Aparıcılar arasında mübahisə: Rövşanənin sözü Xoşqədəmi əsəbləşdirdi -VİDEO
Ans TV-nin aparıcıları arasında fikir ayrılığı yarandı.
"Günəbaxan" verlişində Rövşanə Bektaşı sətiralı Xoşqədəm Hidayətqızına sözünü çatdırdı. O, hal-hazırda reytinq xətrinə verlişdə ürəkgetmələrin dəb halına gəldiyini bildirdi.
"Hansısa bir problemi efirə gətirib, müzakirə etmək reytinq vermir. Çalışırıq, layihə edirik, sonra da həyəcanla reytinqi gözləyirik. Efirdə saçımı yolsam, yıxılsam, ürəyim getsə, verilişimə reytinq gələcək. Ürəkgetmə dəbdir. Bazar günü verilişdə Kamranla dava edəcəm, ürəyim gedəcək" -deyən aparıcı gülməyə başlayıb.
Onun bu sözləri Xoşqədəm Hidayətqızının xoşuna gəlməyib və o, aparıcıya etiraz edib və bildirib:
"Mən çal-çağır oynamıram. Sizin kimi oturub reytinq gözləmirəm. Ürəkgetmə reytinq gətirmir. Mənim layihəm beş ildir reytinq verib, verəcək də. 20 ildir Rusiyada yayımlanır və izlənilmə sayına görə birincidir. Reytinq cədvəlində birinciyəmsə, bu o demək deyil ki, izlənirəm. Mənə 80 min insan müraciət edir. Sosial şəbəkədə nə qədər adam yazır. Reytinq budur. ANS-dəki ilk efirim reytinqdə birinci oldu. O biri həftə siyahıda aşağıda idik. Mən başa düşmürəm ki, proqramın "Youtube"da yerləşdirilən buraxılışı çox izlənir, tamaşaçı müsbət rəylər yazır, amma reytinq toplamır? Əgər mənim layihəm reytinq verməzsə, onu bağlayaram. Bu məsələdən sonra insanlar arasında sorğu keçirdim. Əvvəl 2500 adamdan soruşduq ki, "Bazar günü hansı verilişə baxdınız?". Nəticələr dəhşət idi. Bu həftə isə on min insandan soruşacağıq. Buna nə qədər vəsait xərcləyirəm. 400 evə reytinq aparatı qoymaqla, baxımlı verilişi müəyyənləşdirmək mümkün deyil".









Bəzi muğam ifaçıları çox tənbəldirlər' - Ceyhundan sərt tənqid
Evdə etdiyiniz bu səhvlər allergiyanı kəskin artırır - NƏLƏRDİR?
Koreyalı aktyorun cəsədi tapıldı
Sənin üçün o qədər darıxmışam ki
1 aydan çox davam edən ÖSKÜRƏK - Gizli xəstəliyin siqnalı
Həkimdən qorxuducu XƏBƏRDARLIQ - Bu əlamətlər astmanın xəbərçisi İMİŞ
Epşteyn haqda sənədli film çəkənlər qaçırıldı
Limonlu çay içənlərin DİQQƏTİNƏ
Doğuş həyatından film çəkəcək
100 yaşını aşanların ortaq sirri: Hər gün bir fincan
Xalq artistinin oğlu evlənir
Röya ilə Əkbərin dueti əsassız şikayətlə silinib
Ödem atan bitki çayları hansılardır?
Bu içkilər infarkt riskini artıra bilər