Arıqlamaq üçün yatmaq gərəkdir? Həkimdən çox maraqlı məsləhət

Arıqlamaq üçün yatmaq gərəkdir? Həkimdən çox maraqlı məsləhətArıqlamaq çətindir, çəkini normada  saxlamaq da bir o qədər çətindir. Çəkimizi qaydaya salmaq barədə düsünəndə ilk ağlımıza gələn şey isə dieta və idmandır.
Təbii ki, sağlam qidalanma və müntəzəm idmanla məşgul olmaq çox önəmlidir. Lakin eyni  dərəcədə vacib və tez-tez nəzərdən qaçırılan üçüncü mühüm amil isə yuxudur.
Keyfiyətli yuxu çəkimizin tənzimləməkdə pəhriz və idman qədər əhəmiyyətlidir.
Yuxusuzluq həyatımızın bütün sahələrinə mənfi təsir göstərə bilər. Həmçinin çəkimizə də təsir edən faktorlardan biridir. Yuxusuzluq  çəkinin artması və piylənmə üçün risk faktorlarındandır.
Yuxusuz olduğumuz zaman idman etmək üçün motivasiyamız azalır. Həmçinin düzgün yemək seçimləri etmirik, daha yağlı və şəkərli qidaları seçirik.
Arıqlamaq üçün yatmaq gərəkdir? Həkimdən çox maraqlı məsləhətBelə bir seçim etməyimizə səbəb nədir? Niyə iradəmizə qalib gələ bilmirik? Yuxusuzluq salatı deyil, tortu  seçməyimizə necə təsir edir?
Az yuxulasanız, daha çox tərəzidə çəkilməli olarsınız
Yuxu ilə çəkimiz arasındakı əlaqəni müəyyən etmgk üçün bir çox araşdırmalar aparılıb. Nəticə isə belə olub: ehtiyacımız olduğundan daha az yuxuladığımızda çəkimiz artmağa daha çox meylli olur.
Nə zaman yediyimiz də cox önəmlidir. Araşdırmaların nəticəsinə görə  bayquş tipli insanlar  (onlarda günün sonu aktivlik daha yüksək olur və gecə gec saatlarda yuxuya gedirlər) çəkinin artmasına meylli olurlar.
Yorgun olduğumuzda  niyə yüksək kolorili yeməklərə meyl edirik?
Ehtimal olunur ki, bu inkişafımıza bağlı bir davranışdır. Belə ki, yuxusuz qalmış bir mağara adamı təhlükəyə qarşi daim hazır olması üçün daha çox enerjiyə ehtiyacı olur.
Yuxu və çəkinin artımını idarə edən mexanizmlər tam olaraq anlaşılmamaqdadır. Yuxusuz qaldığımızda orqanizmdə aşağıdakı dəyişikliklər yaranır:
Arıqlamaq üçün yatmaq gərəkdir? Həkimdən çox maraqlı məsləhətBeynimizdə yaranan dəyişikliklər
İradəmiz zəifləyir
Zövq və mükafatının siqnalı gücləndirilir
Bədənimizdə yaranan dəyişiklər
Aşağı səviyyəli leptindoyma hissini azaldır
Yüksək qrelin aclıq hissini artırır
Davranışımızda yaranan dəyişikliklər
İdmana həvəsinn azalması
Hərəkətsizliyə daha çox meyillilik
Hormonlar bədənimizin bir hissəsindən digərinə siqnal göndərmək üçün rol oynayan kimyəvi maddələrdir. Hormonlarımızın çoxu yuxusuzluqda dəyişikliklərə məruz qalır. Kökəlməyimizlə birbaşa əlaqəli olan hormonlar yemək istəyimizi tənzimləmək üçün vacib olduğu müəyyən edilir. Bunlar qrelin və leptindindir. Onların təqribən əks təsirləri var: grelin bizi ac hiss etdirir və leptin bizi tox hiss etməyimizdə məsuldur. Bu şəkildə qrelin yemək üçün siqnalımızdır, leptin isə nə vaxt dayanacağımızı xəbər verir.
Leptin
Leptin əsasən bədəndə yağ hüceyrələri tərəfindən  istehsal olunur və iştahı idarə edərək yağ yağ səviyyəmizi tənzimləyə çalışır. Sərbəst ayrılan leptinin miqdarı birbaşa bədəndəki yağ miqdarı ilə bağlıdır. Daha çox yağ daha çox leptin deməkdir.
Həddindən artıq yağ kütləsi olan insanda leptin səviyyəsi yüksəlir və bu beyinə iştahı azaltmaq üçün siqnal verir. Bədən daha sonra  gücünü bərpa etmək üçün bəzi yağ ehtiyyatlarından istifadə edə bilər., beləliklə toplanmış yağın miqdarını  azaldır.
Arıqlamaq üçün yatmaq gərəkdir? Həkimdən çox maraqlı məsləhətKifayət qədər yuxuladığımız zaman leptin səviyyələri gecə saat 2 radələrində yüksək səviyyələrə çataraq davamlı olaraq artmalıdır. Gecə ərzində bu tədricən yüksəlmə yatmalı olduğumuz zaman aclıq hiss etməməyimiz üçün inkişaf ola bilər.
Bir çox tədqiqat yuxusuz qalan insanlarda  leptin səviyyələrinin azalmasını müəyyən edib. Və bu zaman beynimiz orqanizmimizin daha çox enerji almasını düşünür. Daha sonra beyin aclıq siqnalları göndərir və biz yemək yeyirik- əslində enerjiyə ehtiyacımız olmasa da! Alınan kalorilər yağ kimi bedəndə toplanır, çünki orqanizm ehtiyat toplamaq lazım olduğunu düşünür.
Qrelin
Qrelin əsasən mədədə istehsal olunur. Və aclıq hormonu kimi tanınır, çünki aclıq etməyimizdən məsuldur.
Yeməkdən əvvəl qanda qarelinin səviyyəsi artır və bu bizi yeməyə sövq edən aclıq hissini yaradır. Yeməkdən sonra isə grelinin səviyyəsi düşür.
Arıqlamaq üçün yatmaq gərəkdir? Həkimdən çox maraqlı məsləhətYediklərimiz də qarelinin səviyyəsinə təsir edir. Karbohidratlar və zülallar zülallardan daha çox qarelinin azalmasına səbəb olur.
Yatarkən grelinin miqdarı təbii olaraq azalır, çünki aktiv olmayanda bədənimizin çox kalori yandırmağa ehtiyacı yoxdur. Ancaq kifayət qədər yuxulamadıqda qrelin səviyyələrimiz lazım olduğu qədər azalmır. Bədənimiz daha çox kaloriya ehtiyacı olmadığı halda da aclıq hissləri davam edir. Beləliklə yuxusuzluğun  nece kilo almağımıza  səbəb olduğunu  görmək çətin deyil.
İnsulin
Yuxusuzluqun təsir etdiyi digər hormon isə insulindir. Tip 2 diabet orqanizmimizin insulinə cavab verməməsi nəticəsində yaranır. İnsulin qan şəkərinin tənzimlənməsində xüsusi rol oynayır. Bu bizim yağ ehtiyyatlarımıza nəzarət etməyimiz üçün də vacibdir. İnsulinin daha çox ifraz olunması hüceyrələrimizə daha sonra enerji üçün istifadə etdikləri şəkəri qəbul etmələrini söyləyən siqnaldır. Orqanizmdə nə qədər çox insulin varsa, bir o qədər çox yağ toplanır.
Beləliklə, yuxusuz olduğumuz zaman  bu üç hormon - leptin , qrelin və insulin orqanizmimizdə yağ toplanmasının lazım olduğuna dair siqnal verir. Yuxusuz olduqda orqanizmimiz yetərincə enerjiyə sahib olmağımıza çalışır. Nəticədə isə çəkimiz artır.
Arıqlamaq üçün yatmaq gərəkdir? Həkimdən çox maraqlı məsləhətYuxu duyğularımıza necə təsir göstərir?
Yuxusuzluqda prefrontal korteksdıki fəaliyyət zəifləsə də , bunun əksinə  beyinin  digər hissələrində , xüsusən duyğu mərkəzimiz olan amiqdaladan  aktivlik artır. Bu səbəbdən də yuxusuzluqda bu sahədə olan aktivlik  duyğularımızın gücləndiyini göstərir.
Nəticə
Ehtiyacımız olduğu qədər yuxulamasaq arzuolunmaz çəki artımı ilə nəticələnə bilər.
Aclıq və toxluq üçün vacib  olan hormonların səviyyəsi pozulduqda özümüzü daha ac və daha çox  tox hiss edə bilərik.
Yuxusuzluq iradə gücümüzü  və özümüzə nəzarətimizi azaldır, bu da bizi daha qeyri-sağlam qida seçimləri etməyə sövq edir.
Beyindəki həzz mərkəzləri daha həssasdır,bu da yuxusuzluqda daha çox şəkərli, yağlı və kalorili qidalara meyil etməyimizə səbəb olur.
Xoşbəxtlikdən yuxumuzu normaya saldıqda bütün bu təsirlər bərpa oluna bilər.
Nevroloq Sevinc Mir Seyid
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1190   Tarix: 10 mart 2022
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

turlar.az

makiyaj instagram həkim məsləhəti qadin sayti xalq təbabəti vətən haqqında bayatı sinir sistemi ataya aid atalar sozleri kosmetika vətənə aid atalar sözləri novruz bayramı qurd xəstəliklərinə qarşı mualicə maska ziyafet geyimleri