"Arvadımın yanına yad kişilər gəlir, tuta bilmirəm"- Azərbaycanlı kişi

"Arvadımın yanına yad kişilər gəlir, tuta bilmirəm"- Azərbaycanlı kişiArvadını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən 1971-ci il təvəllüdlü Müzəffər Piriyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə 1982-ci ildə anadan olmuş Abbasova Cəlalə Yaşıl qızını qətlə yetirən Piriyev və digər şahidlər ifadə verib. Prosesdə təqsirləndirilənin 9 yaşlı qızı ifadə verib. O ifadəsində anası ilə atası arasında daim dava-dalaş olduğunu deyib: "Atam əsəbiləşib anamı döyürdü. Məktəbə vaxtı-vaxtında getməyimə də icazə vermirdi. Anamı çox istəyirdim, içib bizə əziyyət edirdi".

Hadisə günündən danışan 9 yaşlı qız bildirib ki, həmin vaxt onlar rayonda olub: "Anam Bakıda evə idi. Bu adam babama zəng elədi ki, "Cəlaləni öldürmüşəm, özüm də gedirəm polisə". Anamın dalınca danışır ki, başqa kişilərlə görüşürdü. Yalandır, evimizə başqa kişi gəlməyib".

Prosesdə mərhumun bacısının əri Nicat Süleymanov ifadə verib. O, ifadəsində Müzəffər Piriyevin qısqanc və psixi problemlərinin olduğunu söyləyib. "Mənə deyirdi ki, gecə evə adamlar gəlir. Amma tuta bilmir. Kondisionerin yerini "skoçlamışdı". Deyirdi ki, ordan evə adam gəlir".

Məhkəmə istintaqı başa çatıb. Söz dövlət ittihamçısına verilib. Prokuror çıxışında 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmənin növbəti iclası yanvarın 18-nə təyin edilib.

Qeyd edək ki, qətl Səbail rayonu, Gülbala Əliyev küçəsi 13 ünvanında baş verib. Həmin ünvanda yaşayan 1971-ci il təvəllüdlü Piriyev Müzəffər Zərintac oğlu ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı, 1982-ci ildə anadan olmuş Abbasova Cəlalə Yaşıl qızını boğaraq öldürüb. Hadisədən sonra Müzəffər Piriyev özü polisə gələrək hadisə barədə məlumat verib. İlkin dindirilmə zamanı Piriyev arvadını boğduğunu bəyan edib. Amma cəsədin müayinəsi zamanı patoloqoanatomlar başqa nəticəyə gəliblər. Abbasova beyninə qan sızma nəticəsində ölüb. Səbəb isə başına vurulan zərbələr olub. Baş nahiyəsində olan yaralar bunu sübut edir. Şüşə stəkan ilə Piriyev var qüvvəsi ilə arvadının başına bir neçə zərbə vurub. Stəkan sınmayıb, o əşyayi-dəlil kimi hüquq mühafizə orqanı əməkdaşları tərəfindən müsadirə edilib. Qətli törədərkən Piriyev narkotik vasitələrin təsiri altında olub. Bundan başqa, davranışı onda şizofrenik meyllərin olduğuna işarə edir. Müzəffər Piriyev əvvələr də məhkumluq həyatı yaşayıb və sonuncu dəfə 2001-ci ildə narkotik maddələrin qanunsuz dövriyyəsinə görə həbs edilib və 1 il həbsxanada qaldıqdan sonra azadlığa çıxıb./lent.az/

Xəbərlər     Baxılıb: 2280   Tarix: 13 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Belin ağrıyır? - Alimlər deyir ki, gəzən adamlar

Norveç alimləri gündəlik uzun gəzinti ilə bütün dünyada yayılmış xroniki bel ağrısının qarşısının alınması arasında birbaşa əlaqəni aşkar edən kohort təhlili aparıblar. xəbər verir ki, bu barədə "Nnaked- " məluma

.

Yayda makiyajın uzun müddət qalması üçün bu sirləri bilməlisiz

akiyajın gün ərzində axmaması və pozulmaması üçün düzgün tətbiq və baxım üsulları çox önəmlidir. Xüsusilə yay aylarında istilik və nəmlik səbəbindən makiyajın qalıcı olması daha da çətinləşir. xəbər verir ki, mütəxəssislə

.

Belə yuxular görənlər tez ölür

Yeni elmi araşdırmaya görə tez-tez kabus görən şəxslər daha erkən yaşlanır və 70 yaşına çatmadan ölüm riski üç dəfə artır. xəbər verir ki, Birləşmiş Krallıq Demans Araşdırma İnstitutu və "Imperial College London"u

.

Erkən hamiləliyin fəsadı

Hamiləlik və doğum qadın üçün həmişə ölümlə nəticələnə bilər. Əlbəttə ki, burada yaşın da rolu var. Təəssüf ki, ana olanlar arasında yeniyetmələr var. xəbər verir ki, bu barədə Həkim Pərvanə Mustafayeva -a açıqlamasında 15-1

.

Bitki çaylarında ölümcül təhlükə – Nazirlik hərəkətə keçdi

Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Türkiyə Dərman və Tibbi Cihazlar Agentliyi (TİTCK) bitki çaylarında təhlükəli maddələrin aşkarlanması fonunda bəzi məhsulların lisenziyalaşdırılması və yalnız apteklərdə satılmas

.

Bu meyvənin qabığını zibilə atmayın

Tibbin banilərindən biri olan İbn-i Sina öz əsərlərində qida və bitkilərin müalicəvi gücünü xüsusi vurğulayıb. Onun məşhur "Əl-Kanun fit-Tıbb" adlı tibbi ensiklopediyasında adını çəkdiyi və təbii müalicə vasitəs

.

Albalı-qırmızı rəngli dodaq boyası kimlərə yaraşır?

Albalı-qırmızı dodaq boyası  dodaqlarda zərif və cazibədar bir vurğudur. -a istinadən xəbər verir ki, istər mat, istər parlaq, istər yetkinləşməmiş albalı, istərsə də çox yetişmiş meyvə tonlarında olsun - bu rəng yay obrazların

.

Həkim Ruslan İsayev: "Bir doza spirt ömürü beş dəqiqə qısalda bilər"

Alkoqolun bir standart dozası (təxminən 10 qram saf etanol) ömrü təxminən 5 dəqiqə qısalda bilər. xəbər verir ki, bu barədə psixiatr və narkoloq Ruslan İsayev -ya bildirib. "Bu gün artan əminliklə deyə bilərik ki, spirti

.

Sonsuzluğa səbəb nədir?

Son illər Azərbaycanda qadınlar arasında sonsuzluq halları artıb. Kimisi bunu qidalar, kimisi də fizioloji səbəblərlə bağlı olduğunu deyir. Həkim Pərvanə Mustafayeva -a deyib ki,son zamanlarda yalnız ölkəmizdə deyil, dünyad

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az qadin sayti gozel gorunmek sade makiyaj sekilleri dəriyə qulluq ürək damar və qan sistemi gəlin paltarları dondurma maraqli hakistalar naz mila novruz bayramina aid hakista sirin qogal qizliq perdesi