Arıqlama dərmanı adı altında satılan təhlükəli preparatlar - SİYAHI

Arıqlama dərmanı adı altında satılan təhlükəli preparatlar - SİYAHIArıqlıq və gözəllik axtaran insanlar internetdə şübhəli mənşəli peptid preparatları alaraq sağlamlıqlarını riskə atırlar.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "İzvestiya" qəzeti araşdırma aparıb.
Aşkar edilib ki, bəzi saytlarda "Tirzepatid" adlı dərman kosmetik vasitə kimi satılır. Halbuki bu preparat, "Ozempic", "Mounjaro" kimi piylənmə və şəkərli diabetin müalicəsi üçün istifadə olunan dərmanların analoqudur. Lakin rəsmi qeydiyyatdan keçmiş dərmanlardan fərqli olaraq, onlayn satılan "Tirzepatid"in istehsalçısı məlum deyil.
Beynəlxalq "Antikontrafakt" Assosiasiyası da bu məsələyə diqqət çəkərək bildirib ki, "Peptides Shop" (ad dəyişdirilib) adlı onlayn mağaza bu və digər güclü dərmanları kosmetik vasitə adı altında satır. Burada həmçinin "Gonadorelin" və "Rapamisin" kimi preparatlar da təklif olunur. Bunların hamısı əslində dərman vasitələri olduğu halda, kosmetika və qida əlavəsi kimi satılır.
"Tirzepatid" - 2-ci tip şəkərli diabet və piylənmənin müalicəsi üçün vasitə kimi təqdim edilir. Preparatın nəzarətsiz qəbulu həddindən artıq çəki itkisinə, qida maddələrinin çatışmazlığına və hətta dərman qəbulunun dayandırılmasından sonra çəkinin yenidən artmasına səbəb ola bilər.
"Rapamisin" - guya "kosmetik" preparat kimi təqdim edilir və ömrü uzatdığı iddia edilir. Əslində bu, transplantların rədd edilməsinin qarşısını almaq üçün istifadə olunan güclü immunodepressantdır. Onun yaşlanmaya qarşı effekti alimlər tərəfindən birmənalı sübut edilməyib, lakin nəzarətsiz qəbulun immuniteti azaltmağa, hormonal pozğunluqlara və ürək-damar xəstəlikləri riskini artırmağa səbəb ola biləcəyi məlumdur.
"Gonadorelin" - təhlükəli "kosmetik" peptidlər üçlüyünü tamamlayır. Bu, güclü hormonal preparatdır. Dərmanın klinik sınaqları aparılmayıb, buna görə də, dəqiq yan təsirləri məlum deyil. Lakin oxşar preparatların istifadəsi təcrübəsini nəzərə alaraq, reproduktiv sistem üçün ən müxtəlif mənfi nəticələri ehtimal etmək olar.
Diqqətəlayiq haldır ki, bütün bu potensial təhlükəli maddələr reseptsiz satılır. Uyğunluq sertifikatları onları kosmetik serumlar kimi göstərir və XİF (xarici iqtisadi fəaliyyət) ticari nomenklatura kodu "digər kosmetik vasitələr"ə uyğundur. Lakin saytlarda onları inyeksiya şəklində tətbiq etmək tövsiyə olunur ki, bu da dərman kimi qeydiyyatdan keçməmiş preparatlar üçün qəti şəkildə qadağandır.
həkimlər yekdilliklə bildirirlər ki, qeydiyyatdan keçməmiş preparatların istifadəsi "rus ruleti"ndə oynamaq kimidir. Onların effektivliyi və təhlükəsizliyi öyrənilməyib, rəsmi qeydiyyatın olmaması səbəbindən dövriyyəsi heç kim tərəfindən nəzarət edilmir. Peptidlər klinik tövsiyələrə daxil edilməyib, keyfiyyətli sınaqlardan keçməyib, çox vaxt bioloji fəallığa malik qida əlavələri və ya serumlar kimi qeydiyyata alınır. Buna görə də, hətta həkim nəzarəti altında qəbul edilməsi böyük sual altındadır.
Milli.Az

Xəbərlər     Baxılıb: 1273   Tarix: 29 mart 2025
f Paylaş

Oxşar xəbərlər

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

turlar.az

geyim şəkilləri gelinlikler aksessuarlar seks poza şəkilləri kekslər xina qoymaq qaydasi nişan geyim modelləri kosmetika novruz hakisdalari qizliq perdesi aybawi haxışda porno