Artıq tərləmənın səbəbləri

Artıq tərləmənın səbəbləriTərləmə insan orqanizminin təbii funksiyasıdır. Tərləmə zamanı insan orqanizmindən toksiki maddələr ifraz olunur.
Bundan əlavə tərləmə termorequlyasiya prosesində (bədən hərarətinin lazım olan səviyyədə saxlanılması prosesi) iştirak edir. Ağır fiziki işlər zamanı və isti havada insan fəal şəkildə tərləyir. Dərinin üzərinə çıxan tər tez buxarlanır və bunun nəticəsində dəri soyudulur.
İnsan emosional sarsılma, stress, həyacanlanma zamanı də daha güclü tərləyir. Bu da orqanizmin stresə qarşı olan təbii reaksiyasıdır.
Beləliklə, tərləmə təbii və insan orqanizminin normal fəaliyyəti üçün çox vacib olan bir prosesdir. Lakin bəzi hallarda tərləmə patoloji xarakter daşımağa başlayır. İnsan fikir verir ki, o, hətta soyuq havada və sakit vəziyyətdə olduqda çox güclü şəkildə tərləyir. Bu hal "hiperqidroz" (lat. "hiper" - artırılmış, "hidro" - su) adlandırılır.
Bu hal müxtəlif xəstəliklərin və pozulmaların simptomu ola bilər. Bu səbəbdən əgər insan birdən-birə güclü və səbəbsiz tərləməyə başlayıbsa, buna diqqət yetirmək lazımdır.
Hiperhidroz bu kimi xəstəliklərin və pozulmaların simptomu ola bilər:
- Pnevmoniya, müxtəlif infeksiyalar, revmatizm, xərçəng xəstəliyi zamanı xəstə havanın temperaturundan asılı olmayaraq çox güclü tərləyir. Ağ ciyər vərəmi zamanı xəstələr gecə saatlarında daha güclü tərləyirlər. Təbii ki, bu simptomla yanaşı insanda xəstəliyin digər simptomları da meydana çıxır.
- Qalxanvari vəzi orqanizmə lazım olandan artıq miqdarlarda hormonları ifraz etdikdə, insan orqanizmində gedən mübadilə prosesləri sürətlənir. Belə xəstələrin dərisi daim nəm və isti olur, nəbzi sürətlənir, saçlar nazilir, əllər əsir.
- Nevroz və digər sinir sistemi pozulmaları zamanı insanların əlləri və ayaqları daim nəm və soyuq olur.
- Qadınlarda hormonal fonunun geyri-sabit olması (məsələn, klimaks zamanı) güclü tərləmə tutmalarına səbəb olur - güclü tərləmə qəfildən başlayır və qadını bir neçə dəqiqə ərzində "tər basır".
- Şəkərli diabet xəstəliyi olan insanlarda qanda şəkərin kəskin düşməsi halsızlıq, güclü tərləmə, ürəkbulanması, nəbzin tezləşməsi kimi simptomlarla müşayiət olunur.
Lakin bəzən heç bir ciddi xəstəliyi olmayan insanlarda da hiperhidroz müşahidə olunur. Əksər hallarda belə insanlarda üz, qoltuğaltı nahiyələri, əllər və ayaqlar güclü tərləyir. Bu insanın sağlamlığına heç bir ciddi ziyan vurmasa da, psixoloji kompleksin yaranmasına səbəb olur, insanlarla ünsiyyətdə, işdə və ailədə problemlər yaradır. Tərləmədən qorxan insan daha güclü tərləməyə başlayır, utanır, paltarların seçimində əziyyət çəkir, insanlarla görüşməkdən çəkinir (əllərin daim nəm olduğuna görə) və s. Bir çox hallarda belə hiperhidoz sinir sistemi geyri-sabit olan insanlarda müşahidə olunur. Bu səbəbdən belə insanlar ilk növbədə nevropatoloqa müraciət etməlidir.
Müasir antipersperantlar və dezodorantlar güclü tərləmə ilə mübarizədə yaxşı kömək edir. Lakin bu vasitələr, təbii ki, əllər və üz üçün uyğun gəlmir. Bundan əlavə bu vasitələrdən süi-istifadə etmək olmaz. Bəzi elmi müşahidələr sübut edir ki, bu vasitələrin tərkibində olan alüminium böyrəklərə mənfi təsir edir, qadınlarda süd vəzi xəstəliklərinə təkan verə bilər, hətta onkoloji xəstəliklərinin riskini artırır və s.
Müasir tibb hiperhidrozla mübarizə üçün müxtəlif vasitələr təqdim edir - cərrahiyyə əməliyyatları, botoks preparatının inyeksiyaları. Bildiyimiz kimi, botoks preparatı qırışlarla mübarizə aparır. Lakin bu preparat həmçinin hiperhidrozun müalicəsində dünyada "qızıl standart" sayılır.
Mənbə: http://www.genon.ru

Xəbərlər     Baxılıb: 1939   Tarix: 31 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

turlar.az

həkim məsləhəti gözəllik məhsulları geyim və ayaqqabılar nişan və evlilik testosteron nədir qadin tumani merlin monro kosmetika qiz burcu uşaq şeirləri toyuq salati vusale elizade cekc pornuxa