına girəcəkdi. Oğlan onun başını sığallayır, qız onun üzünü sığallayırdı. Dedim bəlkə qanacaqları olar, balaca uşaqları görüb özlərini yığışdırarlar... Gördüm yox e, artıq öpüşmək istəyirlər. Qışqırıb bir təpik vurdum, dedim "ay bala, ay eşşək, heç olmasa qarşındakı balacalara bax da...Utanmırsız?" Qışqırmağımdan elə bil ayıldılar: "Bağışlayın, bağışlayın..." deyə üzrxahlıq etməyə çalışdılar.... Hirsimdən bilmədim nə deyim. Qatar da "28 May"a çatdı artıq. "Çıxın qatardan" dedim. Balacalar üzümə baxırdılar.

Açıq cəmiyyətin tərəfdarıyam, amma tərbiyəsiz cəmiyyətin YOX!".

Xəbərlər     Baxılıb: 3096   Tarix: 30 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Sabunlarda təhlükəli bakteriya aşkar edildi: "Evində olan dərhal atsın"

Mikrobları məhv etmək üçün istifadə etdiyimiz antibakterial məhsullar əslində bakteriyaların mutasiyaya uğramasına və dərmanlara qarşı müqavimət qazanmasına səbəb olur.  xəbər verir ki, antibakterial məhsulların tərkibindək

.

Göylərdən gələn hədiyyə': Biri 20 manata satılır

Papaya tərkibindəki zəngin minerallar və xüsusi fermentlər sayəsində sadəcə bir qida deyil, həm də müalicəvi vasitə kimi qəbul edilir.  xəbər verir ki, papayanın tərkibindəki ən vacib maddə olan papain fermenti proteinləri

.

Gen terapiyası ilə çox yaşamaq mümkündür?

Dr. Syuell gen terapiyasını belə izah edir: "Problemin yaranmasına icazə verib sonra onun fəsadları ilə mübarizə aparmaq əvəzinə, problemin ən başdan yaranmasının qarşısını alırıq". Onun fikrincə, gen terapiyas

.

Yatmazdan əvvəl su içmək: Doğrusu nədir?

Sirakuz və Pensilvaniya ştatı universitetlərinin araşdırmasına görə, kifayət qədər maye qəbulu gecə boyu bədənin bərpasını dəstəkləyir.  xəbər verir ki, su həzm prosesi üçün vacibdir. Kifayət qədər su içməmək qəbizliyə yo

.

Gündə 1 stəkan içsəniz

Alimlər bildirirlər ki, hər gün bir stəkan süd içmək sağlamlığa müsbət təsir göstərə bilər.  bildirir ki, araşdırmalara görə, bu vərdiş insult riskini 10 faizə qədər azalda bilər. Araşdırma nəyi göstərib?. Yaponiyalı alimlə

.

Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir

Müasir paltaryuyan maşınlar müxtəlif proqramlarla təchiz olunsa da, onların hamısı gündəlik istifadə üçün uyğun deyil. Bəzi rejimlər effektiv görünsə də, əslində paltarların keyfiyyətini aşağı salır və ömrünü qısaldır. xəbə

.

Bu meyvə xərçəngə qarşı gizli silah imiş

Mətbəxlərdə tez-tez rast gəlinən, lakin əksər hallarda dəyəri lazımi qədər bilinməyən qidalardan biri də quru gavalıdır. Adətən, qəlyanaltı kimi və ya səhər yeməyinə əlavə edilərək istehlak olunan bu meyvə, əslində, zəngi

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Yuxusuzluq Parkinson və Altsheymer xəstəliklərinin erkən əlaməti kimi ortaya çıxa bilər.  xəbər verir ki, bu barədə rusiyalı nevroloq Yekaterina Demyanovskaya məlumat verib. Onun sözlərinə görə, qəfil başlayan yuxusuzlu

.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq

Vitaminlərin və qida əlavələrinin nizamsız və həddindən artıq istifadəsi zəhərlənməyə və qaraciyər çatışmazlığına səbəb ola bilər. xəbər verir ki, türkiyəli professor Dr. Ərtuğrul Kıykım,  ABŞ-da dərmanların yaratdığı qaraciyə

turlar.az

toy makiyaji sekilleri yemek reseptleri yay geyimləri 2026 genc aile kariyera və iş həyatı kök suyu yay kombinleri 2026 kosmetika qaynana insan atalar sözləri toy gecesı intim munasibetler