Aprel döyüşlərində həlak olan şəhidimizin qandonduran VİDEOSU - FOTO

Aprel döyüşlərində həlak olan şəhidimizin qandonduran VİDEOSU - FOTOBu gün aprel döyüşlərində şəhid olan gizir Pəncəli Teymurovun doğum günüdür.
Xanim.az azvision.az-a istinadən bildirir ki, Pəncəli Teymurov 24 mart 1981-ci ildə Astara rayonunun Əzarüd kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yola düşüb.

Hərbi xidmətin başa vurduqdan sonra könüllü olaraq xidmətini davam etdirib.

1999-cu ildən başlayaraq Xüsusi Təyinatlı Qüvvələrdə gizir kimi xidmət edib. XTQ-də xidmət etdiyi 17 il ərzində özünü çox bacarıqlı bir kəşfiyyatçı kimi göstərib. Dövlət tərəfindən çoxsaylı medallarla təltif olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2015-ci ildə onu "İgidliyə görə " medalı ilə mükafatlandırıb.

Pəncəli Teymurov 2016-cı ilin aprel ayının əvvəlində Lələtəpə yüksəkliyinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhid gizirimiz doğulduğu Astara rayonu Əzarüd kəndində dəfn olunub.

Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 19 aprel tarixli sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Pəncəli Teymurovun ən böyük arzusu canından çox sevdiyi vətəni uğrunda şəhid olmaq idi. O, öz toyunda çıxış edərək "Mən hər zaman xalqım üçün , vətənim üçün canımdan , qanımdan keçməyə hazıram . Mən həmişə özümə arzu eləmişəm ki , vətənim üçün şəhid olum, Azərbaycan Respublikasının ay-ulduzlu üç rəngli bayrağına bükülü tabutum dəfn olunmağa getsin" demişdi.

Xəbərlər     Baxılıb: 2665   Tarix: 24 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

turlar.az

aksessuarlar kosmetika mehsullari toy makiyajlari mantı reseptleri xanımlar donlar 2026 qadınlarda erroziya kosmetika banan maraqlı zencefil sekis rus dilin nece orenek