"Arvadımı tövlədə başqa kişi ilə tutdum, bir gecədə 2-3 nəfərlə..." - namus üstündə qətlin Təfərrüatları

"Arvadımı tövlədə başqa kişi ilə tutdum, bir gecədə 2-3 nəfərlə..." - namus üstündə qətlin Təfərrüatları"Arvadımı başqasıyla tövlədə tutdum" - Bir cinayətin TƏFƏRRÜATLARI
Nəvəsinin gözü qarşısında keçmiş gəlinini yaba ilə qətlə yetirən şəxs özünü qismən təqsirli bilib və cinayəti namus üstündə törətdiyini söyləyib. 16 il müddətinə azadlıqdan məhrum edilən 52 yaşlı Məlikməmməd Adıgözəlovun məhkəməsində tərəflər arasında əlbəyaxa dava düşüb.

Qətl hadisəsi bu ilin iyul ayında Xaçmaz rayonun Uzunoba kəndində qeydə alınıb. Kənd sakini, 1954-cü il təvəllüdlü Məlikməmməd Adıgözəlov keçmiş gəlini, 1984-cü il təvəllüdlü Rəmziyyə Əbdürrəhmanovanı qətlə yetirib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə M.Adıgözəlovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Prokuror 20 il cəza istədi...

Prosesdə dövlət ittihamçısı Ramin Nağdəliyev çıxış edərək 31 yaşlı Rəmziyyə Əbdürrəhmanovanı öldürməkdə təqsirləndirilən M.Adıgözəlovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmədə M.Adıgözəlovun vəkili müdafiə çıxışı edib.

O, təqsirləndirilən şəxsin Rəmziyyə Əbdürrəhmanovanı qətlə yetirməsinin səbəblərindən danışıb: "Cinayət işi materiallarından və məhkəmədə ifadə verən şahidlərin dediklərindən aydın olur ki, Rəmziyyə yüngül həyat tərzi yaşayıb. Onun əxlaqsızlıq etməsini qonşuları və qohumları da bilib. Həmçinin hadisə baş verən gün Rəmziyyə Məlikməmməd Adıgözəlovu təhqir edərək onun şəxsiyyətini alçaldıb. Müdafiə etdiyim şəxsi özündən çıxarması bu hadisənin baş verməsinə səbəb olub".

Vəkil qətlin necə törədilməsini istintaq materiallarına istinadən danışıb: "Rəmziyyə qapını döyərkən Məlikməmməd Adıgözəlov qapını açmağa gəlib. Bu zaman qapının gec açılmasını əsas gətirən Rəmziyyə onu təhqir edib, "cındır" deyib. Onlar arasında mübahisə yaranıb. Məlikməmməd əlində olan yaba ilə Rəmziyyənin başına bir zərbə vurub. Rəmziyyə yerə yıxılsa da Məlikməmmədi söyməyə davam edib və ayağa qalxaraq qaçıb. Məlikməmməd onun arxasınca gedərək ikinci zərbəni, ardınca isə üçüncü zərbəni vuraraq onu öldürüb. Hadisə baş verərkən Rəmziyyənin azyaşlı oğlu Murad da onun yanında olub. Sonra Murad evə qaçıb".

"Arvadını tövlədə başqa kişi ilə münasibətdə olarkən tutub"

Vəkil onu da açıqlayıb ki, Rəmziyyə təqsirləndirilən şəxsin oğlu Elsevər Adıgözəlovla 2001-ci ildə ailə həyatı qurub. Onlar 2009-cu ildə boşanıblar.

Vəkil elan edib ki, onların boşanmasına səbəb Rəmziyyənin əxlaqsız hərəkətləri olub: "2009-cu ildə Elsever Rəmziyyəni tövlədə başqa kişi ilə münasibətdə olarkən tutub. Onun ailəsinə də məlumat verdikdən sonra ondan boşanıb. Ancaq məhkəmə qərar çıxarıb ki, Rəmziyyə də həmin evdə yaşasın. Son 6 ildə onların arasında bir neçə dəfə mübahisələr yaşanıb".

Məhkəmədə qətlə yetirilən Rəmziyyənin ailəsini qəzəbləndirən məqam isə vəkilin məhkəməyə 10 nəfər kənd sakini tərəfindən imzalanmış müraciəti təqdim etməsi olub. Vəkil bildirib ki, həmin müraciəti imzalayan 10 kənd sakini Rəmziyyənin yüngül həyat tərzi yaşadığını təsdiq edirlər.

Vəkil həmçinin mərhumun uşaqlarının da analarının yüngül həyat tərzi yaşadığını təsdiq etdiklərini söyləyiblər: "Mərhumun qızları və oğlu istintaqa ifadələrində analarının başqa şəxslərlə münasibətdə olduğunu, məktəbdə barmaqla göstərilərək ələ salındıqlarını deyiblər".

"Mən ömürlük istəyirəm..."

Məhkəmədə prokurorun Məlikməmməd Adıgözəlova 20 il cəza istəməsinə Rəmziyyənin atası Qabil Əbdürrəhmanov münasibət bildirib. O, cəzanın az olduğunu deyib: "Mən ömürlük istəyirəm. Qızımı necə çürüdüb, öldürdüsə, elə də ölsün".

Keçmiş gəlinini qətlə yetirən 52 yaşlı Məlikməmməd Adıgözəlova da məhkəmədə son söz verilib.

O, gəlinini namus üstündə öldürdüyünü deyib: "Qonşular da, ailəsi də onun necə biri olduğunu yaxşı bilir. Onu namus üstündə öldürmüşəm. Həmin gün də məni təhqir etdi, özümü saxlaya bilmədim".

"Bir gecədə hasardan 2-3 nəfər gəlib-gedirdi"

Hadisə ilə bağlı Rəmziyyənin keçmiş əri Elsevər Adıgözəlov isə bunları deyib: "Onu kəndlimizlə evimizin tövləsində tutdum. Anasını çağırıb sözümüzü dedik ki, qızın budur. Boşanandan sonra bir gecədə hasardan 2-3 nəfər gəlib, gedirdi. Bir söz deyə bilmirdik. Qonşular da bir neçə dəfə ona demişdilər ki, özünü yığışdırsın. Spirtli içki qəbul edirdi, siqaret çəkirdi".

Məhkəmə heyəti yekun qərarı elan etmək üçün müşavirəyə yollanıb. Fasilə ərəfəsində tərəflər arasında əlbəyaxa dava düşüb.

Mərhumun anası Gülbəniz Əbdürrəhmanova həbs edilən şəxsə və qızının keçmiş ərinə "siz necə namussuz adamsınız? Qızıma ayrılan 8 min alimenti verərdiniz. O da oturub, uşaqlarına baxardı. Qızım gecə-gündüz işləyib, uşaqlarını saxlayıb. Siz də deyirdiniz ki, 8 mini verib, Məlikməmmədi həbsdən çıxaracağıq" sözlərini deyib.

Keçmiş kürəkənə 2 yumruq...

"Siz öz qızınızın namusuna baxın, sonra bizə söz deyərsiniz" cavabını alan Gülbəniz Əbdürrəhamanova keçmiş kürəkəni Elsevərin üstünə hücum çəkərək ona iki yumruq zərbəsi vurub. Daha sonra mərhumun atası keçmiş kürəkənini vurmaq istəyib. Digər qohumlar da davaya müdaxilə edib. Tərəfləri məhkəmə nəzarətçiləri sakitləşdirib. Məhkəmə zalında mərhumun azyaşlı oğlu Murad da olub. Yaxınlarının dediyinə görə, qətl hadisəsinə şahidlik edəndən sonra Muradda psixoloji problemlər yaranıb və o, 1 aya yaxın müalicə alıb.

Mübahisə zamanı mərhumun anası Gülbəniz Əbdürrəhmanova keçmiş kürəkənini də qətldə iştirak etməkdə günahlandırıb: "Mən bilirəm ki, qızımı öldürəndə sən də orada olmusan, sən də vurmusan. Bu iş burada qalmayacaq. Sənin də cəzalanmağın üçün əlimdən gələni edəcəm".

Fasilədən sonra hakim Əhməd Quliyev hökmü elan edib. Hökmə əsasən özünü qismən təqsirli bilən Məlikmməmməd Adıgözəlov 16 il müddətinə azadlıqdan məhrum elan edilib./musavat

.

Xəbərlər     Baxılıb: 8898   Tarix: 18 dekabr 2016
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Allergiya yaradan mövsüm meyvələri açıqlandı

Yaz və yay aylarında bəzi mövsümi meyvələr bəzi insanlarda allergik reaksiyalara səbəb ola bilər. Bu reaksiyalar bəzən qida zəhərlənməsi ilə qarışdırılır. Bəs meyvə allergiyasının əsas səbəbi nədir, hansı əlamətlərlə özün

.

Yayın vazkeçilməzidir, faydaları saymaqla bitmir

Qarpız təkcə yay mövsümünün sevilən meyvəsi deyil, həm də ürək-damar sağlamlığı üçün faydalı qida məhsuludur. xarici mətbuata istinadən xəbər verir ki, 2022-ci ildə aparılan tədqiqat zamanı qarpız istehlak edən insanları

.

Ev heyvanı ilə yatanların nəzərinə

Pişik və ya itlə eyni yataqda yatmaq sağlamlıq və yuxu keyfiyyəti baxımından müəyyən risklər yarada bilər. xəbər verir ki, araşdırmalara görə, Niderlandın Utrext Universitetində aparılan tədqiqat ən böyük təhlükənin mikrobla

.

Həmin qidaların müntəzəm istifadəsi xərçəng riskini artırır - XƏBƏRDARLIQ

Gündəlik 50 qram emal olunmuş ət məhsullarının - kolbasa, sosiska və bekonun qəbulu kolorektal xərçəng riskini təxminən 18 faiz artırır. xəbər verir ki, bu barədə terapevt və qastroenteroloq Olqa Suxareva sosial şəbəkələrd

.

Bu şəxslərin beyni daha gec YAŞLANIR

27 Avropa ölkəsində aparılan elmi tədqiqatlara əsasən, ən azı iki dil bilən insanların beyni daha gec yaşlanır. -ın məlumatına görə, araşdırmaya 86 min nəfər qatılıb və məlum olub ki, çoxdilli insanlarda beyin yaşlanmas

.

Dəriyə necə qulluq etməliyik?

Son dövrlərdə dəriyə qulluq məhsulları arasında "duş geli" və "bədən skrabı" ən çox istifadə olunan vasitələrdən hesab olunur. Görünüşcə oxşar təsir bağışlasa da, bu iki məhsulun funksiyası fərqlidir

.

Diş qıcama bu problemlərə səbəb olur

Diş qıcama vərdişi təkcə ağız və diş sağlamlığını deyil, ümumi həyat keyfiyyətini də mənfi təsir altına alır. xəbər verir ki, xüsusilə yuxu zamanı fərq edilmədən baş verən bu problem səhərlər baş ağrısı, çənə ağrıları v

.

Qida allergiyası necə özünü göstərir? - Həkim açıqladı

Adi görünən qidalar bəzi insanlarda ciddi allergik reaksiyalara səbəb ola bilər. Xüsusilə qida allergiyası olan şəxslər ehtiyatlı olmalı və ilk əlamətlər zamanı həkimə müraciət etməlidirlər. xəbər verir ki, plazmaferez, ozonoterapiy

.

Sadəcə göyərti deyib keçməyin: İçində balıqdan çox omeqa var

Aşağı kalorili olmasına baxmayaraq, yüksək qida dəyəri ilə ön plana çıxan bir tərəvəz son dövrlərdə mütəxəssislər tərəfindən ən çox tövsiyə edilən qidalar arasında yer alır. Tərkibindəki faydalı komponentlərlə yanaşı, sağla

turlar.az

kosmetoloq toy makiyajlari gelinlikler 8 mart tebrikleri qadın geyimi qadin dunyasi net hamileliyi pozmaq ucun kosmetika qoğalın nağlı suni mayalanma klitor sevda kahfe fali