Arıqlamaq üçün edilən bu üsul risklidir — Professordan xəbərdarlıq

Arıqlamaq üçün edilən bu üsul risklidir — Professordan xəbərdarlıqArıqlamaq və sağlam həyat tərzi məqsədilə karbohidrat qəbulunu tamamilə dayandıran insanların sayı artır. Bir çoxları bunun sürətli çəki itkisinə və daha sağlam bədənə gətirib çıxardığını düşünür. Lakin bəzi hallarda karbohidratların kəskin şəkildə rasiondan çıxarılması halsızlıq, baş ağrısı, əsəbilik, diqqət dağınıqlığı və digər sağlamlıq problemləri ilə nəticələnə bilir.
Karbohidratları rasiondan tamamilə çıxarmaq sağlamlıq üçün təhlükəlidirmi? Bu hal orqanizmdə hansı problemlərə səbəb ola bilər?
Tibb elmləri doktoru, professor Adil Qeybulla Demokrat.az-a açıqlamasında bildirib ki, karbohidratlar gündəlik qəbul etdiyimiz bir çox qidanın tərkibində var:
"Hətta ayrıca karbohidratlı məhsullar qəbul etməsək belə, şirin qidalar və digər qida məhsulları vasitəsilə bədənə kifayət qədər, bəzən isə həddindən artıq miqdarda karbohidrat daxil olur. Ona görə də karbohidratların mümkün qədər məhdudlaşdırılması vacibdir. Çünki artıq miqdarda qəbul edilən karbohidratlar orqanizm üçün əlavə yük yarada bilər. Onlar bədəndə enerji ehtiyatı kimi depolaşa, artıq qəbul edildikdə isə çəki artımına, metabolik pozuntulara və uzunmüddətli perspektivdə şəkərli diabet kimi problemlərin yaranmasına zəmin yarada bilər".
Adil Qeybulla vurğulayıb ki, yüksək miqdarda karbohidrat qəbuluna ehtiyac daha çox ciddi fiziki fəaliyyət göstərən insanlarda özünü göstərə bilər:
"Lakin hazırda insanların əksəriyyətinin gündəlik fiziki aktivliyi əvvəlki dövrlərlə müqayisədə xeyli azalıb. Hərəkətsiz həyat tərzi, oturaq iş və fiziki aktivliyin kifayət qədər olmaması nəticəsində qəbul edilən artıq kalorilər bədəndə sərf olunmadan qala bilər. Bu baxımdan, rasionda karbohidratların miqdarına nə qədər diqqət etsək və xüsusilə artıq karbohidrat qəbulunu nə qədər azaltsaq, sağlamlığımızın qorunmasına bir o qədər töhfə vermiş olarıq. Əsas məsələ isə karbohidratları tamamilə qidadan çıxarmaq deyil, onların miqdarını və mənbəyini düzgün seçməkdir".
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Xəbərlər     Baxılıb: 1227   Tarix: 23 avqust 2026
f Paylaş

Oxşar xəbərlər

.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qey

.

Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir

"Hamiləlik hərəkətsizlik və daimi yataq rejimi demək deyil. Əgər cift gəlişi anomaliyaları, vaxtından əvvəl doğuş təhlükəsi və ya ağır preeklampsiya kimi tibbi əks-göstərişlər yoxdursa, müntəzəm fiziki aktivlik tövsiy

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq

Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqab

.

Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir

Dişlərin daha yaxşı təmizlənməsi üçün onları sərt şəkildə fırçalamağın düzgün olduğu düşünülür. Lakin həddindən artıq təzyiq diş və diş ətinə zərər verə bilər. xəbər verir ki, sərt fırçalama diş minasının aşınmasına, di

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Bədəndəki bu 10 əlamət ürək-damar xəstəliklərindən xəbər verə bilər

Bədəndə çox vaxt diqqətdən kənarda qalan bəzi əlamətlər yüksək xolesterin, damarların sərtləşməsi və hətta ürək çatışmazlığına işarə edə bilər. -ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, bədəndə ortaya çıxan bəz

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər

Gecə yuxusu zamanı işığa məruz qalmaq ürəyin quruluşuna və fəaliyyətinə mənfi təsir göstərə bilər. xəbər verir ki, "European Heart Journal" jurnalında dərc olunan yeni araşdırmada gecə işığı ilə ürək-damar sağlamlığ

turlar.az

aksessuarlar kosmetoloq makiyaj instagram hicab baglama qaydasi ciyer qovurmasi sirin gilas gozalti maskalar kosmetika hakiwda bayatılar sekis opusme nagillar