Arıqlamaq üçün ən faydalı qida

Arıqlamaq üçün ən faydalı qidaQreypfrut 1650-ci ildə Karib dənizindəki Barbados adasında aşkar edilib. Qanda xolesterinin miqdarını aşağı salan qreypfrutun daxilində damarların tutulmasının qarşısını alan pektin kimi faydalı maddə var.
Yüksək qan təzyiqindən əziyyət çəkənlər üçün həmin meyvənin qəbul edilməsi çox faydalıdır.
Saglamolun.az qafqazinfo.az-a istinadla xəbər verir ki, qreypfrut azkalorili olduğuna görə pəhriz saxlayanların və arıqlamaq istəyənlərin də menyusuna daxil olan qidadır, çünki iştahanı azaldır, yeməkdən sonra yaranan ağırlıq hissini aradan qaldırır. Onun 100 qramında 74 kilokalori var.
Qreypfrutu kəsən kimi yemək lazımdır, onun dadının bir qədər acımtıl olması üzərindəki ağ örtüklə əlaqədardır. Meyvənin qabığının soyulub yeyilməsi düzgün deyil, çünki meyvənin əsas faydası həmin ağ örtükdədir. Qreypfrutun qabığında naringin adlanan maddə var. Həmin maddə iştahanı bir müddət boğur, tərkibindəki qlükoza metobolizmi sürətləndirir. Bu qısa zamanda artıq çəkidən xilas olmağa kömək edir.
Mədə xorasından əziyyət çəkənlərin və qan təzyiqini aşağı salan dərmanların qəbulu zamanı qreypfrutdan istifadə etmək məsləhət görülmür. Ona görə də orta yaşlıların gün ərzində yarım qreypfrut yeməsi norma hesab olunur.
Onun qabıqları da meyvənin özü kimi çox faydalıdır. Tərkibində mikro və makro elementlərin çoxu qabıq hissədə cəmləşib. Qabıqlara xüsusi şirniyyatlar və çərəzlər əlavə edilərək qida məhsulları hazırlanır. Qreypfrutu mütləq qaranlıqda saxlamaq məsləhətdir. Otaqda və gün işığı altında saxlamaq onun tərkibindəki faydalı elementlərin itirilməsinə səbəb olur. Yetişmiş məhsulu seçərkən ən ağır olan və üzərində qırmızı ləkələrin çoxluq təşkil etdiyi meyvəyə üstünlük verilməlidir.
1 ədəd darçın çubuğu, 1 çay qaşığı bal, 2 xörək qaşığı razyana və 1 litr qaynadılmış suyun üzərinə doğranılmış bir ədəd qreypfrut və 8 yarpaq cəfəri əlavə edilərək qarışdırılır və onun 10 dəqiqə dəmlədikdən sonra gün ərzində qəbul edilməsi arıqlamaq istəyənlər üçün çox böyük səmərə verir.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1148   Tarix: 04 oktyabr 2022
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

turlar.az

toy gecesi geyim şəkilləri hamilelikde qidalanma qarabasaq kotleti tərəzi bürcü qara gavalinin faydalari qadın kosmetika kosmetika kahfe kali atalar sozleri xanim az bayatılarımızda vətən həsrəti ginekoloq