Ürək-damar xəstəliklərinin əsas səbəbi bu imiş

Ürək-damar xəstəliklərinin əsas səbəbi bu imişÜrək-damar xəstəliklərinin yaranmasında ən mühüm amillərdən biri düzgün qidalanmamaqdır. Gündəlik istehlak edilən bir çox məhsul bədəndə pis xolesterin (LDL) səviyyəsini artıraraq damarların tıxanmasına səbəb ola bilər.
Milli.Az xəbər verir ki, mütəxəssislərə görə, əsas təhlükə kolbasa və qırmızı ətdən çox, tərkibində trans yağlar və həddindən artıq şəkər olan müasir rahat qidalardan qaynaqlanır. Marketlərdə geniş yayılmış hazır tortlar, qablaşdırılmış qəlyanaltılar, fast food məhsulları və sənaye üsulu ilə hazırlanan çörəklər trans yağlarla zəngindir. Bu yağlar pis xolesterini artırır, yaxşı xolesterini isə azaldaraq ürək-damar sisteminə ciddi zərər vurur.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, belə məhsulların tez-tez istifadəsi damar divarlarını aşındırır, tıxanma prosesini sürətləndirir.
Rafine şəkər qan şəkərini sürətlə yüksəldir, insulin müqaviməti yaradır və damarların daxili qatını zədələyir. Həkimlər şəkər istehlakını azaltmağı və aşağıdakı alternativlərə üstünlük verməyi tövsiyə edirlər:
Bal - ürək əzələsini gücləndirir, damar divarlarını dəstəkləyir.
Təzə meyvələr (üzüm, çiyələk, albalı) - yüksək lif tərkibi qlükozanın mənfi təsirini azaldır.
Qurudulmuş meyvələr (quru ərik, xurma, kişmiş) - xolesterolu təmizləyir, infarkt riskini azaldır.
Tünd şokolad - tərkibindəki epikateşin damarların daxili qişasını yaxşılaşdırır, qan təzyiqini aşağı salır.
Mütəxəssislərin fikrincə, spirt qanın laxtalanmasını artırır, ürək döyüntüsünü sürətləndirir, təzyiqi yüksəldir və ateroskleroz riskini artırır. Tez-tez spirt qəbulu ürək əzələsinə zərbə vurur.
Duzun həddindən artıq qəbulu isə qan damarlarını daraldır, qan təzyiqini artırır və infarkt riskini yüksəldir. Xüsusilə işlənmiş qidalarda gizli duz təhlükəsinə diqqət yetirmək vacibdir.
Kartof püresi, ağ düyü və makaron kimi yüksək glisemik indeksli qidalar qan şəkərini sürətlə artıraraq damar sağlamlığına mənfi təsir göstərir. Mütəxəssislər daha sağlam alternativlərin seçilməsini tövsiyə edir.
Milli.Az

Xəbərlər     Baxılıb: 2499   Tarix: 25 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

turlar.az

makiyaj instagram sac duzumleri aksessuarlar noxud sorbasi kesəriyyə 2026 donları saç kəsimləri kosmetika xocali qogal gunay vətən haqqında bayatılar toyuq salati