Burun əməliyyatından sonra ağıl itə bilər? - Psixiatr danışdı

Burun əməliyyatından sonra ağıl itə bilər? - Psixiatr danışdıÖtən günlərdə gənc qızın burun əməliyyatından sonra depressiyaya qapıldığı, hallüsinasiyalar gördüyü, evdən çıxmadığı və sonda da eyvandan yıxılaraq ölməsi ilə bağlı xəbərlər yayıldı. Bundan öncə başqa qadında da əməliyyatdan sonra psixikanın zədələnməsi halı yaşanmışdı.
El arasında "ağlını itirmək" kimi adlanan hala səbəb həqiqətən estetik əməliyyatdırmı? Nəyə görə əməliyyatdan sonra, hətta aylar keçsə belə, bəzilərində psixi problemlər yaranır?
Milli.Az xəbər verir ki, psixiatr, uzman doktor Azər Bağırov Lent.az-a açıqlamasında bildirib ki, əməliyyatdan sonra psixoz vəziyyəti, yəni ağlını itirmək halı 100-200 insandan birində yarana bilir:
"Estetik-plastik əməliyyatlarda anatomik olaraq birbaşa beyinə təsir edən vəziyyət yoxdur, amma məhz əməliyyatdan sonra insanın psixoloji stress yaşaması mümkündür. Bu halla tez-tez qarşılaşırıq.
Burun üzün tam mərkəzində olan orqan olduğu üçün insanlar əməliyyatdan sonra öz görüntülərində kəskin dəyişikliklə qarşılaşırlar. Düzdür, bəzən Həkimlər öncədən həmin dəyişimi pasiyentlərə göstərirlər, amma buna baxmayaraq, gözləri ilə reallığı gördükdə, sanki özlərini tanımırlarmış kimi bir hissə qapılırlar. Bəzən əməliyyatın nəticəsi gözləntiləri qarşılamadığı üçün emosional stress də, keçirirlər. Bu stresslərin nəticəsində ən çox depressiya və anksiyetə deyilən halla rastlaşırıq. İnsanlarda təşviş yaranır: bundan sonra "özümü bəyənməyəcəm", "sonum necə olacaq?" və s. düşünürlər. Seanslarda nəfəs ala bilmirəm, burnum tıxanıb, sanki içində nə isə qalıb halları olan pasiyentləri daha çoxmüşahidə edirəm.
Ağıl sağlığının itirilməsi deyilən vəziyyət psixiatriyada psixoz vəziyyət adlanır. Bu da reallığı dəyərləndirmə qabiliyyətinin pozulmasıdır. Olmayan şeylərdən şübhələnmə, sayıqlama şəklində hallarla müşahidə olunur. Onlara ətrafdan hər şeyi məntiqli formada izah etsələr də, yenə də öz "həqiqət"lərindən qopmurlar. Əməliyyatdan sonra psixoz vəziyyəti nadir hallarda görürəm, nəinki depressiya və anksiyetəni. Psixoz 100 yaxud 200 nəfərdən birində müşahidə olunur.
Kimlər risk altındadır?
Əvvəldən psixoloji problemi olan insanlar, müxtəlif şəxsiyyət tipləri, o cümlədən borderline, narsistik, obsessiv-kompulsiv pozuntuları olan şəxslərin psixologiyaları emosional stresslərə daha həssasdır. Ona görə də, həmin insanlar bu cür əməliyyatlardan sonra sözügedən vəziyyəti yaşaya bilərlər və onlarda əhval-ruhiyyə oynaqlığı, təşviş halları çoxala bilər.
Depressiyaya səbəb olan digər faktorlar
Əməliyyatlarda anesteziyanın (narkoz) tərkibindəki müəyyən dərmanlar insan psixologiyasına təsir edə bilir. Həmçinin əməliyyatdan sonra verilən kortikusteroid, opioid qrupuna daxil olan dərmanlar insan psixologiyasına təsir edib keçici olaraq ruhi sağlamlığın pozulmasına səbəb ola bilər".
Həkim qeyd edib ki, digər ölkələrdə əməliyyatdan sonra psixi problem yaşaya biləcək şəxsləri cərrahlar qəbul etmirlər:
"Dünya praktikasında estetik əməliyyatlardan (bədənşəkilləndirmə, burun, sinə böyütmə-kiçiltmə, cinsiyyət dəyişdirmə və s.) öncə xəstə mütləq psixiatr tərəfindən dəyərləndirilir. Xəstələrdə bədən dismorfit deyilən vəziyyətin olub-olmamasına baxılır. Bəzi insanlar bədənlərindəki xırda qüsurları gözlərində çox böyüdərək, davamlı əllərində güzgü ilə bütün diqqətlərini ortaya verirlər. Çalışırlar ki, həmin qüsurları düzəltsinlər. Bu səbəbdən davamlı estetik əməliyyatlara müraciət edirlər, lakin nəticədən razı qalmırlar. Çünki onların beynində kiçik qüsurları böyütmə vəziyyəti olduğu üçün heç bir əməliyyatla rahatlığa qovuşa bilməyəcəklər. Belə insanlarda əməliyyata icazə verilmir. Psixiatr rəyində bu diaqnoz yazıldıqda, cərrah əməliyyat öhdəliyi götürməməyə üstünlük verir, çünki həmin şəxsin gələcəkdə psixoloji problem yaşama ehtimalı daha yüksəkdir.
Təəssüf ki, bu prosedur Azərbaycanda aparılmır, ona görə də, bir çox estetik əməliyyatdan sonra problemlər yaşanır".
Milli.Az 

Xəbərlər     Baxılıb: 1327   Tarix: 21 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

turlar.az

həkim məsləhəti yay kolleksiyasi yemek reseptleri debli cantalar 2026 xallarin menasi tanınmış qadın simalar atalar sözləri veten haqqinda kosmetika sağlamlığa aid atalar sözləri novruza aid hakisda bayatı fitat xanım az