Apnoe sindromu və onun müalicəsi

Apnoe sindromu və onun müalicəsiİnsanların əksər hissəsi yuxuda xoruldamanın təhlükəli olduğundan bixəbərdir.

Yuxuda güclü xoruldayan insanda yuxu zamanı nəfəsalmanın müvəqqəti dayanması baş verir. Buna tibbdə "yuxunun obstruktiv apnoe sindromu" deyilir və bu ciddi xəstəlik sayılır. Yuxuda xoruldama bu xəstəliyin əsas simptomu sayılır.

Yuxu zamanı udlaq əzələləri ciddi zəifləyir, bunun nəticəsində nəfəs yolları tam qapana bilər ki bu, nəfəsalmanın dayanmasına səbəb olacaq. Nəfəsalma kəsildikdə beyin bu haqda məlumat alır və dərhal nəfəs yollarına impuls göndərir. Nəticədə nəfəsalma bərpa olunur. Gecə ərzində bu hal bir neçə dəfə təkrarlana bilər.

Nəfəsalmanın müvəqqəti dayanması insanın orqanizmi üçün izsiz keçmir. Bu zaman insan orqanizmi oksigenin çatışmazlığından (hipoksiya) əziyyət çəkməyə başlayır. Oksigenin çatışmazlığı ilk növbədə ürəyə və beyinə çox mənfi təsir edir. Bu orqanların fəaliyyəti üçün xüsusilə çox oksigen tələb olunur. Məhz bu səbəbdən belə insanları gecə saatlarında stenokardiya tutmaları narahat edir. Həmçinin bu insanlarda gecə saatlarında insult və infarkt kimi ağır pozulmalar inkişaf edə bilər.

Bundan əlavə nəfəsalmanın dayanması zamanı arterial təzyiq müvəqqəti kəskin qalxır. Əgər bu hal daim təkrarlanırsa, bu nəticədə insanda hipertoniyanın inkişafına səbəb ola bilər.

Saglamolun.az bildirir ki, yuxunun obstruktiv apnoe sindromu olan insan tez-tez baş ağrılarından əziyyət çəkir, əsəbi olur, özünü daim yorğun hiss edir, onlarda yaddaş və diqqət zəifləyir. Belə insanlardan belə şikayətlər eşitmək olur: "Elə bil gecə yatmamışam, yük daşımışam".

Yuxunun obstruktiv apnoe sindromu bədən çəkisinin "səbəbsiz" artmasına gətirib çıxarda bilər.

Kişilərdə apnoe potensiyanın və cinsi meylin zəiflənməsinə səbəb olur, hətta impotensiyanın inkişafına gətirib çıxarda bilər.

Bəzi ağır hallarda yuxunun obstruktiv apnoe sindromu hətta insanın yuxuda ani ölümünə səbəb ola bilər.

Bütün bunları nəzərə alaraq belə nəticəyə gəlmək olur ki, yuxunun obstruktiv apnoe sindromu mütləq müalicə olunmalıdır. İlk növbədə bu sindroma səbəb olan amillər təyin olunmalıdır.

Yuxunun obstruktiv apnoe sindromu daha tez-tez hallarda bu kimi qrup insanlarda inkişaf edir

- nəfəs yollarında pozulmaları (burun çəpərinin əyriliyi, burunda poliplər, böyümüş adenoidlər və badamçıqlar, damaq dilçiyin uzun olması və s.) olan insanlar;

- piylənmədən əziyyət çəkən insanlar,

- yaşlı insanlar.

Qalxanvari vəzinin funksiyanın zəifləməsi və həmçinin qadınlarda klimaks dövrü bu sindromun inkişafına təkan verə bilər. Xroniki yorğunluq, yuxunun az olması, siqaret çəkmək, yuxu dərmanların və sakitləşdirici preparatların qəbulu da sindromun inkişafına səbəb ola bilər.

Yuxuda daim xoruldayan insan mütləq terapevtin, LOR-həkimin və endokrinoloqun müayinsəindən keçməlidir.

Yuxunun obstruktiv apnoe sindromu olan insan yalnız böyürü üstə yatmalıdır (bel üstə yox!), onun yastığı hündür olmalıdır.

Bəzi hallarda həkim belə xəstəyə ağız və burun üçün olan xüsusi vasitələr tövsiyə edir. Bu vasitələr nəfəs yollarını genişləndirir və nəfəsalmanın dayanmasının qarşısını alır.

Sağlamlıq     Baxılıb: 2111   Tarix: 22 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

turlar.az

hamilelikde qidalanma geyim necə seçməli yay kolleksiyasi piodermiya nedir cinsi əlaqə müalicəvi bitkilər sinir sistemi kosmetika vetene aid bayatilar intim toyuq salati sperma baldiz